"Azərbaycan Texniki Universitetində (AzTU) gələn hər yeni gün bizə yeni-yeni sürprizlər bəxş edir və necə deyərlər, “darıxmağa qoymur”. Həmin sürpriz isə ondan asılı olur ki, rektorumuz bu gecə necə yatıb və yuxusunda nə görüb, allah eləməsin, yuxusunu qarışdırmayıb ki. Ancaq, deyəsən, bu günlərdə o yenə yuxusunu qarışdırıb və universitetə yeni sürprizlə gəlib. Həmin sürpriz haqqında sonra danışarıq, indi isə keçən yazıda yazdığımız bir məlumata aid əlavə edək". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetində (AzTU) çalışan bir qrup müəllimin ünvanladığı növbəti məqalədə qeyd olunur.
Əvvəli Burada:
Texniki Universitetin REKTOR PROBLEMİ... - Müdaxilə edən olacaqmı?
Müəllimlər daha sonra yazır: "Məsələnin digər aspekti isə onun insani tərəfi ilə əlaqədardır. Yəni insan olaraq, hamı başa düşür ki, bu tapşırıqlar magistrantlara bir il yarım əvvəl verilibsə, yəqin ki, onlar bu mövzular üzərində xeyli işləyiblər, zəhmət çəkiblər və yekunlaşdırmaq üzrədirlər. İndi bütün bunların üzərindən xətt çəkib, onlara yeni mövzu vermək, hər şeyi yenidən və sıfırdan başlamaq və iki ildə yerinə yetirilməli işləri, həm də tədqiqat xarakterli işləri 4 ayda tələb etmək hansı insanlıq qaydalarına sığar? Həm də bunu kollektiv, 5 nəfərlik qrup şəklində və pandemiya məhdudiyyətləri şəraitində etmək? BU, HANSI İNSANLIQ QANUNLARINA SIĞAR? Bu sərsəm ideya deyilsə, bəs nədir? Bəlkə, kimsə fikirləşir ki, biz problemləri həddən artıq şişirdirik, birinin üstünə beşini qoyuruq? Kim inanmırsa, getsin Texniki Universitetin ixtisas kafedralarına, bu məsələnin doğru olub, olmamasını soruşsun? Elə təkcə bu “təklif” sərsəmlik əlaməti deyilmi? Elə təkcə bu, həm hüquqi sənədlərə zidd və həm də insanlıq normalarına zidd qərar deyilmi? Bəli, təklif yox, qərar, çünki söz onun ağzında çıxıbsa, onu qərar hesab etmək lazımdır. Və universitetdə heç kim V.Vəliyevin “təklifinin” qarşısında başqa bir təklif, başqa bir söz və ya sual vermir, öz fikrini bildirmir. Ona görə ki, deyirlər, bu mənasızdır, xeyri yoxdur, o, tutduğunu buraxmayacaq və son söz sahibi də odur.
Magistrantların əvvəlki dissertasiya mövzularını ləğv etmək, iki ildə yerinə yetirilməli işləri 4 ayda tələb etmək Vilayət Vəliyevin bu dissertasiyalara münasibətinin başqa bir tərəfini də aşkara çıxarır. Deməli, buradan belə çıxır ki, və əvvəlcədən də qəbul edir ki, bu işlər səviyyəsiz, məzmunsuz, yalandan yazılmış, ordan-burdan köçürülmə olacaq. Çünki qalan 4 ayda sıfırdan başlayaraq, tələbata cavab verən, səviyyəli dissertasiya, həm də son zamanlar deyildiyi kimi “beşi birində dissertasiya” hazırlamaq müşkül məsələdir. Deməli o, həmişə boğazdan yuxarı olaraq “tədqiqat-tədqiqat” desə də, elə özü belə qərarları ilə saxtakarlığa və səviyyəsiz işlərə yol açır. Ancaq, V.Vəliyevin bu məsələdən məqsədinin nə olması məlum deyil. Olmazdımı ki, bu dissertasiyalar təsdiq edilmiş mövzular üzrə normal qaydada yerinə yetiriləydi? Buna nə mane olurdu? Onun belə qərarlarını başa düşmək normal insan məntiqindən kənardadır. Bəlkə biz başa düşmürük, V.Vəliyev izah etsin, əsaslandırsın. Onu da etmir. İnsafən deyək ki, bunları izah etməsini ondan tələb edən də yoxdur. Yaxşı, bəlkə bizim səviyyəmiz onu başa düşməyə kifayət etmir, bəs normativ sənədlər necə? Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin bu haqda olan normativ sənədlərini və təlimatları da V.Vəliyevdən aşağı səviyyəli adamlar tərtib edib?
Bu günlərdə daha yeni bir sürprizlə qarşılaşdıq. Aydın oldu ki, rektor V.Vəliyevin “təklifi” ilə magistratura üçün ümumiyyətlə tamamilə yeni tədris planlarına keçməliyik və Dövlət İqtisad Universitetinin nümunəsində (???). Mahiyyəti isə bundan ibarətdir ki, əgər əvvəlki tədris planları üzrə magistrantlar 2 tədris ili ərzində 3 semestr ərzində dərs keçib, imtahan verirdilərsə, indi 2 tədris ili ərzində cəmi 2 semestr dərs keçəcəklər, həm də hər semestrdə 3-4 fənn keçməklə. Bəs 2-ci tədris ili magistrantlar nə ilə məşğul olacaqlar? Ancaq təcrübə və dissertasiya üzərində işləyəcəklər, dissertasiya da əlbəttə ki, 5 nəfər bir ümumu dissertasiya üzərində işləməklə (???). Rektor V.Vəliyevin bu işlərdən, o cümlədən Texniki Universitetdə tədrisi “iqtisadlaşdırmaqdan” məqsədi nədir? Əlbəttə ki, keçən yazılarımızda yazdığımız kim, tələbələrin təhsil haqqını universitetə almaq və universitet büdcəsinin gəlirini artırmaq, dərsləri azaltmaqla, büdcəni idarəetmə strukturunun əmək haqqına sırf etmək və əvəzində magistrantların 2 il başlarını qataraq, onlara dərs keçməmək. Daha bunun nəyi təhsil oldu, bu nə magistratura oldu?
Bundan əlavə bir problemi də qeyd edək. İnsafən deyək ki, bu təkcə Texniki Universitetin və V.Vəliyevin yaratdığı problem deyil, bizdəki bir çox universitetlərə xasdır. Məsələ bundadır ki, ölkəmizdəki bir çox universitetlərdə magistraturada təhsil faktiki olaraq, axşam təhsilinə çevrilib. Magistraturaya daha çox tələbə cəlb etmək məqsədi ilə bir çox universitetlərdə dərslər axşam saat 18-30 da və ya 19-da başlayır ki, tələbələr gündüz işləyə bilsinlər. Yoxsa, magistraturaya daxil olmaq istəyənlərin sayı azalır. Ancaq, magistraturada təhsil əyani təhsil hesab edilir və tələbənin təhsillə eyni zamanda işləməsi əmək qanunvericiliyinə də ziddir. Gündüz işləyən tələbə axşam saat 19-da dərsə gələcəksə, bəs o, dissertasiya üzərində nə vaxt
işləyəcək, tədqiqatla nə vaxt məşğul olacaq və necə? Axşam vaxtı universitetlərdə bütün kafedralar, laboratoriyalar praktiki olaraq bağlı olur, yalnız magistraturaya dərsi olan müəllimlər gəlirlər. Bu da böyük problemdir və hamı buna göz yumur.
Bu qədər yazırıq, deyirik, nöqsanları o qədər xırdalayırıq, o qədər açırıq ki, bütün deyilənlər yəqin ki, təhsil sistemindən çox uzaq şəxslərə də aydın olur, yalnız Təhsil Nazirliyindən başqa. Bilinmir ki, bizdə Təhsil Nazirliyi varmı, ya yoxmu? Əlbəttə ki, Təhsil Nazirliyi adında bina var, ancaq, deyəsən, içi boşdur. Bəzi təhsil mütəxəssislərinin mətbuatda çıxışlarında da qeyd edildiyi kimi, Təhsil Nazirliyində təhsili bilən, real təhsil mütəxəssisi yoxdur, elə nazirin özü də daxil olmaqla. Otaqlarda qalstuklu, qara kostyumlu cavan oğlanlar oturublar, aralarında bir neçəsi də hətta xaricdə təhsil alıb. Ancaq heç birinin təhsil sistemindən xəbəri yoxdur, auditoriyaya girib, bir saat mühazirə deməyiblər. Çoxu himayədarı olan adamlardır, oturub burada gözləyirlər ki, onları vaxtı çatanda bir yüksək vəzifəyə təyin edəcəklər.
Təhsil Nazirinin özünün isə heç bir elmi dərəcəsi yoxdur, o, elmlər doktoru dərəcəsi olan rektorlara nə deyəcək? Ancaq nazir heç olmasa magistraturanı bitirib ki, magistraturanın qayda-qanununu ki, bilir, heç olmasa magistratura təhsilinə bir əncam çəksin.
Dərdlər, problemlər böyükdür, ancaq heç kimdən bu problemləri həll etmək arzusu görünmür, hərə öz şəxsi maraqlarını təmin etməklə məşğuldur. Bu problemlərin çoxu təkcə AzTU-ya aid deyil, ölkəmizin bütün təhsil sisteminə aiddir. Bunların mənfi nəticəsini isə çox təəssüf ki, biz 5-10 ildən sonra görəcəyik.
Bir də V.Vəliyevin himayədarına müraciət etmək istəyirik. Olmazdımı ki, V.Vəliyevə başqa bir obyekt, məsələn, stadiondan-zaddan verəydiniz ki, onun ətrafında kababxanadan-zaddan açaydı?
Nə isə, mahnıda deyildiyi kimi, “Hər şeyi demişik, daha nə qalır?”. Hə, bir də o qalır ki, Allahdan Vilayət Vəliyevə sakit və sağlam yuxu diləyirik ki, yuxusu şirin olsun, yuxusunu qarışdırmasın ki, yuxuda gördüklərini gəlib bizə tətbiq etməsin. Görünür, bu, bizim şəraitdə ən real, həyata keçə bilən arzudur. Daha, müvafiq təşkilatların və ya vəzifəli şəxslərin diqqətinə nəyi isə çatdırmaq, xahiş, ya tələb etmək mənasızdır. Axırda işi o yerə çatdıracaqlar ki, AzTU tamam çökəcək, sonra isə əlaqədar təşkilatlar və şəxslər deyəcəklər ki, bu universiteti dağıtmaq, ləğv etmək lazımdır və dağıdacaqlar. Bəlkə, elə kiməsə məhz bu lazımdır?"
Təhsil sisteminin `TEXNİKİ VİLAYƏTİ`: Burda özbaşınalıqdır... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
18
yanvar
14:15

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Texniki Universitetin REKTOR PROBLEMİ... - Müdaxilə edən olacaqmı?
Vilayət Vəliyev AzTU-nu NECƏ ÇÖKDÜRÜR... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
Daha bir universitetdə COVID-19 aşkarlandı, qrup distant təhsilə keçdi
Texniki Universitetdə VİLAYƏT DAVASI... - Təhsil Nazirliyi NƏDƏN SUSUR?
Texniki Universitet NECƏ AĞLAR GÜNƏ QOYULUR... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
Ali təhsil sistemində VİLAYƏT QAYDALARI... - Müəllimlərin HARAYI...
Texniki Universitetdə YENİ OYUNBAZLIQLAR... - Rektorun ilginc idarəetmə üsulu...
AzTu-nun qadın əməkdaşı koronavirusdan vəfat etdi - FOTO
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Texniki Universitetdəki BƏRBAD MƏNZƏRƏ nazirliyin umrundadırmı? - İLGİNC FAKTLAR
Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini təyin etdi
Evdə meyiti tapılan 5 nəfərdən daha biri tələbə imiş
Azərbaycanın daha bir professoru vəfat etdi - FOTO
AzTU-nun 97 yaşlı professoru vəfat edib
AzTU-nun professoru vəfat edib
Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...
Texniki Universitet Vətən müharibəsində 24 şəhid verib - Foto
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ
Cənab Əmrullayev Texniki Universitetə NƏZƏR SALACAQMI? - Müəllimlər ŞOK FAKTLARI AÇIQLAYIR...
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
Yeni prorektor qayınatasını əvəzləyib?
Rabitə və Nəqliyyat Kollecində NƏLƏR BAŞ VERİR... - İLGİNC FAKTLAR
Vilayət Vəliyev haqqında DAHA BİR İDDİA... - ATU rəsmən BAZARA ÇEVRİLİR...
Bu şərtlərlə sentyabrın 15-dən əyani tədris BAŞLAYA BİLƏR
ADAU rektorunun ŞÜBHƏLİ DEKAN SEÇKİSİ - MÜƏLLİMLƏRDƏN İLGİNC İDDİA
Rabitə və Nəqliyyat Kolleci “islahatçı” rektorla korrupsioner direktorun işbirliyi mərkəzinə çevrilib
DYP-dən sürücülərə xəbərdarlıq - Bunu etməyənlər cərimələnəcək
- Bakıda məhbusun gizlətdiyi 19 kiloqram narkotik aşkarlanıb
- Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ
- Təhsil sahəsi sənlik deyil, Əmrullayev, özünə başqa bir iş tap… - Təhsilimiz sürətlə üzüaşağı gedir….
- Türkiyədə terrorçu-kamikadze saxlanılıb
- ABŞ-da 10 nəfəri öldürən şəxsin kimliyi məlum oldu
- Türkiyə ordusunda yenilik - Pilotsuz helikopterlər
- Finlandiyanın NATO-ya üzv olmasına Çindən rəsmi münasibət
- Şanxayda Covid-19 məhdudiyyətləri yüngülləşir
- Eurovision Mahnı Müsabiqəsində Rusiyanın kiberhücumlarının qarşısı alınıb
- ABŞ-ın pop ulduzundan bəd xəbər
- Həbsdə olan sabiq icra başçısının cəzası AZALDILDI
- Mərdan Camalov Lütvəlinin atasına rəhmət oxutdurur..- Zərdabın BAŞÇI SARIDAN BƏXTİ GƏTİRMİR…
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar