“İcra başçısı bələdiyyə torpaqlarını satır” - GİLEY
24-09-2021, 10:48
76

“İcra başçısı bələdiyyə torpaqlarını satır” - GİLEY

“Göyçay rayon icra başçısı Mehdi Səlimzadə uzun müddət bizim ailənin istifadəsində olan bələdiyyəyə məxsus torpaq sahəsini 5 000 manat rüşvət alaraq, Göyçay rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elnur İsmayılovun oğlu Rəvan İsmayılova satıb”.
Bu sözləri Bizimyol.info-ya Göyçayın Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızı bildirib. Onun sözlərinə görə, Rəvan İsmayılov özü etiraf edib ki, bu torpaq sahəsi artıq ona məxsusdur və icra başçısı Mehdi Səlimzadəyə 5000 manat pul ödəyərək alıb.

“Bu cinayət əməlidir, çünki bələdiyyəyə məxsus torpaq sahəsini icra başçısının kiməsə satması qanunsuzluqdur. Qeyd edim ki, Mehdi Səlimzadə Göyçayı feodal qanunları ilə idarə edib, harada, kimə gəldi torpağı sənədləşmə aparılmadan qanunsuz satır. Buna görə təkcə Göyçay şəhərinin mərkəzi küçələrində 100-dən çox sənədsiz inşa edilmiş obyektlər var”,-deyə şikayətçi bildirir.

Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya açıqlama verilərək bildirilib ki, bələdiyyələr yalnız bələdiyyəyə məxsus olan torpaq sahələrinin digər şəxslərin mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsi barədə qərarlar qəbul edə bilərlər: “Potu bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasından imtina edilməsini əsassız hesab etdiyi halda, həmçinin bələdiyyənin qanunsuz hərəkətləri barədə Göyçay Regional Ədliyyə İdarəsinə müraciət etməyi tövsiyə olunur. Pay torpaq sahəsinin Rəvan İsmayılova müəyyən məbləğ qarşılığında satılması faktı əsassızdır”.

Oxşar xəbərlər

"Mənə heç kim heç nə edə bilməz..." - Göyçayda ÖZBAŞINALIQ
Mehdi Səlimzadənin başçı olduğu rayonda əməliyyat: Saxlanılanlar var
Göyçay İH-də 250 000 manatı kim mənimsəyib? - HƏBSXANADAN İTTİHAM
"İcra başçısı Göyçayda pula gedəsi nə varsa satıb" - İTTİHAM
"Göyçay «Komxoz» idarəsində 700 nəfərə yaxın işçinin adı gedir..." - GİLEY
İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...
Göyçay sakinləri başçıdan giley edir - VİDEO
"Mehdi Səlimzadə bir dəfə də olsun şəhidlər xiyabanı ilə maraqlanmayıb" - Prezidentə müraciət olundu
Göyçayda boş torpaq tapmaq müşkülə çevrilib - Başçı hər yeri satışa çıxarıb
Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe
Göyçay rayon Təhsil şöbəsinin müdiri iş otağında dünyasını dəyişdi
İnam Kərimov bu il Göyçaydan barama gözləməsin... - İLGİNC FAKT
Göyçayın icra başçısından biabırçı addım - Yaralı qaziyə 7 manatlıq üzqırxan verib yola salır...
Göyçay icra başçısının qardaşı oğlu bıçaqlandı - Foto
Qazi ailəsi Göyçayın başçısından ŞİKAYƏT ETDİ - Prezidentə müraciət olundu
Salyan Şəhər icra başçısı Sevindik Hətəmov Qarabağ qazisinə: Get kimə istəyirsən şikayət et - VİDEO
Göyçay icra başçısı sakini belə aldatdı - İTTİHAM
ŞOK İDDİA: Göyçay İcra Hakimiyyəti qazi və şəhid ailələrini unudub, başı “GÖYÇAYI SATMAĞA” QARIŞIB
"Gözüm aydın ki, sən Qazisən..." - Göyçayda ÖZBAŞINALIQ
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY
Vətəndaşdan icra başçısına ağır ittiham: 2 hektar torpağı mənimsəyib - Video
"Torpaq sahəsini Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar" - Şəhid atasından ŞİKAYƏT
Bələdiyyə sədri Təmraz Tağıyevin də öz konstitusiyası var? - NARAZILIQ!
Göyçay sakinlərindən "Azenerji"yə: ZÜLMƏTDƏ QALMIŞIQ... - GİLEY
İcra başçısının qanunsuz göstərişi qalmaqala SƏBƏB OLDU
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Göyçay sakini narazılıq edir... - GİLEY
227 min rüşvət verən iş adamı məqsədinə çatdı: Şabranda bir gündə 2 tender “uddu”
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
İcra başçısının həbs müddəti artırılır