Bugünlərdə redaksiyamıza müraciət edən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən, adının çəkilməsini istəməyən hərbçi tanışı üçün "Kapital bank"da zamin durduğunu, həmin şəxsin, yəni hərbçinin tanışının kredit öhdəliyini icra edə bilmədiyi üçün kredit borcuna görə onun əmək haqqının 50 faizinin tutulduğunu bildirib.
"Mənim əmək haqqından başqa gəlir yerim, qazanc mənbəyim yoxdur, bu halda isə maaşımdan özümə heç nə qalmır"
Həyat yoldaşından ayrıldığını deyən hərbçinin sözlərinə görə, aldığı 700 manat əmək haqqının yarısını məhkəmə qərarı ilə aliment qismində ödəyir, yerdə qalan hissə isə "Kapital bank" tərəfindən tutulur: "Beləliklə də aldığım 700 manat əmək haqqının 350 manatı alimentə, 350 manatı isə zamin durduğum üçün "Kapital bank" tərəfindən tutulur. Mənim əmək haqqından başqa gəlir yerim, qazanc mənbəyim yoxdur. Bu halda isə maaşımdan özümə heç nə qalmır. Bir müddətdir ki, ondan-bundan borc alaraq dolanıram. Əgər bu hal bir qədər də davam edərsə, onda artıq vəziyyətim lap pis olacaq, dilənməyə məcbur qalacam. İndi üzləşdiyim bu çıxılmaz vəziyyətdən yaxa qurtarmaq üçün hara, kimə müraciət edəcəyimi bilmirəm".
Hərbçi Hurriyyet.az-dan üzləşdiyi problemin həllində yardımçı olmağımızı xahiş etdiyindən məsələ ilə bağlı ətraflı məlumat almaq, eyni zamanda şikayətçiyə hüquqi yolu izah etməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənova müraciət etdik.
Vəkilin sözlərinə görə, əgər ödənişlərdə aliment də varsa, o zaman vətəndaşın maaşının maksimum 70 faizi tutula bilər: "Məsələnin hüquqi proseduru belədir ki, vətəndaşın borcuna görə onun aylıq gəlirinin, o cümlədən əmək haqqının 50 faizi tutula bilər. Əgər ödənişlərdə aliment də varsa, o zaman maaşının maksimum 70 faizi tutula bilər. Yəni, bu halda həmin hərbçinin 700 manatlıq maaşının cəmi 70 faizi tutula bilər. İndiki halda isə onun əmək haqqının 50 faizi alimentə, yerdə qalan 50 faizi isə kredit borcuna tutulur. Qeyd etdiyim kimi, əgər vətəndaş maaşının 50 faizini alimentə ödəyirsə, onda bank kredit borcuna görə maaşın 20 faizini tutmalıdır. Yerdə qalan 30 faiz isə vətəndaşın özünə qalmalıdır".
Bank sektoru üzrə mütəxəssis hesab edir ki, əgər proses bu cür baş vermirsə, bu, qanun pozuntusudur: "Yəni, əmək haqqının 50 faizi alimentə tutulduqdan sonra bank onun maaşından 20 faiz tuta bilər. Əks halda, bu, qanun pozuntusudur. Sadəcə, ola bilər ki, vətəndaş maaşını da həmin bankdan alır və bankda müqavilədə yazır ki, sən borcu vaxtında verməsən, maaşdan tutacağam. Bu səbəbdən də bank aliment tutulduqdan sonra qalan vəsaiti borc qismində tutur. Nəticədə vətəndaşa heç nə qalmır. Bank isə öz növbəsində, vətəndaşla arasında olan müqaviləyə istinad edir. Odur ki, bu halda vətəndaş iş yerinə müraciət etməli və əmək haqqının digər banka köçürülməsini tələb etməlidir. Çünki Əmək Məcəlləsinə görə, hər kəs əmək haqqının alınması formasını seçməkdə sərbəstdir. Bu zaman vətəndaşın zamin durduğu bank məhkəməyə müraciət edəcək, nəticədə məhkəmə qərarı ilə onun maaşının 20 faizi tutulacaq, aliment ödəndikdən sonra yerdə qalan 30 faiz isə vətəndaşa çatacaq".
"Kapital Bank" vətəndaşın dizini yerə gətirib... - HÜQUQ NƏ DEYİR?
05
yanvar
10:23

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
Kapital Bank məcburi köçkünlərdən 5 manat “tutub”…
Gələn ildən əmək haqqından tutulma bu qədər ARTACAQ
Problemli kredit: Banklar zamin duran şəxsi soyur
“Kapital Bank” müştərisindən şikayət: Kartından həm pul tutulur, həm də...
Beynəlxalq və Kapital Bank necə qazanır? - Bank kartlarında SOYĞUNÇULUQ
Deputat “Kapital Bank”ın kreditini qaytarmır?
"Kapital Bank" Şəhid ailəsini incidir... - GİLEY
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Kapital Bank xərçəng xəstəsi olan müştərinin problemini həll etmir: “Ört-basdır etməyə çalışırlar“
Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB? - İDDİA
Noyabr ayının pensiya vəsaitləri hesablara köçürülüb
"Kapital Bank" müştərisinə necə əngəl olur - GİLEY
"Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY
"Belə ədəbsizcəsinə kartıma müdaxilə edib,xarici saytları bəhanə gətirməyin. " - "Kapital Bank"dan şikayət var..FOTO
Kapital Bank-dan təqaüdçülərə güzəşt
Azərbaycanda minimum əmək haqqı belə təyin edilməlidir - Ekspert
Qazinin anası: "Mənə çöl qapını göstərən "Kapital bank" müdiriyyəti... Ar olsun sizə!"
“İşdən azad etməsəydilər, krediti indiyə kimi ödəmiş olardım” - Astarada ÖZBAŞINALIQ
“KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM
Kapital Bank müştəriyə kart verməkdən imtina etdi: “Siz xərçəng xəstəsisiniz”
NƏ BAŞ VERİR: Müəllimlərin maaşlarında yüksək məbləğdə kəsir... - Nazirlik susur, pedaqoqlar təəccüb içində
Banklarda kredit verilməsi prosesi sadələşir
Dama, dama göl... manat, manat MİLYON... - “Bank of Baku”dan ŞİKAYƏT
“Kapital Bank”ın filial müdiri intihar etdi
“Kapital Bank” oğurluq edir - İDDİA
Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
Müştərinin hesabından artıq pul çıxsalar da... - NARAZILIQ!
Deputat “Kapital Bank”dan şikayət etdi: - “Əziyyət verməkdən həzz alırlar”
- İtaliyada azı 15 milyon doza COVID-19 peyvəndi məhv ediləcək
- Aİ rusiyalıların dondurulmuş aktivlərinin məbləğini açıqladı
- Zelenski 220 şirkətə qarşı sanksiya tətbiq etdi
- Rusiya Almaniya səfirliyinin 100-dən çox əməkdaşını ölkədən qovub
- Məşhur rejissor Roma Papasının xahişilə yeni film çəkəcək
- Türkiyə prezident seçkisində xaricdən verilən səslər rekord qırır
- Türkiyədə sandıqların 98%-i açıldı - Ərdoğan liderdir (CANLI/YENİLƏNİR)
- Azərbaycanda ən çox kimə səs verilib?
- Türkiyədə vətəndaşlar Ərdoğanın qələbəsini qeyd edir
- Macarıstan prezidenti Ərdoğanı təbrik etdi
- “Qalib bütün Türkiyə olacaq” - AK Parti
- İlham Əliyev Ərdoğanı təbrik etdi
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ailəyə ən çox bağlı olan 3 bürc
- Maşının yük yerindən 7 kiloqram narkotik tapıldı
- Hövsanda anbardan 30 min manatlıq oğurluq olub
- Yatmazdan əvvəl telefonu boş stəkana qoyun – SƏBƏB
- Azərbaycan nefti bahalaşdı
- “Konyaspor” Mahir Emrelini transfer etmək istəyir
- Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı
- Yaxşı gecə yuxusu üçün ideal içki açıqlandı
- Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı
- Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur
- Ötən gün yol qəzasında 6 nəfər ölüb