Binəqədidə yaşıllıq zolağında aparılan tikintiyə aidiyyəti qurumlar niyə susur? - NARAZILIQ!
8-12-2021, 16:46
79

Binəqədidə yaşıllıq zolağında aparılan tikintiyə aidiyyəti qurumlar niyə susur? - NARAZILIQ!

Xatırladaq ki, ötən yayımlarımızdan birində Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 134 ünvanında, Dövlət Tibbi-sosial ekspertiza və Reabilitasiya Agentliyinin ərazisində qanunsuz tikintinin aparıldığı barəsində məlumat vermişdik.

Onu da bildirmişdik ki, sözügedən tikinti çoxillik şam ağaclarının olduğu ərazidə, ağacların kəsilməsi bahasına ərsəyə gəlib. Bununla əlaqədar olaraq, redaksiyamız adından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron ünvanına rəsmi sorğu göndərdik. Nazirlik tərəfindən araşdırıldı və cavab verildi ki:
"Aparılan araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 5 ağacın kəsildiyi və təbiətə 3.480 (üç min dörd yüz səksən) manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir.

Dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından, toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır."

İcra Hakimiyyətlərinin xəbəri olmadan heç bir ərazidə daşı-daş üstə qoymaq mümkün deyil ki, hər bir vətəndaş da bundan xəbərdardır. Buna görə də şəhərin içində, Binəqədi rayon ərazisində bu boyda qanunsuz tikintiyə icazə verilmə səbəbini də öyrənmək məqsədilə Binəqədi rayon İcra Hakimiyyətinin elektron ünvanına rəsmi sorğu göndərdik. Sorğunu göndərdikdən bir gün sonra, sorğumuza cavab verilmədiyi üçün İcra başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla xanım Quliyeva ilə telefon əlaqəsi saxladıq.

Leyla xanım cavab verdi ki:
- "Elə indi sizə cavab hazırlayırdım."

Sual verdik:
- Leyla xanım, biz bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də rəsmi sorğu ünvanlamışdıq. Onlar bizə bildirdi ki, araşdırılıb, ağacların qanunsuz kəsildiyi və təbiətə ziyan dəydiyi üçün sənədlər Baş Prokurorluğa göndərilib. Bəs İcra Hakimiyyəti belə bir qanunsuz tikintiyə necə yol verib?

Leyla xanım:
- Ərazidə tikilən iaşə obyektlərinə İcra Hakimiyyəti qarışmır, qarışmaq ixtiyarı da yoxdur.

Maraqlıdır. Əgər icra hakimiyyətinin bu kimi tikintilərə qarışmaq ixtiyarı yoxdursa, o zaman hər hansı bir tikinti aparıldığında niyə İcra Hakimiyyətinin işçiləri "növbəylə" o əraziyə "baş çəkir"lər?

Yeri gəlmişkən onu da qeyd edək ki, bu Binəqədi rayon ərazisində aparılan yeganə qanunsuz tikinti deyil. Heç uzağa getmədən, "google" sistemində yazıb axtarış vermək kifayətdir, Binəqədi rayon ərazisində aparılan qanunsuz tikintilər barəsində yerli saytların məlumatlarını görməyə. (Binəqədi rayon, Rəsulzadə bələdiyyəsi ərazisində aparılan qanunsuz tikintilər barəsində daha ətraflı növbəti yayımda məlumat verəcəyik)

Əlqərəz...

Leyla xanım deyəsən telefonda qısaca verdiyi bu cavabla özü kifayətləndi ki, dediyinə görə hazırlamaqda olduğu cavabı bizə göndərməyə daha gərək qalmadığını düşündü. Yoxsa, bu qədər zaman ərzində niyə göndərməsin ki?!

Amma, hörmətli Leyla xanım, idarəyə daxil olan rəsmi müraciətlərə və sorğulara rəsmi cavab verilməsi mütləqdir. Məlumatınız olsun deyə deyirik.

Binəqədi rayon İcra Hakimiyyətindən başqa, "Kütləvi informasiya vasitələri haqqında", həmçinin "İnformasiya Əldə Etmək Haqqında" qanunları pozan daha bir Dövlət idarəsi Dövlət Şəhərsalma və Arxitektura komitəsidir ki, onlar da 19.11.2021-ci il tarixində göndərdiyimiz və 24 saat müddətində cavablandırılmalı olan elektron sorğunu hələ də cavabsız qoyurlar.

Kim bilir, bəlkə də belə etməklə məsuliyyətdən yayındıqlarını düşünürlər...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
//Dogruxeber.az//

Oxşar xəbərlər

BŞİH təbiətə 3000 manata yaxın ziyan vurub - Nazirlik
Sahil Babayevin adı daha bir QALMAQALDA - Qanunları SAYA SALAN YOXDUR...
Qaxda ağaclar kəsildi - Təbiətə 6 000 manatdan çox ziyan vuruldu
Ağacları kəsən şəxs cəzalandırıldı
Şahdağ Milli Parkında 16 ağac kəsilib
Təbiətə ziyan vuran daha bir şirkət cəzalandırıldı
Ağacları kəsən şirkət cəzalandırıldı
Ağac kəsən şəxs cəzalandırıldı - FOTO
Zirədə qanunsuz balıq ovlayan saxlanıldı
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Bakıda ağacları kəsən MTK nümayəndəsi cərimələndi (FOTO)
MTK direktoruna cinayət işi açıldı - RƏSMİ
MTK-nın məsul şəxsi 5 min cərimələndi - FOTO
Ağacları məhv edən şirkət cəzalandırıldı
Bakıda daha bir MTK özbaşınalığı - NARAZILIQ!
Sabirabadda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açıldı
Ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
Bakıda yaşıllıqlara ziyan vuran vəzifəli şəxs cərimələndi - FOTO
Nazirlik Bakıda ağacın kəsilməsi ilə bağlı araşdırmalara başladı
Təbiətə ziyan vuran şirkət 14 min manat cərimələndi
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Bakıda kəsilən ağaclarla bağlı araşdırma aparılır
Bakıda klinika direktoruna cinayət işi açıldı
"Cənnət Bağı"nın rəhbərinə cinayət işi açıldı
“Azərsu” ASC-nin stansiya rəisi 3000 manat cərimələndi
Özlərini Vətən müharibəsi əlili kimi təqdim etdilər, ağac kəsdilər - Cinayət işi açıldı
Bakıda ağacları kəsən tikinti şirkətinə cinayət işi açıldı
Nizami rayonunda ağaclar məhv edilir - VİDEO
Bakıda ağac kəsən vəzifəli şəxslərlə bağlı cinayət işi açıldı
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldılar