"Şikayətim "İrşad Electronics"dəndir". DİA.AZ bildirir ki, bu barədə Firudin Abdulla adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.


Daha sonra narazı vətəndaş yazır: "29 noyabr 2021 ci il tarixdə "İrşad Electronics"in Azadlıq prospekti 43 ünvanında yerləşən filialinda HP Laser MFP f nw 137 markalı printer almışam. Məhsulu üstündəki katrici istifadə etdim cəmi 200 səhifə çıxardı. Sonra yenidən katric doldurdum və istifadə etdim bu dəfə də heç 200 səhifə çıxarmadı. Texniki servisə məhsulu təhvil verdim ki, geri qaytariram.

Mənə bildirdilər ki, printerlərə qaytlrlma olmur. Sonra şirkətin daxili nəzarət şöbəsində oldum. Mənə o şərtlə kömək edəcəklərini dedilər ki, 100 manat ödəyin, katrici əvvəlki vəziyyətinə qaytaraq, biz məhsulu yenidən satışa qoyaq. Sizin yerdə qalan məbləği qaytaraq. O şərtlədə razılaşdım.

Dəfələrlə də "çağrı mərkəzi"nə zəng etmişəm. Bu gün texniki servisə yaxınlaşmışam, deyirəm, daxili nəzərətdə mən bu şərtlərlə razılaşmışam, zəhmət olmasa köməklik edin, əlavə ödəniş edim... mən başqa məhsul götürmək istəyirəm.

Mənə bildirirlər ki, bizə bu barədə heç bir məlumat verilməyib. Köməklik edə bilmərik. Qeyd edim ki, indiyə kimi bu şirkətdən 10-dan artıq məhsul götürmüşəm, hər biri də nəğd qiymətə... Şirkətə daha müştəriyə dəyər vermir. Ətrafimdakı bir çox şəxsə də "İrşad Electronics"dən məhsul almamağı tövsiyə etmişəm. Yaxında şirkəti məhkəməyə verməyi düşünürəm".