"Mən altı aydır ki pensiya almıram..." - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
22-10-2021, 10:44
64

"Mən altı aydır ki pensiya almıram..." - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Yardımlı rayonu Bozayran kənd sakini, Qarabağ Müharibə Veteranı Sadiyev Ataş Sadi oğlu prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb. Sahil Babayevin rəhbəri olduğu nazirlik tərəfindən haqsızlığa və özbaşınalıqlara düçar olan şikayətçi aşağıdakıları yazıb :

"Hörmətli Prezident !
Bildirirəm ki, Qarabağ Müharibəsi Veteranı olmaqla 2-ci qrup əliləm. 2021-ci ilin may ayında əlillik müddəti başa çatdığından mənim pensiya təminatım dayandırılmışdır. Tibbi Sosial Ekspert Komissiyasına müraciətimdən sonra 09.07.2021-ci il tarixdə mənim 2-ci qrup əlilliyim yenidən bərpa edilmişdir. Sizin şəxsi təşəbbüsünüz və tapşırığınizla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün strukturlarının elektron qaydada xidmət göstərmələrinə baxmayaraq 04 sentyabr 2021 ci il tarixdə yazili ərizə ilə poçt şöbəsi vasitəsiylə ƏƏSM Nazirliyinə bir daha müraciət etmişəm. Mənim ərizəm DSMF yanında Xüsusi Şərtlərlə Təyinat idarəsinə vaxtında daxil olsa da bu günə qədər baxılmamış qalmış və nəticədə mənə çatası pensiya məbləğinin ödənişi həyata keçirilməmişdir.
Hörmətli Prezident ! Mən 6/altı/ aydır ki pensiya almıram. Səhətimlə əlaqədar heç bir yerdə işləmirəm. Qarabağ Müharibəsi Veteranlarına verilən 80 manat müavinətdən başqa qazancım yoxdur. Lazımi dərmanları almaqda çətinlik çəkirəm.
Hörmətli Prezident! Sizdən xahiş edirəm ki, mənə çatası pensiya məbləğinin ödənilməsindən ötəri lazımi göstərişlər verəsiniz".
İnanırıq ki, aidiyyatı nazirlik sosial və sağlamlıq durumu məhdud olan şikayətçinin haqq səsini eşidib onun pozulmuş haqqının bərpasına can yandıracaq.
Xatırladaq ki, ölkədə 10 minlərlə insan adıkeçən nazirliyin əlilliyin təyinatındakı nöqsanlarından və süründürməçiliyindən narazıdır. Anoloji hallar bütün ölkəni bürüyüb.
Demokratik.Az

Oxşar xəbərlər

Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT
Daha bir əlil haqqını tələb edir... - Müraciət...
Qarabağ əlili haqqını tələb edir... - GİLEY
Qarabağ əlili ƏƏSMN-ni MƏHKƏMƏYƏ VERDİ
Daha bir Qarabağ Qazisi ŞİKAYƏTÇİ DÜŞÜB - Nazirə müraciət olundu
Sahil Babayevin işçilərindən Qazaxda ÖZBAŞINALIQ - GİLEY
Qarabağ qazisi ona ayrılan müavinətin ödənilmədiyini söyləyir - GİLEY
Masallıda Qarabağ qazisi etiraz edir
Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
Sahil Babayevin nazirliyindən ağlasığmaz qərar — Qarabağda gözünü itirən əsgər 110 manat alacaq
Qarabağ qazisi veteran statusu ala bilmir - ŞİKAYƏT
"Verilmiş bu imtina tam qanunsuz və əsassızdır" - Nazirə müraciət
1-ci Qarabağ Savaşının veteranlarından müraciət - GİLEY
Şəhid anası pensiyasını üç aydır ki, ala bilmir... - GİLEY
Şəhid xanımı pensiya hüququndan məhrum edilir - Mehriban Əliyevaya müraciət
2 100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edildi
Sahil Babayevdən yeni TƏYİNAT
Xanım Qazi aksiya keçirdi, Prezidentə müraciət etdi: “Sahil Babayev Qaziləri dövlətdən narazı salır” – ÖZƏL VİDEO
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Qarabağ qazisinə pensiya adıyla sosial müavinət ayrılıb – NAZİRLİYİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN ALDADILDI
"Bəs mən dərmanlarımı necə alım?" - Nazirdən SORUŞURLAR...
Pensiya yaş həddində yenidən dəyişiklik edilir - RƏSMİ
Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? – ƏƏSMN-dən qəribə qərar
Masallıda narazılıq yaradan KİMLƏRDİR? - GİLEY
Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub
Sahil Babayevin 190 manatlıq oyunbazlığı... - Kürdəmirdə total NARAZILIQ...
Sahil Babayevin idarəsindən yeni şikayətlər... SERİYASI...
DSMF hələ də qanunları tapdalayır... - GİLEY