Şəhid ailəsi ÇARƏSİZ DURUMDA... - Kimə DƏRDİNİ DESİN?..
25-10-2021, 17:11
91

Şəhid ailəsi ÇARƏSİZ DURUMDA... - Kimə DƏRDİNİ DESİN?..

44 günlük Vətən müharibəsində döyüşərək qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də baş çavuş Tofiq Etibar oğlu Həsənovdur.

Şəhidimizin həyat yoldaşı Ülviyyə xanım Moderator.az-a açıqlamasında mənzil problemiylə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən kömək istəyib:

“Mən iki övladımla Mehdiabad qəsəbəsində anamgildə yaşayıram. Hələ də mənzil problemim həll edilmir ki, uşaqlarımla öz evimə köçüb yaşayım. Buna görə hər dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib-gəlirəm. Hər dəfəsində isə nazirlikdən deyirlər ki, probleminizə baxılacaq. Beləki, nazirlik mənə Sumqayıtda stansiya deyilən ərazidə ikiotaqlı mənzil təklif edir. Bu isə mənə uyğun yer deyil. Mən də onlardan xahiş edirəm ki, Xocasəndəki binalardan birində məni mənzillə təmin edin. Çünki uşaqlarım da Masazırda məktəbdə oxuyur. Amma buna da onlar razı deyillər. Mən sizin vasitənizlə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edərək ondan kömək istəyirəm. Xahiş edirəm mənim mənzil problemimin həll edilməsi üçün müvafiq göstəriş və tapşırıqlarını versin”.

Şəhid xanımı deyib ki, altı ay öncə onu Gədəbəy rayon İcra Hakimiyyətinə dəvət edərək ailəsinin torpaqla təmin edildiyini desələr də, verilən torpaq sahəsi sənədləşdirilməyib:

“Siz bu problemi ictimailəşdirəndən sonra Gədəbəyin sabiq icra başçısı İbrahim Mustafayev məni qəbul etdi. Məni aparıb bir torpaq sahəsi göstərdilər ki, burdan sənə yer veriləcək. Hər dəfə rayona gedəndə soruşuram ki, bəs torpağı niyə sənədləşdirmirsiniz? Buna da müxtəlif bəhanələr gətirirlər. Üstündən altı ay vaxt keçir, amma torpağın sənədini təqdim etmirlər. Sadəcə səsimi kəsmək üçün torpağı göstərdilər”.

Moderator.az-ın əməkdaşı məsələ ilə bağlı nazirliyin də mövqeyini öyrənib. Bildirilib ki, ona qeydiyyatda olduğu ərazi üzrə mənzil təklif edilsə də imtina edib:

"Qanunvericiliyə əsasən, şəhid ailələri və müharibə əlillərinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün mənzil və ya fərdi evlə təminat prosesi sözügedən kateqoriyaya aid ailənin qeydiyyatda olduğu ərazi üzrə və ailə üzvlərinin sayına uyğun olaraq aparılır. Şəhid Həsənov Tofiq Etibar Oğlunun həyat yoldaşı Həsənova Ülviyyə Yusif Qızına qeydiyyatda olduğu Abşeron rayonunda yerləşən mənzil kompleksindən mənzil təklif edildiyinə baxmayaraq, mənzildən imtina edib".

Qeyd edək ki, Tofiq Həsənov 1989-cu il noyabrın 21-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarına görə ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

Oxşar xəbərlər

Sahil Babayevdən yeni TƏYİNAT
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
Şəhid ailəsi və müharibə əlillərinə fərdi ev verilib
Şəhid xanımı yeni mənzillə təmin olundu
Sahil Babayevdən daha bir ŞİKAYƏT - "...heç bir maddi yardım göstərilməyib"
Şəki sakini nədən əlillik dərəcəsi ala bilmir? - xəstəliyində heç bir irəliləyiş olmayıb...
Yaralı qazimizə ikiotaqlı mənzil verildi
Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM
Azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq
Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi
Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
“8 il Murovda can qoyub, amma haqqımız olan mənzili ala bilmirik” - Şəhid mayorun xanımı...
Sahil Babayev 1000 manata portret alır
Sahil Babayev sabiq nazirin kadrına vəzifə verdi - FOTO
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu
SAHİL BABAYEVİN XALQIN BAŞINA AÇDIĞI OYUNLAR ... Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hansı qanunlarla idarə olunur bilinmir?
Daha bir əlil haqqını tələb edir... - Müraciət...
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT
Daha 6 şəhər və rayonda şəhid ailələri və əlillərə ev verildi
"Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar" - Vətən müharibəsində gözünü itirən qazi...
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
DOST mərkəzlərinə yeni səlahiyyətlər verildi – Qərar
Şəhid ailələrinə evi Polad Həşimovun anası təqdim etdi - FOTOLAR
Qarabağ əlili haqqını tələb edir... - GİLEY
Qazimiz nazirlikdə işlə təmin edildi