Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir
24-09-2021, 10:33
55

Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir

"Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin (MTK) Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etidyi binadan mənzil alan vətəndaşlar İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib. 

7News.Az xəbər verir ki, vətəndaşların iddiasına görə, MTK-nın rəhbəri Taley Allahverdiyev vergidən yayınıb. Şikayətçilər deyir ki, payçıları aldatmaqla yanaşı, vergidən də yayınan şirkət rəhbərinin bu əməlinin ciddi şəkildə təftiş olunmasına zərurət var. Sakinlər Mikayıl Cabbarovdan Dövlət Vergi Xidmətinə "Sahil-S İnşaat” MTK-nın vergi fırıldağını araşdırmaq üçün göstəriş verməyi xahiş edib.

"Bu zaman əksər mənzillər satıldığı halda, MTK-nın vergidən necə yayındığı aşkar olunacaq. Təbii ki, bunun da cərimə sanksiyası az deyil. Bu baxımdan "Sahil-S İnşaat” MTK-nın və rəhbərinin fəaliyyətinin vergi xidməti tərəfindən araşdırılması tələb olunur" deyə müraciətdə bildirilib.

Sakinlər deyir ki, şirkət onlarla imzaladığı müqaviləni qanunsuzluq edərək pozur, xitam verir, yeni müqavilə tərtib edir və mənzillərin qiymətini qaldırır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir. Paralel olaraq isə vergidən yayınmaya yol verilir: "Əgər vergidən yayınma faktı aşkarlanarsa, Taley Allahverdiyevə vergi cinayəti ilə bağlı açıla bilər". 

Sakinlər qeyd edirlər ki, mənzillərin 97 faizi satıldığı halda şirkət rəhbəri bunu gizlədir və bu minvalla külli miqdarda vəsaiti vergidən yayındırıraraq, mənimsəyir: 

"Halbuki binanın sonuncu mərtəbəsinin tikintisi yarımçıq qalıb. Şirkət ən azı tikintini yekunlaşdıra bilərdi. Amma nə sakinlərə hesabat verilir, nə tikintinin dayanmasının səbəbi izah olunur, nə də normal söhbət aparılır. Bəs bu işi təhvil verə bilməyəcəkdilərsə, yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı. Bu da nəticəsi... Ona görə də İqtisadiyyat naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, "Sahil-S İnşaat” MTK-nın vergidən yayınmasının araşdırılması haqda tapşırıq versin"./Qaynarinfo

Oxşar xəbərlər

“Sahil - S İnşaat” MTK fırıldağının qurbanları İlham Əliyevə müraciət etdi - NARAZILIQ!
“Sahil - S İnşaat” MTK sakinləri aldadır - NARAZILIQ!
“Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu
Tikinti şirkəti baş redaktoru aldadıb - Prezidentə müraciət
“Sahil - S İnşaat”dan MİSİLSİZ FIRILDAQ... - Çarəsiz sakinlərdən MÜRACİƏT
Ağstafada tender maxinasiyaları - İcra Hakimiyyəti izi necə itirməyə çalışır?
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Eldar Mahmudova məxsus olan şirkət LƏĞV OLUNUR
Dövlətə 28 milyon borcu olan “AAAF-İnşaat” “Azərişıq”ı məhkəməyə verdi – RƏSMİ
Vergidən yayınan “Eurocilima” MMC insanları necə aldadır? — Yüksək pul alırlar, amma "kombi" yenə işləmir...
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
“Veysəloğlu” və “Oba” vergidən necə yayınır... – 72 saatlıq qul əməyinə etiraz
Xətai icra hakimiyyətindən şübhəli tender - Şirkət yaranmamış necə fəaliyyət göstərib?
Bakının bu hissəsində evlər plana düşdü: 3 min manata qədər pul təklif edilir
Ağstafada büdcə pulları rəsmən TALAN OLUNUR... - FAKT BUDUR!
Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu
Zülfüqarlı qardaşlarının vergidən 10 milyonlarla manat gizlətdikləri üzə çıxdı, cinayət işi açıldı - Qardaşlar ölkədən qaçmaq istəyirlər
Nazir Mikayıl Cabbarov Holcim ASC-də baş verənləri nəzarətə götürdü
Talıbovun oğlunun holdinqi daha iki şirkət təsis edib?
Zərdabın icra başçısından şübhəli gedişlər... - İTTİHAM
Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Azərbaycana gətiriləcək vaksinlə bağlı MÜHÜM XƏBƏR
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
Təhsil Nazirliyi yarım milyona odun alır - Şübhəli tender
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
İcra başçısının sevimli şirkəti qalib oldu - Milyonlar şirkətə belə axıdılır
"Holcim"in direktoru Frederik Guimbal qovuldu, qaldı Dilbər Sultanova