
Daha sonra narazı vətəndaş yazır: "Həmin konfetlərin qiyməti 41.80 manat elədi. Etiraz edərək dedim ki, bəs vitrində qiymətlər fərqli, kassada fərqli... Dedilər ki, sistemə oturmayıb, biz belə sata bilmərik...."
Dia.az bildirir ki, narazı vətəndaş anoloji olayı bir başqa marketdə də yaşadığını xatırladır: "Bir dəfə də belə bir şey olmuşdu... "Grandmart"da alış-veriş etmişdim... Kassada qiymət başqa oldu... baha oldu. Müdiriyyət yaxınlaşdı mənə, həmin aldığım məhsulları mənə pulsuz verdi.
Orda belə bir qayda var kassada ayrı qiymət olursa, baha olursa, həmin almaq istədiyin məhsulu sənə pulsuz verirlər.
"Oba"da isə dedilər ki, endirim belə edə bilmərik..."