Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim-tərbiyə işi yox səviyyəsindədir - Orada prorektorlar hökmranlıq edir
14-01-2022, 14:53
113

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim-tərbiyə işi yox səviyyəsindədir - Orada prorektorlar hökmranlıq edir

Xəbər verdiyimiz kimi ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının bir hissəsini ödəməyən tələbələrin adları yazılaraq divara yapışdırılmışdı.
ADMİU rəhbərliyinin tələbələrə qarşı bu cür qeyri-etik davranışı sosial şəbəkələrdə rezonans yaratmış,ölkə saytları bu barədə məlumat vermişdi.İstifadəçilər məsələni bu formada yaymaqla, rəhbərliyin tələbələri universitetdə alçaltdığını bildirirdi.Tələbələrdən də bu məsələdə universitet rəhbərliyini qınayanlar çoxluq təşkil edirdi.Bu günün özündə də tələbələrdən üzürxahlıq gözləntisi var.

Son illər təhsil müəssisələrində xoşagəlməz və utancverici hadisələrin kütləvi hal alması heç kəsə sirr deyil. Bu baxımdan orta məktəblərdə baş verənlər daha çox tənqid hədəfi olsa da, əksər universitet və kolleclərdəki vəziyyətin də ürəkaçan olmadığını deyə bilərik. DİA.AZ xəbər verir ki, faktinfo.az saytının əldə etdiyi məlumata görə, ümumi ab-havanın acınacaqlı durumda olduğu ali məktəblərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir.Təhsil ocağından sayta verilən məlumata görə, burada qabiliyyət imtahanlarına pulun yığılması,dərsə davamiyyətin son dərəcə zəif olması, bəzi tələbələrin etikadan kənar davranışlarının ört-basdır edilməsi,bəzi qızların son dərəcə açıq-saçıq geyimdə olmaları və nümayişkəranə şəkildə siqaret çəkmələrinə qarşı aparılmayan təlim-tərbiyyə işi və s. artıq adi hala çevrilib.Bu kimi hallara qarşı mübarizə aparılmalı halda təhsil haqqının bir hissəsini ödəməyən tələbələrin adlarının yazılaraq divara yapışdırılması həqiqətən utancvericidir.Belə aydın olur ki,bunlara kadr hazırlığı deyil,pul lazımdı.

Belə çıxır ki, burada təlim-tərbiyə ilə bağlı heç bir məqsədyönlü iş aparılmır.Hətta deyilənə görə, universitetdə bu sahəyə cavabdeh olan məsul şəxsləri belə məsələlər maraqlandırmır.Belə olan təqdirdə isə bir-birini əvəz edən rektorların təkbaşına nəyəsə nail olması çətin məsələdir. Çünki, orada prorektorlar hökmranlıq edir. Məsələn, ADMİU-nun Tədris İşləri üzrə prorektoru Validə Məmmədova ilə müəllimlər arasında insidentin yaşanması mətbuatdan ictimaiətə məlumdur.Bir müddət əvvəl,Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanan müraciətdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Novruzova hesab edirdi ki, prorektor Validə Məmmədova müəllimlərə təzyiq edir, dekanlarla kobud davranır. Bu səbəbdən müxtəlif zamanlarda universitetdə münaqişələr yaranır.

Qeyd edək ki, Validə Məmmədovanın mənəm-mənəmliyi nəticəsində Qarabağ müharibəsi veteranı Məhiyyəddin Seyidov da universitetdən qovulub.Təzyiqə dözə bilməyən Qarabağ veteranı magistratura təhsilini başa vura bilməyib. O, Mədəniyyət və İncəsənət Universitetində baş verənlərdən təngə gəlib,buna etirazını bildirdikdə isə universitetdən qovulub.

Oxşar xəbərlər

Tələbəni təhqir edən direktor cəzalandırıldı
GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
Azərbaycanda universitetin mətbuat katibi işdən çıxdı
Azərbaycan təhsilində rəzalət: 67 MÜƏLLİMİ QOVAN, TƏLƏBƏYƏ “ŞAMTUTAN” DEYƏN DİREKTOR “XƏZƏR TV”-Nİ BELƏ QOVDU
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
Tələbəni təhqir edən direktor: "O sözün mənasını indi öyrənirəm"
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Azərbaycanda yenidən distant təhsilə keçilir - Bu tarixdən
Ermənistan cəmiyyəti baş nazirə qarşı: Paşinyan ölkənin zamini olmağa qadir deyil
"Rektor deyir, ya universitetə gəlin, ya da pul ödəyin gəlməyin" - Koronavirus xəstələri HARAY ÇƏKİR
GDU tələbələri ilə rəhbərlik arasında QALMAQAL - "Bu, mənim dədəmin pulu deyil, dövlətin puludur"
Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat etdi
SDU dövlətin qanunlarını tanımır?.. - ATU-da da eyni mənzərədir...
Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"
Tanınmış rejissor vəfat etdi
Pakistanda Azərbaycan Mərkəzi  açılacaq - FOTOLAR
Məktəblərdə kütləvi tədbirlər QADAĞAN EDİLDİ
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Bu tələbələrin təqaüdləri artırıldı - Prezidentdən SƏRƏNCAM
Universitetlərdə COVID-19 pasportu bu qaydada yoxlanılacaq
Bakıda 3 məktəbdə əyani dərslər bərpa olundu
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Rusiyada tələbələrə məktəblərdə dərs demək hüququ verilir
Azərbaycanda əyani dərslər bərpa olunur
Qalmaqallı direktorlar və aqibətləri - SİYAHI
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Ermənistanda universitet tələbələrindən Paşinyanın qərarına qarşı AKSİYA (FOTOLAR)
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
Baş nazir təhsillə bağlı qərarı təsdiqlədi