Tikintidən gələn yoldaş Alxasovun SÖKDÜYÜ QUSAR... - 14 illik zillət başa çatmaq üzrədir...
3-12-2021, 10:36
123

Tikintidən gələn yoldaş Alxasovun SÖKDÜYÜ QUSAR... - 14 illik zillət başa çatmaq üzrədir...

 Qusarın qalmaqallı icra başçısı Şair Alxasovla bağlı yaxın vaxtlarda qərar veriləcək. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi ad çıxarmış Şair Alxasov yerli camaatı rəsmən boğaza yığdığındandır ki, nəhayətdə rəsmi dairələr qərar verməli olub.

DİA.AZ xatırladır ki, bu vaxta qədər Şair Alxasovla bağlı yerli KİV-də müxətlif ittihamlar yer alıb.

Onlardan bəzilərini təqdim edirik:

- Qusar RİHB-sı Şair Alxasov cənabları Təhsil Nazirliyin balansında olmuş internat məktəbin, kimsəsiz şağirdlərdlərin böyük zəhməti hesabına əkilmiş 2 hektara yaxın meyvə bağının sahəsini qanunsuz olaraq naməlum Sumqayıt şəhər sakininə satmış, o da, həmin torpaq sahənin hər sotunu 5-10 min manata sataraq, həmin ərazidə olan yüzlərlə meyvə və digər qiymətli ağacları kəsdirib.

- Şair Alxasov cənabları Qusar şəhərin mərkəzində olan, yeganə təbii park sayılan, N. Nərimanov adına mərkəzi parkın torpaq sahəsini qanunsuz zəbt edərək, həmin parkdakı yüzlərlə yaşı olan qiymətli ağacları kəsdirərək, özü üçün " Yaşıl Park" adlı restoran və avtomaşınlar üçün avtodayanacaq tikdirərək istifadəyə verib.

- Səhiyyə Nazirliyin balansında olmuş, uzun müddət uşaq xəstəxanası kimi fəaliyyət göstərmiş xəstəxananın 2 hektara yaxın torpaq sahəsini qanunsuz sənədlər əsasında zəbt edərək, həmin torpaq sahəsində olan qiymətli, uzunömürlü ağacları kəsdirərək özünə "Təzə bazar" tikərək istifadəyə verib.

- Qusarda köhnə avtobazanın aşağı hissəsində olan xristian qəbristanlığında 2 hektara yaxın torpaq sahəsini zəbt edərək, həmin qəbristanlıqdakı qiymətli, uzunömürlü şabalıd ağaclarını kəsdirərək, həmin ərazidə 3 ədəd yüksək mərtəbəli yaşayış binası tikdirib. Qəbristanlığın bir hissəsini də, qanunsuz olaraq İH-in əməkdaşı Elman Mustafayevə bağışlayıb. Elman Mustafayev də öz növbsində həmin ərazidəki şabalıd ağaclarını kəsdirərək, özü üçün qəbristanlıqda çoxlu sayda kommersiya obyektləri tikdirərək istifadəyə verib

DİA.AZ-a danışan mənbə bildirir ki, Şair Alxasovun bütün fəaliyyətinə hüquqi qiymətin verilməsi ehtimalı da böyükdür: "Bu isə Qusarda qara maskalıların görünməsi kimi də yozula bilər".

Qeyd edək ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı var.

Oxşar xəbərlər

Qusarın icra başçısından şikayət var – Foto
Şair Alxasov üçün HƏBS YOLU... - İDDİA
Şair Alxasovun durumu GƏRGİNDİR - GƏLİŞMƏ
Qusar icra hakimiyyətinə aid qurumlar təftiş olunur... - İDDİA
"Yoldaş Alxasovdan canımız nə vaxt XİLAS OLACAQ?" - NARAZILIQ!
Qusar İcra Hakimiyyəti TƏFTİŞ OLUNUR - İDDİA
Şair Alxasovu NİYƏ HƏBS ETMİRLƏR? - GİLEY
Qusarın icra başçısının sanılı günləri qalıb... - İLGİNC İDDİA
Qusarın icra başçısının sanılı günləri qalıb... - İLGİNC İDDİA
Qusarın icra başçısı canını çox istəyirmiş..
İcra başçısı oğlunun tikdirdiyi ticarət obyektinin istismarına icazə verdi - FOTOFAKT
"Ən çox şikayət Qusarın icra başçısındandır..." - Siyahıları tutulur...
Elşad Həsənov və Şair Alxasov da GEDİCİDİR... - Həbsləri belə mümkündür...
Şair Alxasov Qarabağ qazisi ilə bir dəfə də olsun maraqlanmayıb... - FAKT
İki icra başçısı gedir... - ADLAR
Növbəti HƏDƏF ŞAİR ALXASOVDUR... - İDDİA
Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI - İLGİNC
Şəmkirin icra başçısının BAŞI DƏRDDƏ - Ona cinayət işi açıla bilər
Hələ də narazılıq yaradan icra başçıları var... - SƏRT CƏZALAR GƏLİR...
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Bu da yoldaş ALXASOVUN KORRUPSİYASI... - İLGİNC FAKTLAR
Yeni ildə onların kürsüsü laxlayacaq... - Ramiz Mehdiyevin kadrları üçün yeni ələmə dönəmi...
Astaranın başçısı HƏBS OLUNA BİLƏR... - İDDİA
Yeni HƏBS DALĞASI GƏLİR... - İDDİA
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Futbol Klubunun sabiq Prezidentinə cinayət işi açıldı
GDU rektorunun işi araşdırılır.. - İDDİA
Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - Şəhidin məzarı hələ də götürülməyib
Abdolbari Goozal Azərbayccandan gedir - İDDİA
Cəsur döyüşçü Camal Alxasov protezlə təmin edildi - VİDEO