Xızıda  “Azərsu”  problemi… -Mühəndis neqativ halı inkar edib
7-09-2020, 14:18
384

Xızıda “Azərsu” problemi… -Mühəndis neqativ halı inkar edib

Azərbaycanda “Azərsu” ASC adlı qurum var. Bu qurum vətəndaşlardan hər ay pulunu vaxtlı-vaxtında alsa da su təchizatı bərbad vəziyyətdədir. Təsəvvür edirsiniz istehlakçının ödədiyi pul bitən kimi su avtomatik dayanır, yəni ölsən də bir bardaq su ala bilməzsən. Mütləq gedib borcunu ödəməlisən. Yaxşı bunu başa düşdük, istifadəçi vaxtında pulunu ödəməlidir. Bəs axı məsuliyyət, borc hissi ikitərəfli olmalıdır. İstehlakçının məsuliyyəti olduğu kimi “Azərsu”nun da məsuliyyəti olmalıdır. Tez- tez elan edirlər ki, filan rayonun ərazisində su olmayacaqdır. Bu bir dəfə olar, iki dəfə olar. Yoxsa yayın cırhacırında elan edirsən ki, su olmayacaq. Bəs vətəndaş qarşısında sənin məsuliyyətin yoxdurmu ? Görəsən vətəndaşlar “Azərsu”nu niyə məhkəməyə vermir ? Bütün bunlar azmış kimi “Azərsu”nun əməkdaşları istehlakçılarla danışıq AYLIQ alırlar, bunun üstü açılanda isə vətəndaş qalır ortada, AYLIQ alan məmur isə süddən çıxmış qaşıq kimi uzə cixmağa çalışır. Redaksiyamıza müraciət edən, Xızı rayon sakinləri qeyd edir ki, Xızı Sukanal sahəsi su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə vətəndaşlara elə borc yazır ki, məəttəl qalmamaq olmur. Konkret olaraq qeyd edək ki, Xızı Sukanal sahəsinin mühəndis-qrup rəhbəri Cavid Məmmədov su istifadəçilərini bezdirib. Deməli, Xızı sakinləri “Azərsu”ya yazılı şəkildə müraciət edirlər. “Azərsu” vətəndaşın şikayət dolu məktubuna nə cavab versə yaxşıdır: “Şikayətinizdə qeyd olunan NEQATİV hallar Xızı Sukanal sahəsinin mühəndis-qrup rəhbəri Cavid Məmmədov tərəfindən İNKAR edilmişdir”. Bu qədər absurd, məntiqsiz cavab olar? Bəlkə Cavid Məmmədov əməllərini etiraf etməli idi, deməli idi ki, bəli mən vətəndaşdan aylıq almışam. Əlbəttə Cavid Məmmədov inkar etməlidir dəə.. Ümumiyyətlə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bu biabırçı halları görmür ? Rayonu icra başçısı Xəzər Aslanov haqqında isə…danışmağa dəyməz. "Gündəlik Bakı"-nın araşdırma qrupu (Gündelik-baku.com)

Oxşar xəbərlər

SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
Paytaxtın bu ərazisində su olmayacaq
Su, qaz, enerji  İTKİ-si  bu dərəcədə ola bilməz..- DaşArx  kəndinin sakinləri niyə kəndlərinin adını dəyişmək istəyir ?
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto
Əhmədzadənin subartezian biznesi
“Azərsu”-nun korrupsioner Mingəçevir rəisi bu dəfə Prezidentə qarşı: SAHİBKARLAR ŞƏHƏRİ TƏRK EDİRLƏR
Biləsuvarda rüşvətsiz iş keçmir... - GİLEY
Ölkənin bu bölgələrində su olmayacaq
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
Yaxın günlərdə AZƏRSU-da sərt cəzalandırmalar olacaq – Həbslər gözlənilir
Azərsu-da dəhşətli faktlar
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
“Neftçala camaatı su deyıb haray çəkir” – Sabir Rüstəmxanlı
Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq
Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto
“İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır”
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”
"Yayın istisində şagird və tələbələri siniflərə, auditoriyalara yığmaq düzgün deyil"
Kasıblara qəpik-quruş, zənginlərə milyardlar
Əflatun Amaşov "toy olayı"ndan danışdı
Xalq Əhəd  Əbiyevi  belə  TƏRƏNNÜM  edir- “Gözün aydın, Daşkəsən, Saa gəldi Başkəsən”.
Deputat: “Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilməlidir”
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb