Kürdəmir şəhər sakini, şəhid anası Akifə Əliyeva tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə aidiyyəti qurumlara müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Kürdəmir şəhərinin sakini Akifə Əliyeva Kürdəmirin ilk şəhidi Əliyev Adəm İlqar oğlunun anasıyam. 2000-ci ildə dünyaya gələn oğlum Adəm əsgəri xidmətini başa vurduqdan sonra, 1 ay Maxe kimi orduda xidmətini davam etdirib və 44 günlük Vətən müharibəsinin ikinci günü Kəlbəcər istiqamətində, Murovdağda şəhidlik zirvəsinə ucalıb.
Böyük qardaşı Arif də könüllülər sırasında müharibəyə yollanmışdı, Adəm şəhid olandan 15 gün sonra onu geriyə qaytardılar. İki oğlum var, onları min bir əziyyətlə kirayələrdə təkbaşına böytmüşəm, yoldaşımdan çoxdan ayrılmışam.
Müharibədən qayıtdıqdan sonra böyük oğlum artıq il yarımdır ki, işsizdir. 27 yaşı var. İş üçün müraciət etdiyimiz heç bir dövlət qurumunda onu işə qəbul etmək istəmirlər və 2016-cı ildəki məhkəmə işini səbəb gətirirlər.
Belə ki, o, 2016-cı ilin oktyabrında azyaşlı qızı qaçırdığına görə qızın valideynləri məhkəməyə müraciət etdi. Sonra aramızda barışıq oldu. Nişan apardıq və razılığa gəldik ki, qızın 18 yaşı tamam olanda övladlarımızı evləndirək. Amma qız azyaşlı olduğundan elə həmin vaxt məhkəmə başladı, 2017-ci ilin 18 yanvarında məhkəmə işini yekunlaşdırdı və oğluma iki il şərti cəza kəsdilər.
Elə həmin ayın 25-də oğlumun nişanlısı özündən yaşca çox böyük olan bir kişiyə qoşulub qaçdı. Bununla bağlı polis idarəsinə müraciət etdik. Orada bizə dedilər ki, Allahınıza şükür edin ki, bu cür ailə ilə qohum olmadınız, gedin şərti məhkumetmə müddətinin bitməsini gözləyin. Təəssüf ki, o zaman heç kəs bizə başa salmadı ki, oğlumun bəraət alması üçün məhkəməyə müraciət edə bilərik.
Bu hadisədən 1 ay sonra eşitdik ki, qız o kişidən ayrılıb və bu dəfə bir başqası ilə Türkiyəyə qoşulub qaçıb.
Oğlumun iki illik şərti məhkumluğu və bundan sonrakı 1 illik üstəliyi başa çatdı. Artıq 5-ci ildir ki, sözügedən iş tamamilə qurtarıb. Amma, dediyim kimi, bu gün işlə bağlı hara müraciət ediriksə, eyni cavabı alırıq: ”Oğlunuzun məhkumluğu olub, onu dövlət qurumlarında işlə təmin edə bilmərik”. Ədliyyə Nazirliyindən, DİN-dən oğlumun məhkumluğu olmadığına dair arayış alsaq da, məhkəmə işinin surəti arxivdə saxlanıldığından, oğlumu işə qəbul etmirlər. Hazırda xəstəxanalardan birində sanitar kimi çalışır, 300 manat maaş alır. Bu pulla necə ailə saxlasın?! Evi də yoxdur. Biz şəhid oğlumun iki yaşından bəri kirayələrdə yaşamışıq. Düzdür, bizi mənzil növbəsinə salıblar, amma hələ ki, mənzillə təmin edilməmişik. Gözləyirlər, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar ki, bizi də onların yaşadığı binalarda məskunlaşdırsınlar. Əslində ev məsələsi məni narahat etmir. Çox şükür başımızın üzərində dam var. Məni narahat edən oğlumun gələcəyidir. Normal işi olmalıdır ki, ailəsini təmin edə bilsin.
Bu gün tək ümidim odur. Yaxınlarım, qonum-qonşu mənə deyirlər ki, səbrli ol, nəvən olar, adını Adəm qoyub oğlunu yaşadarsan. Mən də istəyirəm, oğlumun gələcəyi gözəl olsun, ailəsini, gələcək övladlarını təmin edə bilsin. Oğlum yeni ailə qurub.
Daxili İşlər Naziriyinə müraciət edəndə bizə dedilər ki, bu məsələ ilə bağlı heç bir problem yoxdur, sadəcə bizə yox, Bakının Binəqədi rayonundakı Baş Polis İdarəsinə müraciət etməlisiniz. Biz də deyilən ünvana getdik. Orada adını unutduğum polkovnikin qəbulunda oldum. O da məni Kürdəmir Məhkəməsinə yönləndirdi. Oğlum Kürdəmir Məhkəməsinə getdi, amma ona deyildi ki, bu məsələnin həlli bizlik deyil, siz Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz. Odur ki, nə vaxtdır Kürdəmirlə Bakının arasında qalmışam.
Yeganə istəyim oğlumun məhkumluq işinin arxivdən silinməsidir. Vəkilə müraciət etdim, o, mənə dedi ki, DİN-ə gedin və ASAN Xidmətdən aldığınız təmizlik kağızını (məhkumluğun olmamasını təsdiq edən sənəd-red.) onlara təqdim edin, onlar həmin arayış əsasında ərizə yazıb həmin sənədi Kürdəmir Məhkəməsinə göndərsinlər. Amma Kürdəmir Məhkəməsi bunun mümkün olmadığını bildirir.
Axı, ölkə prezidenti dəfələrlə deyib ki, şəhid ailələrini incitmək olmaz. Amma təəssüf ki, məmurlar onun sözünə, göstərişinə məhəl qoymur. Bunu özlərinə də demişəm. Demişəm ki, mən lay divar oğlumu bu torpaq, bu vətən, bu bayraq uğrunda torpağa tapşırmışam, siz isə məni qapı ağzında saxlayırsınız, içəri keçməyimə imkan vermirsiniz, şəhid anasına hörmətsiz yanaşırsınız.
Məsələyə aydınlıq gətirmək üçün DİN-in mətbuat katibi Elşad Hacıyevə müraciət etdik. Elşad müəllim bizə bildirdi ki, sözügedən məsələ artıq DİN-nin səlahiyyətindən kənara çıxıb, bu işlə bağlı məhkəməyə müraciət olunmalıdır.
Bundan sonra Kürdəmir Məhkəməsi ilə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, Arif Əliyev onlara yazılı müraciət etməlidir.
Arif Əliyev deyiləni etdi. Amma məhkəmədən müsbət cavab ala bilmədi. Yenə də bu işin mümkünsüz olduğunu bildirdilər və DİN-ə müraciət etməyi tövsiyə etdilər.
P.S. Buradan bir daha aidiyyati qurumlara səslənirik. Şəhid ailəsi qarşılaşdığı problemi necə həll etməlidir? Bu süründürməçiliyə nə vaxt son qoyulacaq? Onsuz da övlad həsrətindən şam kimi əriyib gedən ananın dərdinin üstünə dərd gətirmək insafdandırmı? //hurriyyet.az//
Kürdəmir məhkəməsi ŞƏHİD ANASINI YOLLARDA QOYUB... - "Məni narahat edən oğlumun gələcəyidir..."
16
mart
11:52

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Müharibənin bitməsinə üç saat qalmış şəhid olan əsgər - VİDEO
“Oğlum şəhid olan gün saatım dayandı” - Video
Şəhidin ikinci övladı doğuldu, atasının adını verdilər - FOTOLAR
"Oğlum şəhid olan günü onu yuxumda gördüm" - Şəhid anası (VİDEO)
Ölümündən sonra dörd medalla təltif olunan qəhrəman döyüşçü - Video
Şəhid atası: "Oğlumu əlindəki xaldan tanıdım" – VİDEO
“İcra hakimiyyətinin işçisi dedi ki, ərizəni geri götürsən, sənə köməklik edəcəyik” - Masallıda qazi atasını aldatdılar...
Şəhid anası koronavirusdan vəfat etdi
Çoban Xanışın şəhid nəvələri - Foto
Anasını doğulanda, atasını isə müharibədə itirən Adəmin həkimə ehtiyacı var
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
Xalq artisti oğlunun şəhid olduğu yerdə: "Salam, oğlum!" (VİDEO)
"Nə vaxt gedirəm məni yola verirlər" - GİLEY
22 yaşında şəhidlik zirvəsinə ucalan Qürbət Tarverdiyevin doğum günüdür
Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
Ağır yaralanan əsgər bu gün şəhid oldu
Kürdəmir sakini narazılıq edir - GİLEY
Daşkəsənli Vətən Müharibəsi şəhidi Novruz Haxverdiyevin anım günü qeyd olunub
Qəzada həlak olan şəhid xanımı maşını özü sürürmüş
Şəhidimizin anası koronavirusdan vəfat etdi - FOTO
Bir toyda üç şəhid... - VİDEO
"Oğlumun sadəcə bir arzusu vardı" - Şəhid anası
Bəy kostyumunu hərbi mundirə dəyişən şəhid polkovnik-leytenant - Video
Daşkəsənli Vətən Müharibəsi şəhidi Novruz Haxverdiyevin anım günü qeyd olunub
Şəhid qardaşların ailəsində FACİƏ: - 1 yaşlı qızı öldü
Bu gün şəhid Romin Əliyevin doğum günüdür - VİDEO
“İsmayıl, oğlum, evdəkilər sənə əmanət...” - Şəhid hərbçimizin film kimi həyatı
Kəmaləddin Heydərov "Topçu Vüsal"a iş verdi - Bu nazir də işə dəvət edibmiş
Yeni doğulan körpəyə şəhid atasının adı verildi
Şəhidin yeni doğulan qızının adını Şuşa qoydular
- Dünyada bir ilkə imza atan yeganə türk qadın
- Azərbaycan neftinin qiyməti artdı
- Qaxda 76 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ
- Dünyanın ən yaraşıqlı kişilərinin SİHAHISI tərtib olundu
- Yaponiya Aleksandr Duqinə sanksiya tətbiq etdi
- Tanınmış aktyor Rusiya filmində iştirakdan imtina edib
- Bu “iPhone” modelinin qiyməti 2 dəfə ucuzlaşdı
- Zaporojya AES ətrafında şiddətli partlayışlar baş verir - MAQATE
- Mərakeş Azərbaycana başsağlığı verib
- Brilliant Dadaşova İrandakı səfirliyimizə hücumdan yazdı: “Əlləriniz qırılsın”
- Moskvada helikopter qəzaya uğradı
- "Azneft"də sürücülər NİYƏ NARAZIDIR?.. - YEYİNTİ İTTİHAMI...
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- Meksika klubu Dani Alveşlə müqaviləni ləğv etdi
- Genesis kripto birjası müflis oldu
- Britaniyada kilosu 21 dollara satılan ağ çiyələk yetişdirilib
- Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib
- Çin zooparkında pələng üç aslan tərəfindən parçalandı
- Demet 7 milyon qazandı
- “Müğənnilərin çoxu kiminsə “saxladığı”dır” ittihamı qalmaqal yaratdı
- Azərbaycan-İordaniya matçının tarixi bəlli oldu
- Azərbaycanda məşhur müğənni həyat yoldaşı ilə görüntüləndi - FOTO
- Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi
- “Qaçqınkom”un Departament direktorunun müavini Azər Eminovun qaranlıq keçmişi.... - Səbuhi Əhmədovun müavininin qardaşı Sevan, bacısı Klara ...