Amma görünəni odur ki, rəsmilərimizin belə bir niyyəti yoxdur. Biz də dia.az olaraq XATIRLATMA niyyəti ilə şikayətlərdən növbətisini ictimailəşdiririk. Beləliklə, Səbuhi Əhmədov adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında yazır:

"Dekabrın 1-indən Starex.az-a bağlamamı bəyan etmişəm. 38 gündür bağlamamı yola salmırlar.ABŞ-dan bu şirkətlə sifariş etməyinizi tövsiyə etmirəm..."
Hər halda, vətəndaşla bu şəkildə davranmaq əyləncəyə daha çox bənzəyir...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...