Zərər çəkmiş evlər nə üçün bərpa olunmur? - NARAZILIQ!
25-10-2021, 17:40
107

Zərər çəkmiş evlər nə üçün bərpa olunmur? - NARAZILIQ!

Müharibədə zərər çəkmiş evlərin bərpasına bu ilin yanvar ayından başlanılıb.

Yenicag.az xəbər verir ki, evlərin bir çoxu təmir olunsa da, hələ də təmir olunmasını gözləyən xeyli sayda yaşayış yerləri mövcuddur.

Ağdam rayon məcburi köçkünlər üçün salınmış Səfərli qəsəbəsində 44 günlük müharibə zamanı 33 evə zərər dəyib. Məsələ ondadır ki, həmin 33 evdən yalnız 11-i təmir olunub. Digərləri isə olduğu kimi qalır. Bundan əlavə zərər dəymiş evlərə min manat pul ödənilməli olduğu halda, Səfərli qəsəbəsindəki zərər dəyimiş evlərə həmin pul da verilməyib.

Səfərli qəsəbəsində müharibə nəticəsində zərər görmüş evlərdən biri də Məmmədov Cavanşir Mustafa oğluna aiddir. Cavanşir Məmmədov bildirir ki, onun evini 3 dəfə çəkib, dəymiş zərəri hesablayıblar, ancaq təmir üçün gəlməyiblər:

“5 oktyabr 2020-ci il tarixdə evimizin qarşsına mərmi düşdü. Mərminin qəlpələri dəmir listlərdən çəkilmiş hasarı yararsız hala saldı. Bundan əlavə evin giriş qapısı, pencərələr yararsız hala düşdü. Evdə bir neçə yerdə dərin çatlar da əmələ gəlib”.

Ev sahibinin sözlərinə görə, dövlət qurumları ayrıseçkilik edir:

“Qəsəbəmizdə 33 evə zərər dəyib, ancaq onun cəmi 11-ni təmir ediblər və yalnız onlara min manat dəyərində pul veriblər. Hətta elə evlər var ki, bizim evdən az zərər görmüşdü onlar təmir edilib, mənim evim yox. 3 dəfə müxtəlif qurumlardan gəlib, yazıblar, 2 dəfə də çəkiliş apararaq qeydiyyata alıb, dəymiş zərərin miqdarını çıxarıblar. Bütün qurumlar gəlib ümid verib, gedir, bir daha geri dönmür. Qurumlara etibar etmədiyimiz üçün evləri özümüz də təmir etmirik ki, sonra yalan danışdığımızı boynumuza qoyacaqlar. Ən son bir ay əvvəl gəlib çəkib, söz verdilər ki, problem həll olacaq, onlardan hələ də xəbər yoxdur.

Nə o verilən pul, nə də təmir xərci heç bir məmurun cibindən çıxmır. Dövlət müharibə edib, dövlət də müharibənin fəsadlarını aradan qaldırmaq üçün pul ayırıb. Məmurlar niyə vətəndaşları narazı salır anlamaq mümkün deyil“.

Qeyd edək ki, bərpa və təmir-tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir.

Oxşar xəbərlər

Ağcabədi sakinləri NƏDƏN NARAZIDIR? - Vətən Savaşından 9 ay keçsə də...
Prezidentdən Ermənistanın zərər vurduğu obyektlərlə bağlı SƏRƏNCAM
"Qəlpədən zərər görmüş evlər siyahıdan kənarda qalıb..." - GİLEY
Ermənilərin dağıtdığı 6 300-dən çox obyekt təmir edilib - RƏSMİ
Prezident bu nazirliyə 7 milyon manat ayırdı - SƏRƏNCAM
“MUĞANBANK”LA “ATƏŞGAH” ARASINDA PUL DAVASI
“Baş memar deyir ki, Gəncəyə bombanı mən atmışam?” - Gəncədən ŞİKAYƏT
Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
Müharibə zamanı ziyan dəymiş evlərlə bağlı nazirdən AÇIQLAMA
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
“Deyirlər ki, evinizə heç nə olmayıb...” - Ağdamda NARAZILIQ
Kosova Prezidenti: “Yanğından zərər çəkmiş hər kəs üçün dua edirik“
Vətən müharibəsində zərər çəkmiş daha 5 min ailəyə yardım veriləcək
Müharibədə evimə ciddi ziyan dəydi, heç bir yardım edilmədi - Füzuli sakini GİLEY EDİR
Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib
Müharibədən sonra Tərtərdə yollar bərpa edilir - FOTO
“Atəşgah sığorta” yenə də narazılıq yaradır - "İki aydır maşınımı təmir etməkdən imtina edir"
"Azərbaycan Sənaye Bankı" zərər hesabatını gizlədir? - FOTOFAKT
Çində daşqınlar nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb
Daşqınlar Rusiyada 24 mindən çox insana ziyan vurdu
Ermənilərin dağıtdığı Olimpiya İdman Kompleksində təmir başladı
Naftalanda ermənilərin dağıtdığı ev hələ də bərpa olunmayıb - GİLEY
Gəncədə evi bombalanan, gözünü itirən qadın başçıya üsyan etdi - VİDEO
Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz... - Amma vətəndaşı 5 ildir belə yaşadır...
Erməni gülləsindən dağılan evlərin pulunu iki başçı belə yeyir – Fakt
Dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib... - Ancaq bir faydası olmayıb...
Vətəndaşla icra hakimiyyəti ÜZ-ÜZƏ... - Qarajın sökülməsinə görə kompensasiya niyə verilmir?
“Qurumlar icra hakimiyyətinə yönləndirir, başçısa bizi qəbul etmir” - Ağdamda NARAZILIQ
Bakı Sağlamlıq Mərkəzi 19 milyon 683 min manatı necə “əridib”... - Tikintidə “sökülən“ büdcə
190 manat kimlərə və hansı şərtlərlə veriləcək? - AÇIQLAMA