Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məcburi köçkün ailələrin, xüsusən qadınların hüquqlarının pozulması barədə son günlər bəzi internet media resurslarının yaydığı xəbərlərə münasibət bildirib.
Gündəlik Bakı Komitə tərəfindən yayılan məlumatı təqdim edir:
“Birincisi, həmin məlumatlarda “qaçqın” və “məcburi köçkün” anlayışları eyniləşdirilir. Halbuki “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) isə - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
İkincisi, “məcburi köçkün” statusunun itirilməsi halları barədə əsassız fikirlər söylənilir.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş 2 halda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə və ya bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
Bununla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin 23 may 2013-cü ildə qəbul etdiyi və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında 1 saylı Qərarının 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilə bilər.
Üçüncüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli Qəhrəman ailələri, şəhid ailələri, I dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət almaq hüququna malik deyildirlər.
Və nəhayət, yanlış məlumat yayanlar, heç bir hüquqi normaya əsaslanmayan fikirlər söyləyənlər, qeyri-etik ifadələrdən də istifadə etməkdən, şər və böhtan xarakterli ittihamlar irəli sürməkdən çəkinmirlər. Belələrinə qaçqınlıq və məcburi köçkünlük kimi həssas və ağrılı məsələyə münasibət bildirərkən mövcud qanunvericiliyi diqqətlə oxumağı tövsiyə edir, eyni zamanda, öz hüquqi məsuliyyətlərini dərk etməyə çağırırıq”.
"Qaçqınkom" ittihamlara CAVAB VERDİ
27
avqust
14:28

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcək
"Qaçqınkom"da özbaşınalıqlar davam edir... - İTTİHAM
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM
Dövlət Komitəsi müəmmalı tenderlərə niyə aydınlıq gətirmir?
Məcburi köçkünlərdən “YAŞAT” Fonduna pul tutulur? - RƏSMİ MÖVQE
“Qaçqınkom” məcburi köçkünlərin sayını azaltmaqla “status dəyirmanı”na “su tökür” - İTTİHAM
Məcburi köçkünlərin borcları necə ödəniləcək? - RƏSMİ AÇIQLAMA
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
"Azəriqaz" borclarla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama
"Qaçqınkom" ləğv edilmir... amma Rövşən Rzayev YOLA SALINIR - Qaramaskalılar da GƏLƏ BİLƏR
Rövşən Rzayevin 700 Minlik Müqaviləsi – “Qaçqınkom” Zəruri Olmayan Təmir Işləri
Məcburi köçkünlərlə bağlı deputatdan mühüm AÇIQLAMA
Qaçqınkom AİLƏ-ləri dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Qaçqın və məcburi köçkünlər “KUPÇA”nı yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
"Qaçqınkom" kimin "əmisioğludur"?.. - Bizim, yoxsa...
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
“Qaçqınkom” Qarabağı xarici ölkə sayır? - İLGİNC
Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB? - İDDİA
Cəbhə bölgəsində keçirilən ilk yardım təlimləri başa çatıb
Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsi 42 minə zibilqabı alır
Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ
Azərbaycanda idarə rəisi vəfat edib
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
“Qaçqınkom” 42 minə zibilqabı alır
- 46 yaşlı aktyor yuxuda olarkən vəfat etdi - FOTO
- Nahar zamanı 3 yaşlı bacısını bıçaqladı
- 21-ci əsrin ilk onilliyinin ən yaxşı futbolçuları - SİYAHI
- Zəncəfil bu insanlar üçün ZƏRƏRLİDİR
- Bu beş lider dünyanın sonunu yaxınlaşdırır - Vaynşteyn
- 30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu - FOTOLAR
- İstanbulda partlayış - Ölən və yaralananlar var
- “Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı
- “WhatsApp” daha bir yeniliyi təqdim etdi
- Tarzən şəhid olan 20 yaşlı tələbəsinin FOTOlarını paylaşdı
- Rusiya müdafiə büdcəsini 68 faiz artırır
- Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər