Adı narkotik qaçaqmalçılığında hallanan bu icra başçısı... - Sakinlərdən ETİRAZ
14-01-2022, 13:15
61

Adı narkotik qaçaqmalçılığında hallanan bu icra başçısı... - Sakinlərdən ETİRAZ

 Astara rayonunda vəziyyət acınacaqlı həddə çatıb. Bu barədə DİA.AZ-a şikayət edən narazı vətəndaşlar iddia edirlər ki, Astaranın icra başçısı Qəzənfər Ağayev rayonda əməlli-başlı «gestapo» rejimi yaradıb. Vətəndaşların dia.az-a ünvanladıqları və kifayət qədər maraq doğuran məktubunu diqqətinizə təqdim edirik:

«Elə bir təəssürat yarana bilər ki, sanki Astarada hər şey yaxşıdır. Yəni mətbuatdan oxunur ki, filan rayonda sakinlər filan şeyə etiraz etdi, filan rayondaun sakinləri isə filan cürə etiraza qalxdılar. Amma düşünməyin ki, Astarada vəziyyət yaxşıdır.

Əksinə bu gün Astara ən ağır günlərini yaşayır. İcra başçısı postuna təyin olunduğu gündən üzü bu yana rayon camaatı ilə başqa bir dildə danışmağa başlayan Qəzənfər Ağayev Astarada «gestapo» rejimi yaradıb, rayonu mafiya qanunları ilə idarə edir.

Bu gün onun bir mafioz olduğunu təkcə biz yox, bütün respublika bilir. Amma nə olsun ki… Hələ də Qəzənfər Ağayev astaralıların problemi olaraq qalmaqdadır.

Etiraz edəni, başını qaldıranı «narkoman», «narkotik alverçisi» adı ilə həbs edirlər. Statistikaya baxsanız, görərsiniz ki, Astara sakinlərinin az qala tən yarısı həmin ittihamlarla həbs olunub. Halbuki bizim rayonun camaatı dindardır. Amma özünün adı narkotik qaçaqmalçılığında hallanan bu icra başçısı ondan şikayətçi düşənləri həmin damğa ilə həbsə atdırır».

Narazı sakinlər dia.az vasitəsilə ölkə rəhbərliyinə də müraciət edirlər: «Biz dövlətimizi sevirik. Və inanırıq ki, ölkəmizin rəhbərliyi yaxın günlərdə Astara camaatının bir nömrəli problemini - Qəzənfər Ağayev problemini həll edəcək».

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Oxşar xəbərlər

Astaranın başçısı HƏBS OLUNA BİLƏR... - İDDİA
Astarada KİMLƏR HƏBS OLUNACAQ? - İDDİA
Qalmaqallı başçı SAKİT ŞƏKİLDƏ GETMƏYƏCƏK... - İDDİA
Hədəfdə olan başçı ilə bağlı İLGİNC İDDİA - Varidatını ölkədən çıxarır...
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Bunların hamısı BİR YERDƏ GEDƏCƏK... - Təklikdə çox güclüdürlər?
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Astarada başçı dəyişikliyi gözlənilir... - Ağayevin durumu qəlizdir...
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Şair Alxasovu NİYƏ HƏBS ETMİRLƏR? - GİLEY
Şəkiliyev Qax camaatını BOĞAZA YIĞIB... - "Bax, Qax camaatı bu qədər yorulub..."
Yardımlı sakinləri hələ də QARA MASKALILARI GÖZLƏYİRLƏR... - NARAZILIQ!
Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
İcra başçısı bacısı oğlunu vəzifəsindən azad etdi
Masallı, Cəlilabad və Astarada yaşayış yerini tərk edən COVID xəstələri aşkarlanıb
Hansı icra başçıları yola salınacaq... - Barələrində ən çox şikayət olunanlar...
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
"Mərdan Camalov Zərdabdan qaçıb?" - Sakinlər onu axtarır...
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Goranboyda nələr baş verir? - İDDİA
"İcra başçısı özünü qanundan üstün sayır"- Nəsimidə gecə ilə evləri sökən qoçular - Videoreportaj
Kimlərin vaxtı yetişib? - SİYAHI
Başçının birinci müavini Siyəzəni talan edir - NARAZILIQ!
Alı Qocayev nədən bu vaxta qədər HƏBS OLUNMAYIB? - NARAZILIQ!
İsmayıllıda məmur özbaşınalığı PİK HƏDDƏ ÇATIB... - NARAZILIQ!
Siyəzəndə vəziyyət URUSCADIR... - NARAZILIQ!
Astarada dərmandan zəhərlənən qadın həkim səhlənkarlığından ölüb
Astara İcra başçısının dodaq uçuqladan sərvəti-SİYAHI