"Klinika müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır..." - GİLEY
24-09-2021, 16:13
98

"Klinika müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır..." - GİLEY

"“DünyaGöz" klinikasında göz əməliyyatı keçirdikdən sonra görmə qabiliyyətim zəifləməyə başlayıb”.
Bunu Bizimyol.info-ya Gülçöhrə Bəşirova şikayəti zamanı səsləndirib. Onun sözlərinə görə, sol gözündə uşaqlıqdan yaranmış çəpliyi aradan qaldırmaq üçün 2020-ci il dekabr ayının 12-də sözügedən xəstəxanada Türkiyədən gəlmiş cərrah Halit Özhisar tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra günlərlə, həftələrlə, aylarla çəpliyin aradan qalxmasını gözləsə də, müsbət nəticə olmayıb və əksinə, gözlərinin görmə qabiliyyəti zamanla zəifləməyə başlayıb.

Gülçöhrə Bəşirova 2021-ci ilin yanvar ayının sonunda müayinədən keçmək üçün klinikaya getdiyi zaman ona bildirilib ki, həmin həkim Türkiyədədir və mart ayında başqa bir professor gələcək.

“Məni onun qəbuluna yazdılar. Mart ayının 10-da professorun müayinəsində oldum və professor daha üç ay da gözləməli olduğumu bildirdi. Üzərindən 6 ay keçməsinə rəğmən, gözümdəki çəplik hələ də düzəlməyib, görmə qabiliyyətim də zəifləməkdədir. Klinika isə müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır və hər dəfə hansısa professorun müayinəsinə yönəltməklə prosesi uzadır”.

Şikayətçinin sözlərinə görə, bu günə qədər "DünyaGöz" klinikasında müayinələrə ümumilikdə 250 AZN, anesteziyaya 250 AZN, əməliyyata 3980 AZN pul ödəyib.

“Klinika isə təklif edir ki, başqa bir həkimə yönləndirib yenidən əməliyyat etsinlər. Mən hansı inamla bu klinikanın növbəti həkiminə arxayın olub ikinci dəfə əməliyyat olunum? Buradan görünür ki, "DünyaGöz" klinikası pasiyentlərini əşya yerinə qoyur. Mən artıq onlara güvənmədiyimi, ikinci dəfə onlara etibar edib gözümə bıçaq vurulmasını istəmədiyimi dedikdə isə, utanmadan, güya, ödədiyim vəsaiti geri qaytarmaq üçün bəhanə etdiyimi deyirlər”.

Məsələ ilə bağlı "DünyaGöz" klinikası ilə əlaqə yaratmağa çalışdıq. Xəstəxanadan bildirdilər ki, hazırda rəhbərlik yerində olmadığı üçün məlumat verə bilmirlər.

Oxşar xəbərlər

"DünyaGöz" klinikasından ŞİKAYƏT - "Çəplik düzəlməyib, görmə qabiliyyətim də zəifləyib"
Gözləri açılan qazimiz israilli həkimə hədiyyə verdi - FOTO
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Xalq artisti infarkt keçirdi
"Əməliyyatdan üç-dörd gün sonra ağrılar başladı..." - GİLEY
Bərdə xəstəxanasında biabırçı olay - Üzrü səhvindən betər... (SƏS YAZISI)
"Oksigen" klinikasında rəsmən özbaşınalıqdır... - GİLEY
Azərbaycanda spirtli içki içən şəxs görmə qabiliyyətini itirdi
İtaliyalı model iki aya yaxındır koronavirusdan sağala bilmir - FOTO
İtaliyalı model iki aya yaxındır koronavirusdan sağala bilmir - FOTO
Novruz tətilindən sonra dərslər dayandırılır? - RƏSMİ
Məşhur həkim klinikanı ittiham edib: - "Stimul hospital"dakı əməliyyatdan sonra 11 yaşlı Adilin sümüyü əriyib
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
Əhaliyə peyvənd əvəzinə başqa məhlul vurublar! - SENSASİON AÇIQLAMA
ZİYALILAR PREZİDENT ADMİNİSTRASİYASINA MÜRACİƏT ETDİLƏR - Reklam Agentliyinin rəhbərliyi məsuliyyətə cəlb ediləcəkmi?
Şirkət fırıldaqçı çıxdı, MİDA boyun qaçırır – Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir
Rəmişin həyat yoldaşı hamını aldadıb – Fotofakt
“Barselona”nın əfsanəvi oyunçusu altıncı dəfə ən yaxşı məşqçi seçildi
Rübabə Muradovanın qızı vəfat etdi - FOTO
Həkim ər-arvada qarşı ağır ittiham – Ölən xəstənin ailəsi şikayətçidir
Pensiyaçılara ŞAD XƏBƏR: fevral ayı...
Biləsuvar xəstəxanası ƏSL QƏSSABXANA İMİŞ... - Xəstənin başına oyun açıblar...
Türk alim koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı
“Dünyagöz” Xəstəxanasından - ŞİKAYƏT
"Baku Medical Plaza"da ölüm hadisəsi - Həkim səhvinin qurbanı, yoxsa?..
Bu qadağa da aradan qaldırıldı
Bu gün Ramazan ayının sonuncu günüdür
Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM
Cahid Şahbazov həkimdir, yoxsa?.. - Çəkişmə...
“Semaşko”da həkimlərin maaşları verilmir - ŞİKAYƏT