Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qaranlıq işlər çevrilməkdədir. Xatırladaq ki, iki gün əvvəl bu barədə ADAU müəllimlərinin redaksiyamıza etdiyi müraciətlərində də məlumat verilirdi və həyəcan təbili çalınaraq dövlətin müvafiq qurumları ADAU-dakı özbaşınalıqlara son qoyulmağa səslənirdi.

Müraciət müəllifləri bildirirdilər ki, Azərbaycan Dövlət Aqrar Universitetində əsl KOLXOZ BAZARI açıblar. "Rektor İbrahim Cəfərov isə özünü əsl bazarkom kimi aparır..." deyə narahatçılığını ifadə edən müəllimlər bəyan edirdilər: "Yaxın günlərdə ADAU Aqronomluq fakültəsinə dekan seçkiləri başa çatacaq. İbrahim Cəfərovun namizədi, daha dəqiqi, kimi bu postda görmək istədiyi məlumdur. Yenə də İsmayıl Məhərrəmova "stavka" edir.


İsmayıl Məhərrəmov

İsmayıl Məhərrəmov isə Təhsil Nazirliyindən Elçin müəllim tərəfindən dəstəklənir. Elçin müəllim isə özünü hər yerdə Bəylər Əyyubovun yaxın qohumu kimi təqdim edərək, onun adından bir çox dairələrə, eləcə də ADAU rektoru İbrahim Cəfərova da təzyiqlər edir.

Əslində İbrahim Cəfərovla İsmayıl Məhərrəmovun yarıtmazlıq baxımından ortaqlıqları olduğundan da rektorun kimi dəstəkləyəcəyi gün kimi aydındır. Amma Aqronomluq fakültəsinin dekanlığına rektor tərəfindən dəstəklənən namizəd heç də müəllim kollektivinin ürəyincə deyil. Elə tələbələri danışdırsalar, onlar da narazılıq edəcək. Bu günə qədər tələbələrlər rəftar, davranış problemi yaşayan İsmayıl Məhərrəmovun hansı əxlaqi keyfiyyətlərə malik olmasını isə ayrıca olaraq qeyd etmək lazımdır".

ADAU müəllimlərinin dia.az-a verdiyi son məlumatlara görə, rektor İbrahim Cəfərov öz namizədinin QƏLƏBƏSİNİ təmin edə bilməsi üçün həqiqətən də dekan olmaq iddiasında olan və buna haqqı çatan digər müəllimlərə təzyiq edir, onların namizədliklərini müxtəlif üsullarla almağa çalışır.

Müəllimlər yazır: "İbrahim Cəfərov namizəd olmaq istəyənləri yanına çağıraraq açıq şəkildə onlara bildirir ki, namizədliklərini verməsinlər, veriblərsə, geri götürsünlər. Guya "yuxarılar" belə məsləhət bilir. Rektor öz niyyətini həyata keçirə bilməsi üçün nazirliyin adından istifadə etməkdən də çəkinmir. Hətta açılq şəkildə bildirir ki, onlara nazirlik nə deyirsə o da olur. Yəni guya Emin Əmrullayev belə istəyir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
İddia olunanlarla əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq.