İkinci Qarabağ Müharibəsi zamanı, Ermənistanın Gəncəni bombalaması nəticəsində çox sayda ev zərər gördü. Bu evlərdən biri də Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 2-ci dalan, 9 ünvanındakı Vüsalə Əliyevayaya məxsusdur. Ev qismən dağılıb, yaşamaq üçün yarasız vəziyyətə düşsə də, V.Əliyeva dövlətin ona ayırdığı kompensasiyanı almayıb.
Vüsalə xanım özü belə iddia edir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov ona düşən haqqı ödəmir. Bu mövzuya daha əvvəl də toxunduğumuz üçün deyə bilərik ki, Gəncədən Milli Məclisin deputatı olan Naqif Həmzə, İcra Hakimiyyəti ilə Vüsalə Əliyeva arasında hansısa bir problemin olduğunu qeyd etmişdi. O bildirmişdi ki, məsələdə hər iki tərəf də haqlıdır və qarşılıqlı razılığa gəlinməlidir. Ancaq oktaybrın 4-də Vüsalə Əliyevanın yolu bağlayaraq aksiya keçirməyindən bəlli olur ki, İcra Hakimiyyəti ilə zərərçəkmiş hələ də ortaq məxrəcə gələ bilməyib.
Biz məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərsək də, cavab ala bilməmişdik.
Bu gün isə jurnalist Azər Həsrət öz "Facebook" səhifəsində bu məsələyə, ancaq fərqli istiqamətdə toxunub. O, qeyd edib ki, bir neçə gün öncə Gəncədə olub və Niyazi Bayramovla görüşüb. N.Bayramov, Azər Həsrətin də qatıldığı heyətə zərərçəkənlərlə bağlı görülən işlər haqqında bilgi verib. Vüsalə Əliyeva məsələsinə gəldikdə isə, görünür ki, zərərçəkmişin çəkdiyi videolar Gəncə İcra Başçısının ürəyincə olmayıb.
Azər Həsrətin yazdığına görə, N.Bayramov hər videodan sonra V.Əliyevaya yardım edildiyini bildirib. Amma hazırda Vüsalə Əliyeva aradan bir il keçməsinə baxmayaraq, həyətində göy berezentdən qurduğu çadırda yaşayır.
Azər Həsrət yazır: "Bizə çatan bilgilərə görə, qadının Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 2-ci dalan, 9 ünvanındakı evi, doğrudan da, zərər çəkib. Evə baxış da keçirilib, qismən ziyan dəymiş kimi qiymətləndirilib. Yəni tam olaraq dağıdılmış ev deyil. Buna görə də ona ilkin olaraq min manat maddi yardım edilib. Ayrılan məbləğdən narazı qaldığı üçün ona əlavə 5 min manat da yardım edilib və vətəndaşı tam razı salmaq üçün yeni ev tikilməsi qərara alınıb. Lakin bu təklif də, qadını və ailəsini razı salmağa yetməyib. Onlar yeni evdən və 5 min manatlıq yardımdan imtina edir, dövlətdən 500 min manat tələb edir!
Gələn bilgilərdə o da deyilir ki, Gəncənin icra başçısı Niyazi Bayramovun özü də şəxsən ailəyə 2 min manatlıq yardım edib. Üstəlik də, onlara 2020-ci ilin oktyabrından kirayə xərclərini qarşılamaq üçün aylıq 250 manat pul ayrılır.
Yəni göründüyü kimi, qadının və ailəsinin çadırda yaşamasına gərək yoxdur. Əgər evi hazırda yararsızdırsa, kirayə evə çıxa bilər. Onun da pulunu dövlət verir".
Vüsalə Əliyeva isə Bizimyol.info saytına bu gün verdiyi açıqlamasında 500 min manat istəmədiyini dedi. O bildirdi ki, ona bu günə qədər 1000 manat dövlət yardımı edilib: "Bu günlərdə dedilər ki, "gəl 5000 manat konpensasiyanı apar". Mən bu puldan imtina eləmişəm. Çünki dövlət zərərçəkənlərə adambaşına 1500 manat və 6000 manat da məişət əşyalarına görə ayırıb. Mənə isə bu vəsaiti vermirlər. Mənim başıma bu problem gələndən bir dəfə də olsun nə Niyazi Bayramov, nə də başqası mənə yardım etməyib. Xəstəxanaya belə özüm getmişəm. Heç kim mənim üçün heç nə etməyib".
V.Əliyeva qeyd edib ki, onun 3 mərtəbəli evinin yerində 3 otaq bir aynabənd ev tikmək istəyiblər. Ancaq o razılıq verməyib və evinin kvadratına görə vəsait istəyib: "Dedim mənə ev tikməyin, evimin kvadratını hesablayıb, mənə pulunu verin. Mən heç kimdən 500 min manat tələb etməmişəm. Niyazi Bayramov əvvəl də ondan 25000 manat tələb etdiyimi deyirdi".
Vüsalə Əliyeva sonda deyib: "İnanıram ki, bir gün mənim səsimi ölkə başçısı eşidəcək".
Niyazi Bayramovun yalanı JURNALİSTİN DİLİNDƏ... - Bombalanan evin sahibəsi yarım milyon istəyir?!
09
oktyabr
12:30

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gəncədə evi bombalanan, gözünü itirən qadın başçıya üsyan etdi - VİDEO
Evinə raket düşən şəxs İcra Hakimiyyətindən şikayət etdi - VİDEO
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
Gəncə terrorunun qurbanları acınacaqlı durumda: - İcra başçısı da müraciətə cavab vermir
Gəncədə daha bir şəhid ailəsinin müraciəti öz həllini tapdı - Foto
"Gəncənin icra başçısı məni ölümə sürükləyir" - GİLEY
İcra başçısı müharibədə evi yararsız hala düşən vətəndaşı hədələdi – Video
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR
Gəncənin icra başçısı səkidə “Zəfər bulağı” tikir...- İcra başçısı Niyazi Bayramovun həbsi gözlənilir
Gəncənin icra başçısı Niyazi Bayramov Qarabağda nə vaxt döyüşüb ?- Azad Rəhimovun qudası necə polkovnik oldu ?
İcra başçısı məhkəməyə verildi
"Hər dəfə deyirdilər ki, başçı yerində yoxdur..." - GİLEY
İcra başçısı ilə Nazim İbrahimov arasında "Stefano Ricci" QALMAQALI
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
İcra başçısına müraciət etsələr də... - Gəncədən ŞİKAYƏT
ABŞ-ın məşhur jurnalisti Gəncəyə səfər edib
Gəncənin icra başçısı axtarılır
Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
Niyazi Bayramovun Gəncəsində biabırçı mənzərə... - VİDEOFAKT
Abbas Səhhət adına xəstəxanada Qazilərə düşmən münasibət! - BİABIRÇILIQ
"Gəncə şəhəri batıbdır... Niyazi Bayramov varmı, yoxmu... bilinmir" - Universitet rektorundan İTTİHAMLAR
Evinə bomba düşən Gəncə sakini çarəsiz durumda - "Adım heç zərərçəkmişlərin siyahısında yoxdur"
Şəhidlərimizə hörmətsizlik edən Niyazi Bayramov, kürəkənin Qarabağda döyüşübmü ?- Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı
Vüsalə Əlizadənin zabit qardaşı qəzada həlak oldu - FOTO
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Azərbaycanda məşhur aparıcı koronavirusa yoluxdu
Gəncədə icra başçısı ittiham olunur - GİLEY
- Mingəçevirdə it sahibini PARÇALADI
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Yük maşını yol kənarına aşdı
- "Yargı"da daha bir ayrılıq - FOTO
- Narkotiklə şərlənən şəxsin təqsirsizliyi üzə çıxdı -PROKUROR NARKOTİKİN EVƏ NECƏ QOYULMASINI ARAŞDIRACAQ
- Ukrayna Lisiçansk şəhərinə nəzarəti itirir
- Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
- ABŞ-da atışma olub, iki nəfər ölüb
- Qəzada ölən polis 3 uşaq atası imiş
- Cüdo məşqçisi qəza nəticəsində ÖLÜB
- Almaniyada qətl törədən azərbaycanlıya görə polis bir neçə obyekt və evə basqın etdi - FOTOLAR
- Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Misirdə akula turist qadını parçaladı - Video
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?
- "Təxribatların qarşısını almağa hazır olun" - Zakir Həsənovdan generallara TAPŞIRIQ