“Xan” şirniyyat evində antisanitar vəziyyət – DƏHŞƏTLİ MƏNZƏRƏ/FOTOLAR
15-09-2021, 10:14
44

“Xan” şirniyyat evində antisanitar vəziyyət – DƏHŞƏTLİ MƏNZƏRƏ/FOTOLAR

Nərimanov rayon Fətəli xan Xoyski küçəsi 138 A ünvanında yerləşən “Xan” şirniyyat evinin antisanitar şəraitdə fəaliyyət göstərməsi barədə redaksiyamıza şikayət daxil olub.
Busaat.az xəbər verir ki, burada qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya-gigiyena, norma və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib. Sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, istehsal sahəsində istifadə olunan qab, ləvazimatlar və xammalın açıq şəkildə birbaşa döşəmənin və işçi masaların üzərində saxlanıldığı məlum olub. Istifadə edilən un kisələri çirkli, birbaşa yerdən və divara bitişik vəziyyətdə saxlanılmaqla, un ələk və maqnit tutuculardan keçirilmədən, çirkli xəmir qarışdıran qazanlarda yoğrularaq, şirniyyatlar sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan sobada bişirilir.Məhsullar qida təhlükəsizliyinin norma və qanunlarına zidd olaraq taxta stol üzərində hazırlanır.
İçəridə havalandırma sistemi bərbad vəziyyətdədir. Xammalın qəbulu, saxlanılması, məhsulun istehsalı, xəmirqarışdıran qazan və digər avadanlıqların yuyulması, hazır şirniyyat məhsullarının saxlanılması eyni sahədə, sanitariya norma və qaydalara cavab verməyən şəraitdə həyata keçirilir. Şirniyyat evində çalışan işçi heyəti əlcəksiz,uniformasız və əmək müqaviləsi olmadan çalışdırılır. Həmçinin obyektdə kassa aparatı quraşdırılmamışdır.Məqsəd isə təbii ki, vergidən yayınmaqdır.Sexdə istehsal olunan məhsullar şəhərin marketlərinə paylanılaraq satılır və buradan da süfrəmizə gəlir.
Antisanitar vəziyyətdə hazırlanan bu məhsullar insan sağlamlığına ciddi fəsadlar törədir.
Fotoları təqdim edirik:
image-9 image-5 image-6 image-7 image-8image-xan4
 

Oxşar xəbərlər

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı
Bu xəstəxanalarda kobud pozuntular AŞKARLANDI
Süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar - 20 kq pendir məhsulu məhv edildi
Bakıda qanunsuz işləyən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
"Şirvanşah” restoranın rəhbəri inzibati məsuliyyətə cəlb olundu
Qanunsuz işləyən qənnadı müəssisəsi aşkarlandı
Nöqsan aşkarlanan xəstəxanaların adları məlum olub - SİYAHI
Bakıda qanunsuz işləyən çörək sexi bağlandı - FOTOLAR
Süd və saçaqlı pendir hazırlanan müəssisələrdə xoşagəlməz mənzərə - FOTOLAR
Azərbaycanda altı rayon xəstəxanasında araşdırmalar aparılır - RƏSMİ
Baş Prokurorluq məlumat yaydı - ARAŞDIRMA GEDİR
“Sultan”, “Öz Kardeşler” və "Fayton" restoranı cərimələndi
AQTA 8 xəstəxanada nöqsan aşkarlandı
Bakıda məşhur restoran müştərilərə müddəti bitmiş məhsullar verirmiş - FOTOLAR
Süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkar olundu - FOTO
Yevlaxda qanunsuz pivə istehsalı sexi aşkarlandı - FOTO
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Ən çox şikayət olunan qida məhsullarının satış şəbəkəsi -“ARAZ SUPERMARKET”
Sabirabadda qanunsuz işləyən kafe bağlanıb
Yevlax bazarında nehrə yağı adı ilə bitki yağları satılır - FOTO
Bakıda qanunsuz işləyən kafe aşkarlandı
Restoran sahiblərinə xəbərdarlıq edilib
Bakıda 10 ət kəsimi məntəqəsində nöqsanlar aşkarlandı
Abşeronda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlandı - FOTO
Çörək sexində nöqsanlar aşkarlandı
TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yoxlamalara başlanıldı
Nazirlik bazarın fəaliyyətini dayandırıb -
Beyləqanda istehlakçıları aldadan süd istehsalçıları kimə arxayındırlar? - AQTA hara baxır?