Lerikdə tibb işçiləri etiraz aksiyası keçirdi - NARAZILIQ!
14-09-2021, 16:32
33

Lerikdə tibb işçiləri etiraz aksiyası keçirdi - NARAZILIQ!

 "14 sentyabr 2021-ci il tarixdə saat 9:00 radələrində Lerik rayonunun tibb işçiləri rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin qarşısındakı H.Əliyev meydanına yığışaraq aksiya keçirdiblər. İşçilərin aksiyaya keçirməsinə səbəb Lerik Rayon Məhkəməsinin hakimi Atəbəy Kiçikbəyovun xəstəxananın cərrahı Asəf Abdullayevdən rüşvət alaraq qanunsuz qətnamə çıxardaraq rayon üzrə bütün tibb işçilərinin əmək haqlarına dayandırılması ilə bağlı olmuşdur". Bu barədə göndərilən məqaləıdə deyilir.

Məqalədə daha sonra bildirilir: "Məsələ ilə əlaqədar xəstəxananın kardioloqu Kamran Cahangirovla (050-429-46-34) əlaqə saxladıq. O, bildirdi ki, Asəf Abdullayev ötən il rayonda icbari tibbi sığorta tətbiq edilməyə başanan dövdən əvvəli illərdə işlədiyi vaxtlarda əmək haqqısının dügün hesablanmaması ilə bağlı Lerik Rayon məhkəməsində iddia qaldırmışdı. İddianın heç bir əsası olmamasına baxmayaraq hakim ona hesablanacağ borc məbləğinin 30 faizi həcmində qabağcadan rüşvət tələb edərək müvafiq qərar qəbulk edəcəyini bildirmişdi. 30 min manatdan söhbət gedir. Bu absurt rəqəmdir... Sonradan səhiyyə şöbəsinin rəhbərliyi dəyişmiş, həmin posta gözü olan şəxslərin müəssisə daxilində intiriqaları başlanmışdır. Asəf hakimin təklifini qəbul etmiş, kredit götürərək ona tələb etdiyi məbləği qabağcadan ödəmişdir. Rayonun səhiyyəsinin başına keçmək arzusunda olan xəstəxananın kadrlar şöbəsinin müdiri Şahverdi Hüseynov Asəfə kömək edərək, əvvəlki illərin bəzi sənədlərini saxtalaşdırmaqla ona adidiyyəti olmayan, cərraha aid olmayan digər şöbələrdə əlavə iş saatları yazmışdır. Hakim Atabəy Kiçikbəyov həmin dövrlər üçün xəstəxananın baş mühasibi işləmiş Vəli Vəliyevi çağıraraq məhkəmənin qərarının icarsını onun üzərinə yönəldəcəyini demiş və ondan da külli miqdarda rüşvət almışdır. Sonradan hakim öz rüşvət limitini doldurduqdan sonra hökm çıxardaraq xəstəxana üçün Asəf Abdullayevə ödənilməli olan 30 min manatdan cox borc çıxartmışdır.Bu borcu rayonun tibb işçilərinin əmək haqqı fonduna yönəltmişdir. Neçə aydır ki tibb işçiləri əmək haqlarını ala bilmirlər. Lerik RMX Publik hüquqlu şəxsin direktoru Maqsud Ağayevə dəfələrlə demişik, cavabında “mən necə dolana bilirməmsə siz də gedib elə dolanın” deyib. Bu səbəbdən bu gün etiraz aksiyası keçirmək məcburiyyətində qalmışlar. Onun dolanmaq mənbəyi bəllidir o, qeyri qanuni xəstə qəbulu, kadrların rəisi və onun qudası Aptek Asəflə əl-bir olub dövlət tərəfindən verilmiş dərmanların, morfin, travmadol kimi preparatların gizli satışı ilə dolanır. Ucqar dağ kəndində yaşayan tibbi bacısı, qardaşı ölməlidir? Biz banklara kredit borclarımızı belə ödəyə bilmirik. Aksiyada deyəcək çox sözümüz vardı. Rayonun icra hakimiyyəti məsələyə qarışdı aksiyanı susdurdu. Bir neçə günə problemlərimizin həllinə söz verildi. Amma heç inanmağım gəlmir. Əllərimizdə dediklərmin subutu olan səs yazıları digər faktlar var".

İddia olunanlarla bağlı Gundelik-baku.com olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Oxşar xəbərlər

Lerikdə işləyən tibb işçisi Bakıdakı şəxslərə saxta COVİD-19 pasportu verdi
Semaşko təmirə bağlanır? - İşçilər deyir "hə", TƏBİB deyir "yox"...
ABŞ-da tibb işçiləri etiraz aksiyası keçirdi - FOTO
Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana oldu
Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkimlər etiraz aksiyası keçirir? - AÇIQLAMA - VİDEO
COVID-19-la mübarizə aparan həkimlərə əlavə ödəniş edildi
Həbs edilən baş həkimin yerinə təyinat olub?
Masallıda tibb işçiləri maaşlarını ala bilmir
Pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib
Aprelin 1-dən bütün respublika üzrə tətbiq olunacaq
Respublika Klinik Xəstəxanasında nə baş verir?
Prezident və xanımı yeni xəstəxananın açılışında
Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq!
Güney Azərbaycanda etiraz aksiyası keçirən zavod fəhlələrindən ikisi saxlanılıb
Lerik Rayonunun Təhsil Şöbəsinin müdiri niyə qaçıb? - İTTİHAM
Lerikdə vətəndaşı incidənlər kimlərdir? - GİLEY
Ağdaşda baş həkim özbaşına qalıb... - Bir nəzarət edən yoxdurmu?
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Samuxun qəsəbə sakinlərinin xəstəxana narazılığı - VİDEO
Lerikdə avtomobil aşdı: ölən var
Tibb işçilərinin etirazına RƏSMİ MÜNASİBƏT
Lerikdə məktəb direktorunun özbaşınalığı - Xadimədən 4000 manat məbləğində rüşvət istəyib?
Sumqayıt Tibb Mərkəzi yaradılıb
Tibb məntəqələrində çalışanlara ŞAD XƏBƏR
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
Qax Rayon Mərkəzi Xəstəxanası xəstəlik yuvasına çevrilib? - VİDEO
Lənkəran və Lerik meşələrində ağacların kəsilməsilə bağlı cinayət işi açıldı
Bir manatlıq şirkətə milyonluq tender verildi
İcbari Tibbi Sığorta 34 ilin işçisinə əmək haqqı vermir – Tovuzda maaş qalmaqalı
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi