Qəbələdə Şəhid ailəsi İNCİDİLİR... - MÜRACİƏT
16-09-2021, 10:39
41

Qəbələdə Şəhid ailəsi İNCİDİLİR... - MÜRACİƏT

 Qəbələ rayonu, Tikanlı kəndində yaşayan şəhid ailəsi Bayramov Ayaz Ağanməd oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən hazırda 6 nəfərlik ailəmlə və eyni zamanda 3 bacımla – (cəmi 9 baş olmaqla) birlikdə 50 ildir ki, Qəbələ rayonun Tikanlı kəndindəki ata yurdu olan 3 otaqlı köhnə və təmirsiz fərdi ə evimdə yaşayıram. Bir neçə il əvvəl rəhmətə getmiş atam Ağəmməd Bayramov evimizin və həyətyanı torpağımızın çox darısqal olduğunu nəzərə alaraq, yəni evdə 2 oğlu və 3 qızının eyni zamanda 3 nəvəsinin yaşadığı köhnə evdə heç bir şərait olmadığına görə 1997-ci ildə “Şahdağ” Aqrqar İslahat Komissiyasına ərizə ilə müraciət edərək 0.2 ha həyətyanı torpaq sahəsinin verilməsini xahiş etmişdir. Yerli Aqrar İslahat Komisiyası da ərizəyə müsbət cavabvermiş, faktiki vəziyyəti yerində yoxladıqdan sonra atama bir şəhid ailəsi kimi yaşadığımız kəndin yaxınlığında 1 km-də yerləşən, lakin qonşu Qəbələ rayonun Bum kəndi ərazisinə düşən bağ sahəsindən həyətyanı torpaq kimi 0.2 ha sahə qanuni formada ayrılmışdır. Biz həmin torpaq sahəsinin kənarını bərkitmiş, daxilini daşlardan təmizləmiş və ev tikmək üçün normaya salmışıq. Lakin çox təəssüflər olsun ki, həmin ərazi 2000-ci ildən sonra yerli Bum Bələdiyyəsinə ərazi kimi aid olmuşdur. Lakin yerli bələdiyyə həmin bizim ailəyə ayrılan torpaq sahəsinin biz şəhid ailəsinə sənədləşməsinə müxtəlif bəhanələrlə imkan verməmişdir. Son illərdə isədaha qabağa gedərək özbaşına bizim razılığımız olmadan həmin bizə verilmiş ərazinikənar fizikişəxslərə dəflərlə arxa tarixlə satmaq istəmişdir. Lakin biləndəki bu kənarı bərkidilmiş ərazi 1997-ci ildən biz şəhid ailəsinə verilmişdir, o zaman sakinlər verdikləri rüşvəti bələdiyyədən geri alaraq getmişlər. Xatırlatmaq yerinə düşər ki, hazırda bizim yaşadığımız Tikanlı kəndi hər iki tərəfdən çay vadisilə əhatə olunduğundan bələdiyyənin fondunda torpaq sahəsi yoxdur.

Budur, atam sağlığında dəflərlə yerli DTXK-nin Qəbələ rayon şöbəsinə rəsmi müraciətlər edərək ona verilmiş həmin 0.2 ha torpaq sahəsinin mülkiyyət sənədini almaq istəmişdir. Lakin qurum hər dəfə 16 mart 2007-ci ildə verdiyi rəsmi cavabda qeyd edir ki, “ Yaxın vaxtlarda Sizin tələb etdiyiniz sahənin mülkiyyət hüququna dair şəhadətnaməsi hazırlanaraq Sizə təqdim ediləcəkdir”. Lakin illər keçsə də rəhmətlik atam bu dəstəyə rüşvət vermədiyi üçün onu illər uzunu süründürməçiliyə salmışlar.Nəhayət son müraciətimə bu ilin 16 iyununda Əmlak Məslələri DK-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti rəisinin müavini Elşad Məmmədovun məntqsiz və əsassız cavabını aldıq. “ Bum kəndi, “Şahdağ” kolxozu, Yerli Aqrar İslahat Komissiyasının tərtib etdiyi 25 dekabr 1997-ci il tarixli torpaq sahəsinin seçilməsinə dair aktı hüquqmüəyyənedici sənəd deyil, həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texnikisənəd olduğundan , sözügedən aktda göstərilən 0.2 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır.” Dərhal təbii sual yaranır. Bəs niyə qonşuluqda Yerli Aqrar İslahat Komisiyasının qərarı əsasında paylanılmış digər torpaq sahələrinə DƏK-in Qəbələ 9 saylı Ərazi Reyestr İdarəsi tərəfindən mülkiyyət sənədləri verilmişdir? Bəli, vaxtilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bizə ayrılmış 2000 kv.m torpaq sahəsi üçün Torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanmalı və Dövlət Torpaq Kadastrı kitabında uçota alınmalı idi. Buna görə biz fizikişəxsin heçbir günahı ola bilməz. Bu gün bu işi DTXK-nin əvəzinə DƏK-in Qəbələ 9 saylı Ərazi Reyestr İdarəsi tərəfindən həyata keçirilə bilərdi.Amma bizə formal və əsassız cavab yazmaqla işini bitmiş hesab edir.

Cənab Prezident. Bir daha xatırlatmaq istəyirəm ki, bizim hazırda köhnə və təmirsiz 3 otaqlı ata yurdu hesab edilən və 90 il əvvəl inşa edilmiş heç bir şəraiti olmayan evimizdə on 28 ildə bizim ailəyə dövlət tərəfindən heç bir imtiyaz tətbiq edilməmişdir. Nə bir avtombil, nə bir mənzil, nə bir iş, nə pul mükafatı, nə bayram günlərində həttaH.Əliyev Fondunun təşkil etdiyi yardımlardan yaralanmışıq. İstədiyimiz tək bir mənzil problemini həll etmək üçün bizim adımıza verilən bu 0.2ha torpaq sahəsidir ki, onu da sənədləşməsinə imkan verilmir, yerli bələdiyyə isə özbaşına satıb mənimsəmək istəyir. Bu torpağı sənədləşdirə bilsəydik ev tikmək barədə düşünərdik. Nə yazıq ki, yerli bürokratlar biz şəhid ailəsinə nəinki kömək etmək, heç maraqlanmayıbar, İndi də bürokratiya grdabında qalmışıq pis vəziyyətdə. Bilmirik kimə müraciət edək. Ona görə son ümid yeri kimi Sizə rəsmi müraciət edərək xahiş edirik ki, 1997-ci ildən bizə ayrılmış 0.2 ha ərazinin mülkiyyət sənədinin alınmasına və həmin ərazidə dövlət hesabına şəhid ailəsi üçün bizə ev tikilməsinə göstəriş verəsiniz".

Oxşar xəbərlər

"İcra Hakimiyyətinə müraciət etsəm də..." - GİLEY
İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə evlərin verilməsindən DANIŞDI
Goranboy sakini ÇARƏSİZ DURUMDA - GİLEY
Zəlzələ nəticəsində onların evləri ciddi xəsarət alsa da... - Şəhid ailəsindən NARAZILIQ
Nazirlikdən şəhid Xudayar Yusifzadə ilə bağlı sevindirici addım
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi
Bakıda şəhidin oğlu özünü YANDIRDI
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Qaxda Şəhid ailəsi ÇƏTİN DURUMDA... - Maraqlanan da yoxdur...
Gəncədə daha bir şəhid ailəsinin müraciəti öz həllini tapdı - Foto
Şəhid ailəsi fırıldaqçı jurnalistin qurbanı oldu - VİDEO
Qəbələ DSMF hansı qanunlarla işləyir? - GİLEY
Prorektorun oğlu şəhid oldu
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb" - Prezidentə müraciət olundu
Qəbələ DSMF-dən NARAZILIQ VAR... - Müraciət..
Şəhid Anasından Elxan Usubova ETİRAZ - "Mən makaron yox, haqqım olan evi istəyirəm..."
“24 il orduda xidmət edib, amma ailəsi hələ də mənzillə təmin edilməyib...” - Şəhid zabitimizin qardaşı...
Şəhid ailəsi və müharibə əlillərinə fərdi ev verilib
"Bank of Baku" 9 nəfərlik ailəni evsiz qoyur - Ölkə rəhbərliyinə müraciət
Qəbələdə DƏHŞƏTLİ HADİSƏ - 89 yaşlı qadın yanaraq öldü
Deputatın ayaqqabı ilə daxil olduğu ev şəhid ailəsinindir? - Könül Nurullayeva olaya aydınlıq gətirdi
"Torpaq sahəsini Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar" - Şəhid atasından ŞİKAYƏT
Bu dəfə Şəhid anası icra başçısını İFŞA ETDİ - NARAZILIQ!
Lerik sakinlərini narazı salan kimlərdir? - GİLEY
5 540 şəhid ailəsi üzvünə vəsiqələr verildi
"Gözüm aydın ki, sən Qazisən..." - Göyçayda ÖZBAŞINALIQ
İki əsgər yetişdirən ailə çətin durumda - Müraciət...
Mingəçevir və Ağdam rəhbərliyindən RƏZALƏT: - Şəhid ailəsi 21 ildir, vaqonda yaşayır