"Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan aqrar elmini dünya elminə öz elmi əsərləri ilə inteqrasiya etdirən, aqrar sahədə tədris olunan fənnlər üzrə tədris-metodiki işləri, o cümlədən, dərslikləri, dərs vəsaitləri və monoqrafiyaları olan bir qrup alimlərin əməyi qiymətləndirilmək əvəzinə hər bir iclasda rektor tərəfindən təhqir edilir və aşağılanır. Ona görə ki, aqrar universitetdə talançılıq edən rektor İbrahim Cəfərova savadlı, elmli, tədrisi bilən kadrlar yox, əksinə alveri, rüşvəti və korrupsiyanı bacaran insanlar, xüsusilə də gənclər lazımdır. Bir qrup rektora söz deyə bilən insanlar bu gün rektorun qarşısında gözü kölgəlidir. Belə ki, həmin insanların oğlunu, qızını, gəlinini, qardaşını və yaxud qohumunu işə götürən rektor qəsdən onları susdura bilmişdir. Ona görə də bu gün İbrahim Cəfərov istənilən professoru, dosenti belə aşağılaya bilir və təhdid edir. Rektor universitetdə istədiyi alveri edə bilir, heç kim səsini çıxarda bilmir. Bəzi insanlar da səsini çıxarsa belə, ona dəstək olan yoxdur". DİA.AZ bildirir ki, bu barədə ADAU-nun müəllimləri adından ölkə rəhbərliyinə edilən müraciətdə deyilir.
Daha sonra müraciət müəllifləri yazırlar: "Bunlarla yanaşı, rektor İbrahim Cəfərov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də işdən qovulan insanları cərimə batalyonu kimi Aqrar Universitetdə kafedra müdiri və prorektor vəzifələrinə yerləşdirib. Sərbəst alver quran rektora gözün üstündə qaşın var deyən yoxdur. Bir müddət dekan və kafedra müdiri vəzifələrindən qazanc götürən rektor ənənəni daim davam etdirir.
Bir müddət bundan öncə rektor ADAU-nun "Kənd təsərrüfatı texnikası" kafedrasına ticarət yarmarkasında ayaqqabı satan Aydın İsayevi kafedra müdiri seçmişdir. Hansı ki, Aydın İsayev bir neçə il əvvəl korrupsiya ilə əlaqədar "Magistratura" şöbəsinin midiri vəzifəsindən qovulmuşdur. Buna baxmayaraq İbrahim Cəfərov onu və onun yaxın dostu olan Ayaz Həsənovu da kafedra müdiri vəzifəsinə təyin etmək üçün imkan axtarır. Aydın İsayevi kafedra müdiri kimi yerləşdirdi, indi də qarşıda yaxın günlərdə qəssablıq edib, ət və kartof satan Ayaz Həsənovu da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına müdir qoymaq istəyir. Halbuki, həmin kafedrada bu vəzifəyə daha layiqli kadrlar var. Ayaz Həsənov da 5 il öncə "Aqromühəndislik" fakültəsinin tələbələrinin hər birindən kurs işinə 60 manat pul almışdı. Bu hadisənin üstü komissiya və dekan Cəmaləddin Məmmədov tərəfindən açılanda İbrahim Cəfərov Ayaz Həsənovu müdafiə edə bilmədi. Bu gün kafedra müdiri olan təmiz, haqqın tərəfində olan Vaqif Mirzəliyevin qəti mövqeyindən sonra Ayaz Həsənovun fəaliyyətinin yoxlanılması ilə əlaqədar komissiya yaradılmış və nəticə olaraq yekunda kafedra müdiri vəzifəsindən uzaqlaşdırılmışdı. Vaqif Mirzəliyev kafedrada təmiz və tələbkar işgüzar şərait yaratmışdır. Eyni kafedrada çalışan bu iki dostdan Aydın İsayev kafedra müdiri asan seçildiyi kimi Ayaz Həsənov da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına maddi maraqlar əsasında kafedra müdiri seçilmək üçün hazırlaşıb. Bunlar bilir ki, kafedra müdiri seçilmək üçün, nə qanun, nə elmi tədqiqat işləri, nə də tədris-metodiki işlər lazımdır, ancaq rektor İbrahim Cəfərova pul lazımdır.
Bir qədər öncə İbrahim Cəfərov 240 elmi əsərin müəllifini, bir çox dərslikləri, dərs vəsaitləri olan kafedranın professorunu kənara qoyub ayaqqabı satan, bu gün informasiya texnologiyalarından (kompyuterdən) başı çıxmayan Aydın İsayevi müdir qoyduğu kimi Ayaz Həsənovu da kafedra müdiri qoymaq istəyir. Ayaz Həsənov bu gün Aydın İsayevin məsləhətçisi olub deyir ki, sən o kafedrada ol, mən də bu kafedrada olum. Ayaz Həsənovun da informasiya texnologiyalarından təsəvvürü yoxdur, əlavə heç bir dil bilmir, elektron yazışmanı belə dərk edə bilmir, heç bir tədris metodiki işlə məşğul olmur. Əgər bu gün bu kafedra müdirləri, elekton kitabxanaya girə bilmirsə, elektron resurslardan istifadə etməyi bacarmırsa, adi belə məktubu göndərə bilmirlərsə Universitetdə əmək bazarına çıxarılacaq hansı mütəxəssis hazırlığından danışmaq olar? Belə çıxır ki, ancaq ayaqqabı, ət və kartof satan yetişdirmək olar.
Ümumiyyətlə, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyində sivil elmli, tədrisi və elmi bilən qabiliyyətli mütəxəssislər vəzifələrdən kənarlaşdırılır. Burada idarəçilik zorakılıq və müəyyən maraqlar çərçivəsində, üzdə Vətən, arxada şəxsi maraq siyasəti çərçivəsində aparılır. Rektorun professor-müəllim kollektivinə qarşı təhqiramiz kobud rəftarı dözülməzdir. Bunlarla yanaşı məlumunuz edirik ki, Dövlət Qulluğuna və Dövlət İmtahan Mərkəzində imtahan verib keçə bilməyən, ixtisasını bilməyən kadrlar gənc müəllimlər kimi Universitetə kafedralara maddi maraqlar əsasında işə götürülür. Əgər həmin müəllimlərin əksəriyyətinin savadını yoxlasalar onlar attestasiyadan belə keçə bilməzlər. Müasir dünya standartlarına cavab verən auditoriya və laboratoriyalarda bu formada təhsil ilə yüksək peşəkar mütəxəssis hazırlığı aparmaq mümkün deyildir. Savadlı, qabiliyyətli, xarici ölkə alimləri və Universitetləri tərəfindən Beynəlxalq təhsil sisteminndə və elmində sözünü deyən və tanınan alimlərin əməyi qiymətləndirilmir.
Bu məsələ ilə bağlı müvafiq tədbir görməyinizi Sizdən xahiş edirik".
ADAU-da KOLXOZ ÜSUL-İDARƏSİ... - Rektora ağır İTTİHAMLAR...
23
mart
14:53

Qarabağ
OXŞAR XƏBƏRLƏR
ADAU-nun rektoru İbrahim Cəfərov necə professor, rektor oldu?
ADAU-da təhsil biabırçılıqları... - FAKTLAR AÇIQLANDI...
ADAU rektorunun ŞÜBHƏLİ DEKAN SEÇKİSİ - MÜƏLLİMLƏRDƏN İLGİNC İDDİA
ADAU-da rektorun BAZARKOMLUĞU... - Dekanı belə seçirlər...
ADAU-nun vəzifəli şəxsinin plagiatlığı - Rektorun ADI HALLANIR...
ADAU-da NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR...
Rektor istəyinə nail oldu: BU ÖZBAŞINALIQDIR... - Rəsmi qurumlarsa SUSUR...
"Rektor deyir, ya universitetə gəlin, ya da pul ödəyin gəlməyin" - Koronavirus xəstələri HARAY ÇƏKİR
Ramiz Mehdiyev rektorun sədaqətini ödülləndirdi-İLGİNC
ADAU-da yenə də gizli işlər çevrilir... - İDDİA
ADAU rektoruna ŞOK İTTİHAM - SƏN DEMƏ...
Rektor ADAU-da müxalifətçini dekan seçdirir- Prezident İlham Əliyevə MÜRACİƏT
Rektor ƏMRLƏRİ KİMDƏN ALIR: ŞOK FAKT... - Cəfərov Elmar Vəliyevə BİƏT EDİRMİŞ...
Rektor Hesablama Palatasını da satın alıb? - İLGİNC İDDİALAR...
ADAU-da sistem çöküb - İDDİA
Daha iki universitetdə ənənəvi tədris bərpa olunmayacaq
ADAU rektorunun Ramiz Mehdiyev MÜBHƏM SEVGİSİ - İLGİNC İDDİALAR...
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
Aqrar Universitetinin rektoru DSK sədri olanda katibəsi nə üçün intihar etdi ? - Məmur-müəllimlərin maaşını kim alır, cənab rektor İbrahim Cəfərov ?
Rektor təhsil qaydalarına QARŞI... - İDDİA
Rektor ADAU-da hansı işləri çevirir? - İLGİNC İDDİALAR...
Sosial şəbəkə qəhrəmanı olan rektor
GDU rektoru ilə bağlı İLGİNC İDDİA... - Belə deyirlər...
“Universitetdə Təhsil Nazirliyinin məktubu qulaqardına vurulur” - NARAZILIQ!
REKTOR 17.000 MANAT RÜŞVƏT ALIB?
Rektoru otağında döydülər..
ADAU-nun adının hallandığı daha bir QALMAQAL... - BU NƏDİ BELƏ?
Gəncədə nə qanun var, nə də qayda... - Belə də olmaz axı...
Aqrar Universitetdə seçkilər necə keçirilir?- Kollektiv Prezidentə müraciət etdi.
Aqrar Universitetdə nələr baş verir? - Prezidentə müraciət olundu
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi
- Təhlükəli asteroid Yerə yaxınlaşır
- Qətər Livan ordusuna 60 milyon ayırır
- "Hələ də kifayət qədər hərbi yardım yoxdur" - Danilov
- Lukaşenko Putinə dəstək olmayanları bununla HƏDƏLƏDİ
- Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi
- Uşaqlara qoyulan rayon və şəhər adları - SİYAHI
- Dollar yeni həftəyə belə başlayacaq
- Meymun çiçəyinə yoluxan məşhur aktyor: “Bədənimdə 25-dən çox...”
- NATO yeni silahlanma yarışına başlayır
- Səfər Əbiyevin, Nəcməddin Sadıkovun kadrı Valeh Nəcəfovun əməlləri...- ASTARADA NƏ BAŞ VERİR ?
- Bakı sakini 3 kq heroinlə tutuldu
- Bu il 97 uşağa Polad, 37 uşağa Xudayar adı verilib
- Ukraynada müharibədə 339 uşaq ölüb
- Ukrayna Rusiyanın itkilərini AÇIQLADI
- Yaponiyada rekord istilər qeydə alınıb
- Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
- “Qarabağ” yoxlama oyunu keçirəcək
- "Mən də xəyanət etmişəm" - Nadir Qafarzadə
- Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə mükafatlandırılacaq”
- Nəvəsi tərəfindən qətlə yetirilən Qənirə Mehdixanlı tanınmış şəxs olub
- Azərbaycan Ordusu 104 yaşında
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi