"Azəriqaz"ın əhalini QAZLAMA TƏŞƏBBÜSÜ... - BU NƏDİ BELƏ?
14-01-2022, 13:36
52

"Azəriqaz"ın əhalini QAZLAMA TƏŞƏBBÜSÜ... - BU NƏDİ BELƏ?

“Azəriqaz” əhalini “qaz” kimi yolmaq üçün smart-kartla sayğacları ləğv edib yerinə, daha çox sərfiyyat qeydə alan sayğaclar quraşdırmaq istəyir...

“Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev mediaya verdiyi açıqlamada smart-kart tipli sayğacların qismən istismardan çıxarılacağını bildirib və qeyd edib ki, guya bütün dünyada smart-kart tipli sayğaclar artıq istehsalatdan çıxır. Yəni Birliyin rəhbərliyi özlərinə sərf edən edən, lakin abonentlərdə ciddi narazılıq yaradan sayğac dəyişdirilməsinə haqq qazandırmaq üçün növbəti dəfə gözə kül üfürüb.

Belə ki, çox kiçik araşdırma nəticəsində öyrəndik ki, cənab R. Əliyevin guya dünya təcrübəsinə istinadən verdiyi məlumatın heç bir əsas yoxdur, reallığı əks etdirmir. Əksinə, dünya smart-kart tipli sayğacların tətbiqi və təbliğatı ilə məşğuldur. Məsələn, Böyük Britaniyada 2050-ci ilə qədər bütün sayğacların smart-kart tipli sayğaclarla əvəzlənməsinə dair proqram həyata keçirilir. Bu tipli sayğacların vətəndaş üşün daha əlverişli oması barədə təbliğat aparılır. (https://www.ofgem.gov.uk/energy-policy-and-regulation/policy-and-regulatory-programmes/smart-meter-transition-and-data-communications-company-dcc)

Göründüyü kimi, dünya ölkələri insanların işinin asanlaşdırmaq üçün smart-kart tipli ağıllı sayğaclara keçirlər. Yəni məqsəd vətəndaşdan daha çox pul qopartmaq deyil, vətəndaşın güzəranını yaxşılaşdırmaqdır. Lakin bizim “Azəriqaz” əhalini “qaz” kimi yolmaq üçün smart-kartla sayğacları ləğv edib yerinə, daha çox sərfiyyat qeydə alan sayğaclar quraşdırmaq istəyir. Son aylarda da belə halların çox şahidi olmuşuq.

Təsəvvür edin ki, vətəndaş “Azəriqaz”ın yetkilisinə sual verir ki, mən evdə olmadığım və qazdan istifadə olunmadığı halda, mənə borc yazmısınız, niy və bu, necə olur? Məsul şəxs cavab vermək əvəzinə, abunəçini borclu çıxarır ki, evdə olmayanda, bizə xəbər verməli idiniz. Bunun məsələyə nə dəxli var? Mənim evdə olub-olmadığımın sizin borc yazmağınızla nə əlaqəsi?..

Bu qurumun əhalini “qaz” yerinə qoyması az deyil, hələ üstəlik, bizi avam bilib “dünya praktikası” adlı nağıllarla aldatmaq istəyirlər. Deyəsən, bu qurumun rəhbərliyi Prezident İlham Əliyevin möhtəkir məmurlara etdiyi xəbərdarlıqlardan ya xəbərsizdir, ya da vecinə almır...
pia.az

Oxşar xəbərlər

“Azəriqaz”ın ənənəvi “qazlama” əməliyyatı: - “Abonent smart sayğacın yerinə qaytarılmasını tələb edə bilər"
“Azəriqaz” rəsmi izahat verməlidir - ETİRAZ
Deputatdan sayğaclarla bağlı açıqlama: “Mənə çoxsaylı müraciətlər olur”
"Gecələr gizli olaraq müdaxilələr edirlər..." - İTTİHAM
"Azəriqaz"dan əhaliyə MÜRACİƏT: Limitin sıfırlanması üçün... - VİDEO
İşıqla bağlı əhaliyə VACİB AÇIQLAMA
“Azəriqaz” yaxasını kənara çəkir - Öz başınıza çarə qılın
"Azəriqaz" bizi necə qazlayır... - Gizli sövdələşmə İDDİASI...
Mexaniki sayğaclar kimin marağına XİDMƏT EDİR? - qiymət artımının bir növüdür...
"Azəriqaz"dan sayğaclarla bağlı açıqlama - VİDEO
“Azəriqaz”ın qanunlara zidd sayğacdəyişmə əməliyyatı – Ay yarıma 162 manat...
Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: - İnsanlar bu "nağıla" inanmır
Yeni qaz sayğacları haqda rəsmi açıqlama: Əgər artıq pul hesablayırsa…
Bu gündən yeni qaz sayğaclarının quraşdırılmasına başlanılır
“Azəriqaz” müştərilərinə kələk gəlir - NARAZILIQ!
Qaz limiti ləğv edilir? - RƏSMİ AÇIQLAMA
Baba Rzayevin "Azərişıq"dakı LƏPİRLƏRİ... - Tender-mender oyunu...
Sayğaclarda limit fırıldağı – “Azəriqaz”ın məsuliyyətsizliyi, yoxsa maxinasiya? – ŞİKAYƏT
Qaz limitini keçənlərin DİQQƏTİNƏ: Bu gün yükləyəcəyiniz balans...
"Nəticə etibarilə uduzan yenə istehlakçı olur..." - "Azəriqaz"dan ŞİKAYƏT
Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? — SAYĞAC MAXİNASİYASI
Qaz sayğacları ilə bağlı mühüm açıqlama
"Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR!
"Azəriqaz"da korrupsiya şəbəkəsi iş başında - NARAZILIQ!
Qaz sayğacları "Bakıxanov Rezidens"də 500 manata satılır - GİLEY
Vətəndaş “Azəriqaz”ın əlindən fəryad edir: - “Allahdan qorxmursunuz?
Yeni qaz limiti nə vaxtdan hesablanacaq? - RƏSMİ
"Azəriqaz" özünə yeni QAZANC YERİ TAPIB? - Yeni sayğaclar alınması vacibdirmi?
"Azəriqaz" yeni ilə belə girdi... - Yenə də şikayətlər...
"Azəriqaz” abonentlərə kələk gəlir - Məsuliyyətsizlik, yoxsa maxinasiya?