Sumqayıtda "Lolipop" mağazalar şəbəkəsindən Süleymanov İlşad Ərseyran oğlu, Sumqayıt Asan Xidmət dairəsi, Avtovağzalın yanında fəaliyyət göstərən, "Lolipop" tort ləvazimatları mağazasından "Hopla" əmtəə nişanlı xama almışdır. Vətəndaş xamanı alaraq evinə aparmış, ailəsi ilə birgə istifadə etmək istəyərkən onun yararsız olduğunu görmüşdür. Yəni, həmin məhsulu açarkən güclü kiflənmiş bir vəziyyətlə üz-üzə qalmışlar. Yəni, "Lolipop" tort ləvazimatları mağazasından alınan "Hopla" əmtəə nişanlı krem şantının sanki zəhərlə dolu olduğu gözlə görünmüşdür.
Qeyd edək ki, vaxtıkeçmiş məhsulların mağazalarda satılması ən azından Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən nazirlik və komitələrin fəaliyyətsizliyindən irəli gəlir. Bir vaxtlar mətbuatda səsləndirilirdi ki, Qida Təhlükəsizlik Agentliyi mağazaları aylığa otuzdurub. Biz bu fikirlərə şübhə ilə yanaşırdıq. Buyurun, Qida Təhlükəsizlik Agentliyinin rəhbəri Qoşqar Təhməzli, sizin Sumqayıt büronuzdan vətəndaşın şikayətinə verilən cavabınız, əvvəllər mətbuatın sizin Agentlik haqqında yazdıqları ilə
 üst-üstə düşür.
Məktubu olduğu kimi dərc edirik, buyurun tanış ola bilərsiniz.