“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
16-09-2021, 11:02
108

“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ

Cəlilabadın Ocaqlı kənd sakini, II qrup əlil rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanovdan şikayətçidir.

Epilepsiya xəstəliyindən əziyyət çəkən şikayətçi deyir ki, xəstəxanada ondan rüşvət tələb ediblər.

Meydan TV-yə danışan şikayətçi bildirib ki, bu ilin martında müayinə və müalicə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

“Məndən 172 manat pul istədilər”

Nevropatoloq ona baş-beyin nahiyyəsinin maqnit rezonans tomoqrafiyasından (MRT) keçməyi tövsiyə edib: “Bunun üçün məndən 172 manat pul istədilər. Buna etiraz etdim, Mədəniyyət Mərkəzində metodist işlədiyimi, dövlətə sığortapulu ödədiyimi bildirdim. Belə olan halda niyə pul verməliyəm? Xəstəxananın baş direktoru Elnur Azadxanov cavabında bildirdi ki, bunun bizə aidiyyəti yoxdur, pulu ödəməsən, MRT olunmayacaqsan”.

“Prezidentə, Birinci vitse-prezidentə müraciət etdim, nəticə yoxdur”

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Baş Prokurorluğa, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb, amma nəticə olmayıb.

“Məktublarıma cavab gəldi ki, müraciətiniz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yönlənidirilib. Üzərindən altı ay keçib, qurum hələ də şikayətimə baxmayıb. Bu ilin mayında yenidən həmin xəstəxanaya əlillik müddətinin uzadılması ilə əlaqədar bildirilş almaq üçün getdim. Komissiyadan keçmək vaxtım idi. Növbəm çatanda, dedilər ki, kağız bitdi. Bir az gözlədim, səbrim çatmadı. Axırda etiraz etdim ki, niyə camaatı incidirsiniz? Xəstəxananın mühafizə xidmətinin əməkdaşı mənə yaxınlaşıb, xoşagəlməz ifadələr işlətdi. Dedi ki, səs-küy salırsan. Mən də bildirdim ki, haqqımı tələb edirəm”, – deyə Füzuli Dövlətov qeyd edib.

“Elnur Azadxanovun yanına getdim, zəng etdilər, polis gəlib məni idarəyə apardı”

O deyir ki, bundan sonra baş direktor Elnur Azadxanovun yanına gedib, amma mübahisə zəminində xəstəxana işçiləri polis bölməsinə zəng ediblər və onu polisə aparıblar: “Polislər gəlib, məni xəstəxanadan Cəlilabad Rayon Polis İdarəsinə apardılar və saatlarla orada saxladılar. Hətta izahat da almadılar. Evə buraxanda isə dedilər ki, get, biz tədbir görəcəyik. Bu günə kimi heç bir tədbir görülməyib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında mənə heç bir xidmət göstərilmir. Öz pulumla özəl klinikalarda müalicə olunuram. Üstəlik, üç aydır ki, pensiyam dayandırılıb. Şikayətimə görə sənədimə baxılmır”.

İTSDA: “TƏBİB-ə, ya da Agentliyə müraciət etsin…”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Meydan TV-yə bildirilib ki, Füzuli Dövlətov 2021-ci il iyunun 15-də müraciət edib: “Cavab olaraq vətəndaşa yazılı şəkildə bildirilib ki, məktubunda hər hansı konkret fakt və müraciətinin dəqiqləşdirilməsi üçün əlaqə vasitəsi qeyd olunmadığından qurum tərəfindən köməklik göstərilməsi mümkün deyil. Şikayətçinin təsdiqedici sübutları olduğu təqdirdə Agentliyə, yaxud müvafiq instansiyalara müraciət edə bilər. Yalnız bu halda qeyd edilən məsələnin araşdırılması və tibb müəssisəsi, yaxud konkret şəxs barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi mümkündür”.

Agentlikdən bildirilib ki, Füzuli Dövlətov Cəlilabad Rayon Xəstəxanasına baş beyin nahiyəsinin maqnit rezonans tomoqrafiyası ilə bağlı müraciət etməyib: “Vətəndaş tibb müəssisəsində göstərilən xidmətlərin keyfiyyətindən narazıdırsa və ya personal tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla bağlı birinci tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir”.

Agentlik həmçinin qeyd edib ki, vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər.

Bəs qanun nə deyir?

“Vətəndaşların müraciətləri haqqında” Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır.

Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin Qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Qanunvericiliyə əsasən, vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır.

Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir.

Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur.

Oxşar xəbərlər

“Son 5 ildə əlillik alanların hamısına yanvardan imtina gəlir” - NARAZILIQ!
Keçmiş bələdiyyə sədrinin rüşvət qalmaqalı - Müavini gizlinləri açır...
“Hər ay pulumdan niyə 32 manat tutulur?” - I qrup əlil çarəsiz qalıb
ƏƏSMN nədən pensiya hüququ ilə bağlı yalnız İMTİNA CAVABI VERİR... - NARAZILIQ!
Kürdəmir həkimlərinin ümidinə qalsa... - Xəstələr rəsmən ölümə tərk edilir...
“Məni işdən çıxarıb yerimə taksi sürücüsünü təyin edib...” - Cəlilabadın baş həkimindən şikayət...
"İşləyə bilmirəm, əmək qabiliyyətimi itirmişəm..." - GİLEY
Cəlilabadda biabırçılıq: restoranda qadın məsləhətxanası fəaliyyət göstərir — FOTOLAR
Bakı sakini əlillik pensiyasının verilməməsindən şikayətçidir - GİLEY
"Baş həkim dedi ki, xəstəxanada vaksin yoxdur..." - GİLEY
Kürdəmirdə xəstələrin tək ümidi Allahdır... - GİLEY
Biləsuvar xəstəxanası ƏSL QƏSSABXANA İMİŞ... - Xəstənin başına oyun açıblar...
"Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı" - GİLEY
Ağdam rayon sakini işsizlikdən şikayətlənir - NARAZILIQ!
"50 manat pul üçün imtina cavabı gəlib" - GİLEY
Qubada icra başçısına söykənən ÖZBAŞINALIQ... - GİLEY
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlil şəxsi döydü
"Ordan da imtina sms-i gəlib ki, pensiya alıram" - GİLEY
“Muğanbank”da yaşlı müştərinin 10 min manatı necə yoxa çıxdı?
Hökumət iki azyaşlının əlilliyini ləğv edib... - əlillər dərmansız, ərzaqsız qalıb
Peyvənd pasportu olmayan vətəndaş xəstəxanaya buraxılmadı
“Hər dəfə “vakansiya yerimiz yoxdur” deyirlər...” - NARAZILIQ!
Şirvan Şəhər Doğum Evi xəstədən rüşvət tələb edib?
Gəncə Şəhər Endokrinoloji xəstəxanasında ÖZBAŞINALIQ - GİLEY
”Epikriz vermirlər, pensiyamı kəsmək istəyirlər” - Əlil hərbçi
Şəkidə əlillik dərəcəsi almaq üçün baş həkimə NƏ VERMƏK LAZIMDIR? -ŞİKAYƏT
Direktor müəllimədən 700 manat rüşvət tələb edib-ŞƏMKİRDƏ
Quba Xəstəxanasında əlillik dərəcəsi üçün rüşvət şəbəkəsi... - İTTİHAM
"Yeni Bakı" sakinlərindən Prezidentə MÜRACİƏT: çıxarış üçün qanunsuz pul tələb edilir