
Daha sonra narazı vətəndaş yazır: "Bu gün "Milli Ön" vasitəsilə kartımın balansını artırmaq istədim, 100 manat tam şəkildə daxil etdim, terminal pulu qəbul etdi, lakin balans sıfır olaraq qaldı. Mədaxil göstərmədi ekranda. Şəklini əlavə edirəm posta.
Qaynar xəttə zəng edib məlumat verdim, 6 iş günü ərzində sizinlə əlaqə saxlayacağıq dedilər.
Bilmək istəyirəm ki, pulu geri ala bilməmə kimi bir ehtimalım var və ya kiminsə başına belə bir hadisə gəlibmi?"
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməə hazırıq...