"Günay Sığorta" ("Gunay Insurance") çox kələkbaz sığortadir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fərid Xalidov adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "03.01.2022 de "Günay Sığorta"da sığortalı olan "Qazel" mənim avtomobilimi vurdu. Avtomobilimə dəyən zərərin məbləği 4850 manatdır.

"Günay Siğorta" 2100 manat hesablayır. Mərkəzi Banka şikayət etdim. Mərkəzi Bankın tövsiyə və tapşırıqlarına məhəl qoymurlar.

Bu cür kələkbaz siğorta şirkətləri vətəndaşlarda siğortaya olan inamı azaldır".