Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ADAU-da Musa Bayramov kabusu”, “ADAU-da saxta dekan seçkisi”, “ADAU-nun “dərsə gəlməyən müəllimlər”i” və “ADAU-da DİM-in nüfuzuna kölgə salanlar” başlıqlı məqalələr dərc etmişdik. Redaksiyamıza ADAU-da baş verən qanunsuz əməllər barədə yeni məlumatlar daxil olub.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) təkcə elmi-tədris mühitindəki geriləmələri ilə diqqət çəkmir, eləcə də həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. ADAU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək, aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara da qorxmadan imza atırlar.Adıkeçən təhsil ocağının rektoru başda olmaqla, əsabələrinin də etdiklərinin cəzasızlıq mühitində yoğrulmasından ortaya çıxan bir çox eybəcərliklər özünün ölçü meyarlarına görə ölkəmizdə analoqu olmayan rəzaləti yaradır. ADAU-da saxta elmi adların daşınmasından və paylanmasından tutmuş, plagiatlığın başbilənlər tərəfindən normal qarşılanması tədris mühitilə bərabər, digər maddi maxinasiyalar üçün də qızıl açar rolu olub. Hazırda ADAU-da adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara hansı saxta yollarla və necə maaş yazılmasını, onlara yazılan pulları da özlərinin, yoxsa kimin almasını aydın etməyə, aşkar maliyyə pozuntularına görə ölkənin hüquq-mühafizə orqanlarının hərəkətə keçməsinə real əsaslar var.
Beləliklə, bir müddət öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, ADAU-da tədris prosesini axsadan amillər daha çox şəxsi maraqlardan qaynaqlanır. Təsəvvür edin ki, rektor şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da “müəllim” adı altında birləşdirərək onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına da rəvac verib. Prosesin illərə dayandığını nəzərə alsaq, küllü miqdarda dövlət vəsaitinin düzgün təyinatla xərclənməməsi, bəlkə də məhz rektorun özü tərəfindən mənimsənilməsi iddiası yaranır. Əldə edə bildiyimiz bir sıra sənədlərdən və informasiyalardan aydın olur ki, Universitetin təkcə Aqronomluq fakultəsinin “Ekologiya və meşəçilik” kafedrasında iki mötəbər məmurun guya davamlı dərs tədris etməsi, mühazirələr söyləməsi adı altında sənədləşdirmələr və dərs jurnalları illərlə saxtalaşdırılıb. Məsələn, hazırda “Gəncə Det-Al Alüminium” Kompleksinin direktoru vəzifəsini daşıyan Cəmil Səfərova adıkeçən kafedrada əsassız maaş yazanlar 8 ildir ki, jurnallarda onun əvəzindən imzalar belə çəkiblər. Aşkar saxtakarlığı isə sabiq kafedra müdiri, eləcə də bugünlərdə İbrahim Cəfərov tərəfindən yenidən kafedra müdiri təyin edilən plagiat dosent Musa Bayramov həyata keçirib. Maxinasiyada təbii ki, rektorun dostu, Aqronomluq fakültəsinin 13 illik dekanı və rektorun “aradüzəldəni” Məhərrəm İsmayılov, eləcə də kafedra müdiri Zakir İbrahimov fəal iştirak edib. Özbaşınalıqdan onlar da xəbərdar olub. Onu da qeyd edək ki, Məhərrəm İsmayılovu UNEC rektoru Ədalət Vəliyevin xahişi ilə işdə saxladığını İbrahim Cəfərov daim öz yaxın ətrafına çəkinmədən deyir. Bu vəzifəyə real namizəd olan və rektorun da dəstəklədiyi Hüseyn İdrisov isə bu “təyinatdan” sonra universitetdən və kafedra müdirliyindən inciyərək çıxıb getmişdir. Çünki İ.Cəfərov “ikibaşlı”oyun oynamışdır.
“Dərsə gəlməyən müəllimlər” siyahısında rektor İbrahim Cəfərovla kirvəliyi olan, Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov da var. Onun da hansı fənni nə vaxt tədris etdiyinə dair bilgi yoxdur. Uzun illərdir Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru kimi çalışan, gününü rəhbərlik etdiyi təhsil ocağında, iş başında keçirən Natiq Cavadov da rektorla dostluq edən gizəmli ADAU müəllimlərindəndir. Bu şəxs də demək olar ki, tələbə qarşısına çıxmadan, universitetə ayaq basmadan 0,5 ştat vahidi maaş alan məmurlardandır. İllərin göyə sovurduğu pulun bu şəxsə niyə verildiyini də rektordan soruşmaq lazımdır.
Bunlardan başqa, ADAU-nun sabiq prorektoru, hazırda Bakıda yaşamaqla KT nazirliyi yanında Bitki Mühafizə Mərkəzinin direktoru olan Azad İbrahimov, Gəncə Gömrük İdarəsinin əməkdaşı İlyas Məmmədov, millətvəkili Eldar İbrahimov (məsləhətçi adı ilə), Gəncənin sabiq təhsil müdiri Zakir Hüseynov və bir çoxları universitet büdcəsindən sanki “sosial yardım” alan məşhurlardır.
Universitetdə 80 hektarı əhatə edən tədris-təcrübə təsərrüfatındakı proseslər, pedoqoji-istehsalat təcrübələrinə ayırmalar, illik dövriyyəsi küllü miqdarı aşan tələbə və müəllim həmkarlar təşkilatlarının əlindəki rəqəmlər də kağızlardan-kağıza köçürülür. Yerli Həmkarlar Təşkilatının müstəqilliyi pozulur, büdcəsinin də necə məsrəf edilməsi rektorun şəxsən özünə bəllidir.
2016-cı ildə Hesablama Palatasının ADAU-da keçirdiyi maliyyə yoxlamaları zamanı “ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Maxinasiyanın isə birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verdiyi yazılırdı. Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda (Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər, Meyvə tərəvəz və suptropik bitki genefondunun yaradılması becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərinii öyrənən sahəvi-elmi tədqiqat, Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə labaratoriyaları) təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürüldüyü iddia edilirdi. Bundan başqa Universitetin 4 laboratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da, əmək haqqlarının rektor İ.Cəfərova çatdırıldığı bildirilirdi. Bütün bunlara baxmayaraq bu il rektor rüşvət müqabilində yenidən 80-ə yaxın təhsilə aid olmayan adamı ADAU-da işlə təmin edibdir. Burdan əldə etdiyi çirkli pullarla isə Göygöl yolunda “Sevimli market”in arxasında tikdirdiyi 5-ci villasını təmir edib və Goran qəsəbəsində yerləşən mebel dükanından bu yaxınlarda 50.000 manata mebel dəstləri alıbdır.
1 noyabr Kənd Təsərrüfatı İşçiləri günü münasibətilə fəxri ad almaq üçün təqdim edilən şəxslər də birbaşa rektorun yaxın adamlarıdır. Onlardan Anar Hətəmov, Azad Bayramov, Rafiq Allahverdiyevi misal çəkə bilərik. ADAU-nun 50 ildir elmlə məşğul olan layiqli alimləri olan yerdə bu şəxslərin fəxri ad almağa təqdim edilməsi işçilər arasında ikrah doğurur. Məsələn R.Allahverdiyev kimi elmi işi plagiat çıxan, dosent adı ala bilməyən, əvvəllər fermer təsərrüfatı ilə məşğul olan birinin fəxri ad alması ciddi narazılıq doğura bilər.
Növbəti yazımızda ADAU-da yerləşən kafelərin kimlərə xidmət etməsindən, bu işdə rektorun oğlu Elvinin, kürəkəni Samirin hansı rol oynamasından, “daxili nəzarət” Namiqin, elmi katib Səbuhinin qanunsuzluqlara niyə göz yummasından bəhs edəcəyik.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//
ADAU rektoru özünə SƏRVƏT TOPLAYIR... - İLGİNC İDDİA
18
oktyabr
11:24

Qarabağ
OXŞAR XƏBƏRLƏR
ADAU-da DİM-in nüfuzuna kölgə salanlar... - İTTİHAM
Sosial şəbəkə qəhrəmanı olan rektor
Daha iki universitetdə ənənəvi tədris bərpa olunmayacaq
ADAU-nun kafedra müdiri vəfat edib
Aqrar Universitetdə nələr baş verir? - Prezidentə müraciət olundu
ADAU-nun rektoru İbrahim Cəfərov necə professor, rektor oldu?
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
ADAU rektoru üçün ÇƏTİN DÖNƏM... - İTTİHAM
ADAU rektoru İbrahim Cəfərov həbs oluna bilər: MALİYYƏ FIRILDAĞI, MEHDİYEVƏ 'XİDMƏT', DÖVLƏTƏ XƏYANƏT
“Universitetdə Təhsil Nazirliyinin məktubu qulaqardına vurulur” - NARAZILIQ!
ADAU-nun “dərsə gəlməyən müəllimlər”i
ADAU-da məmurlara maaş necə yazılıb və ayrılan pullar hansı cibə girib? - Sənəd
ADAU-da NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Kasıb rektorun milyonluq villaları, bahalı maşınları,dəbdəbəli həyatı haqda..
Dövlət Aqrar Universitetində NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Dövlət Aqrar Universitetində NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Gəncədə nə qanun var, nə də qayda... - Belə də olmaz axı...
Azərbaycanda professor koronavirsdan öldü
Ramiz Mehdiyev rektorun sədaqətini ödülləndirdi-İLGİNC
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - Video
GDU-da tələbə təqaüdü üçün düzülən "100"lüklər nə dərəcədə əsaslıdır?- İTTİHAM
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova dur deyən tapılacaqmı?
"Rektor birbaşa Mikayıl Cabbarova zəng edib?" - Yusif Yusibovla bağlı ŞOK İDDİA
Akademik Gəncədə “qara kassa” rolunda
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Akademik Gəncədə “qara kassa” rolunda - İTTİHAM
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
Alı Qocayev Samuxda BU OYUNLARDAN ÇIXIR... - İTTİHAM
ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi
- Təhlükəli asteroid Yerə yaxınlaşır
- Qətər Livan ordusuna 60 milyon ayırır
- "Hələ də kifayət qədər hərbi yardım yoxdur" - Danilov
- Lukaşenko Putinə dəstək olmayanları bununla HƏDƏLƏDİ
- Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi
- Uşaqlara qoyulan rayon və şəhər adları - SİYAHI
- Dollar yeni həftəyə belə başlayacaq
- Meymun çiçəyinə yoluxan məşhur aktyor: “Bədənimdə 25-dən çox...”
- NATO yeni silahlanma yarışına başlayır
- Səfər Əbiyevin, Nəcməddin Sadıkovun kadrı Valeh Nəcəfovun əməlləri...- ASTARADA NƏ BAŞ VERİR ?
- Bakı sakini 3 kq heroinlə tutuldu
- Bu il 97 uşağa Polad, 37 uşağa Xudayar adı verilib
- Ukraynada müharibədə 339 uşaq ölüb
- Ukrayna Rusiyanın itkilərini AÇIQLADI
- Yaponiyada rekord istilər qeydə alınıb
- Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
- “Qarabağ” yoxlama oyunu keçirəcək
- "Mən də xəyanət etmişəm" - Nadir Qafarzadə
- Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə mükafatlandırılacaq”
- Nəvəsi tərəfindən qətlə yetirilən Qənirə Mehdixanlı tanınmış şəxs olub
- Azərbaycan Ordusu 104 yaşında
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi