Ağdaş rayonunun Xınaxlı kəndində susuzluq problem var. Kənd sakinləri Meydan TV-yə danışırlar ki, həm içməli, həm də suvarma suyu çatmır.
“21-ci əsrdir, biz hələ də içməli suyu evlərə vedrə ilə daşıyırıq”, – sakinlərdən biri deyib.
Kənddə 2 artezian quyusu var, amma bu quyuların suyu kənd camaatına çatmır.
“Ötən il üçüncü artezian quyusu qazılanda çox sevindik. Quyunu qazdılar, sonra da çıxıb getdilər. Su çatışmazlığından danışırlar, kənddə camaat içməli su tapmır. Amma 1 ildir qazılan arteziandan çıxan su axaraq israf olur. Dəfələrlə müraciət etməyimizə baxmayaraq nə artezianı qoşurlar, nə də axan suyun qarşısı alınır. Bu, su ilə imtahana çəkilən insanları ən azı ələ salmaqdır”,- daha bir kənd sakini deyib.
O əlavə edib ki, problemlərini həll etmək əvəzinə sudan şikayət edənlərə müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar:
“Kənddə onsuz da yaşayış çətindir, əkin-biçin üçün su yoxdur. Mal-qara saxlayanların sayı get-gedə azalır. İndi heç kimin evində 3-4 baş heyvan yoxdur, hamı suvarma və saxlama xərclərinə görə satıb”.
Kənddə internet xətti də yoxdur. Kəndlilər deyirlər ki, dolanışıq get-gedə çətinləşir, kontur vurmağa da pul çatmır. Buna görə də, problemlərlə bağlı tez-tez zəng edib etirazlarını bildirə bilmirlər.
Kənd sakini Elşən Hüseynov deyib ki, pul yığıb artezianı elektrik xəttinə qoşmaq istəyiblər, hətta motor da var. Buna baxmayaraq, artezianın niyə istifadəyə verilmədiyi bəlli deyil:
“Torpağa axıb bataqlıq yaradan suya görə bizim dodağımız yeddi yerdən çatlayır. Artezianı bu vəziyyətdə qoyub getmək məsuliyyətsizlik deyil, cinayətdir”.
Xınaxlı kəndinin inzibati ərazisinə daxil olduğu Kotavan Kənd İcra Nümayəndəliyindən Meydan TV-yə bildiriblər ki, həmin quyu subartezian quyusudur, dövlət tərəfindən qazılıb və qazıntısına sifariş verən qurum tərəfindən də istifadəyə verilməlidir.
“Deyilənə görə icazə alıb elektrik şəbəkəsinə qoşulmalıdır və təhvil verilməlidir. Niyə təhvil verilmədiyinə dair məlumatı ancaq Meloriasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti verə bilər. Çünki quyunun qazıntısı bu qurum tərəfindən həyata keçirilib”.
Meydan TV məsələ ilə bağlı Meloriasiya və Su Təsərrüfatı ASC-yə sual ünvanlayıb, lakin hələ cavablandırılmayıb. //Meydan TV//
Kəndlilər susuzluqdan əziyyət çəkir, artezian isə təhvil verilmir - Vətəndaş ÇARƏSİZ DURUMDA
31
mart
13:03

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Zakir Qaralovun oğlanları 4 kəndə gedən suyu niyə KƏSİB? – İdarə rəisindən ABSURD AÇIQLAMA
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Goranboyda başçı ilə görüşmək MÜŞKÜLƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!
Xaçmazın gənc başçısı da işə yaramadı... - Kəndlilər məmurların əlindən DAD DEYİR...
“1 aydır 50 hektar taxıl sahəmizə su verilmir” - Samuxda ÖZBAŞINALIQ
Zaur Mikayılov BUNLARI BİLİRMİ? - Sakinlər etiraz edir...
Zaqatalada vətəndaşın halından xəbəri olan varmı? - TOTAL NARAZILIQ
Zaur Mikayılov Tovuz camaatına NECƏ ZİYAN VURUR... - NARAZILIQ VAR!
Deputat meliorasiya rəhbərini TƏNQİD ETDİ
Rəşad Tağıyevin Şəmkir camaatından XƏBƏRİ VARMI? - TOTAL NARAZILIQ
Ağcabədinin başçısı rəsmən HARINLAYIB... - BU DA FAKT!!!
Zaur Mikayılov BU İŞİ BACARMIR... - Camaat DAD DEYİR...
Şəmkirdə fermerlər QAN AĞLAYIR... - “Suvarma vaxtı sahələrdə bel davasına çıxırıq”
Zaqatalada 6 ay əvvəl istifadəyə verilən subartezian quyusu çökdü
Ağdaşda bu kənd ibtidai şərtlərlə yaşayır... - GİLEY
Hacıqabulda kəndlilər ÇƏTİN DURUMDA - GİLEY
Biləsuvarın İsmətli kəndinin kanalı qurudu, sakinlər içməyə su tapmır (VİDEO)
Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır
Şəmkirin başçısının bundan XƏBƏRİ VARMI - Cənablar, 21-ci əsrdir eee...
Ucarın kəndi bir ildir susuz qalıb - Video
Azərbaycanın göbəyində ibtidai şərtlər... - Di gəl yaşa...
Saatlı sakinləri nədən GİLEY EDİR? - VƏTƏNDAŞ HARAYI
İmişlidə suvarma prosesinə kim mane olur? - VİDEO
Şabranın belə bir KƏNDİ DƏ VAR... - Başçı bilmir... dövlət ki bilir!
Hacıqabulda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR... - GİLEY
İnam Kərimovun bu fermerlərdən xəbəri varmı? - “Camaatı incidirlər”
Göyçayda sakinlər ÇƏTİN DURUMDADIR... - Dövlət müdaxilə etməsə...
Suyun üstünda duran ƏJDAHALAR: elə öz məmurlarımız... - Tək Saatlı çətinlikdə deyil...
Nazirin NƏZƏRİNƏ: Bu kənddə təhsil almaq imkansızdır... - NƏ ETSİNLƏR?
Biləsuvarın 2 min əhalisi olan kəndi susuz qalıb
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq - SƏRƏNCAM
- 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərilir
- İranda sərhəd alayının zabiti öldürüldü
- Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- Rusiya Xersonu atəşə tutdu
- `YENİ KLİNİKA`da əyri işlər... DAVAM EDİR? - "Dedi ki, ya 10 000 manat verib qalarsan, ya da işdən çıxarılacaqsan"
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar