““Olympus Park”dan şikayət etdik deyə kirayə pulumuzu kəsdilər”
17-11-2020, 12:29
74

““Olympus Park”dan şikayət etdik deyə kirayə pulumuzu kəsdilər”

“İki il əvvəl Nəsimi rayonunda evimiz pilot layihə ilə əlaqədar plana düşdü, evin yerində “Olympus Park” (keçmiş “Avrasiya Constraction LTD” MMC) tərəfindən yeni yaşayış kompleksinin inşasına başlanıldı. Bizə evimizin əvəzinə 3 otaqlı təmirli və 1 otaqlı təmirsiz mənzil verilməli idi. Lakin şirkət öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə bir sıra qurumlara şikayət etdik. Bundan sonra bizə verilən kirayə haqqını da kəsdilər”.
Bu iddia ilə “Qafqazinfo”ya Nəsimi rayonu, F.Qasımzadə küçəsində evləri sökülən Əli Qarayevin hüquqi nümayəndəsi Bəyim Mahmudova və həmin evdə yaşayan Rüstəm Səfiyev müraciət edib. 
R. Səfiyevin sözlərinə görə, özü və bacanağı Əli Qarayev ailələriylə birlikdə kirayə mənzillərə köçürülüblər. Şikayətçilər deyirlər ki, onlara mənzillərin təmirinə 17 min manat ayrılacağı ilə bağlı sənəd də verilib. R. Səfiyev iddia edir ki, təmir prosesində tikinti materiallarının keyfiyyətsiz olduğu bəlli olub:
“Biz məcbur olub evi özümüz təmir etdik, indi heç bunun tələbini də etmirik. Problem ondadır ki, şikayətlərimiz şirkətin xoşuna gəlməyib və bizə ümumi məbləği 1200 manat olan 2 aylıq kirayə haqqını ödəmirlər. Təzyiq edirlər ki, şikayətimizi geri götürək. Tikinti şirkətindən deyilir ki, hara şikayət etmisizsə, kirayə haqqını oradan da tələb edin”. 
Digər şikayətçi Ə.Qarayev isə insult keçirdiyindən vəziyyəti ağırdır. Onun adından hüquqi nümayəndəsi B. Mahmudova müraciət edib. Hər iki şikayətçi bildirir ki, kirayə haqqını iki aydır ödəyə bilmirlər. Bununla bağlı Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi də məlumatlandırılıb.
Problemlə bağlı sözügedən “Olympus Park”ın iqtisadçısı Nicat Süleymanovla əlaqə saxladıq.
O isə ailələrin kirayə haqlarının kəsilməsi ilə bağlı iddianı təkzib edib: “Bəzi şəxslər həmin binada ev alacaq şəxslərin adlarından saxta imzalarla müxtəlif qurumlara şikayətlər edirlər. Guya bizim təmiri keyfiyyətsiz hesab edirlər. Amma Prezident Aparatından, İcra Hakimiyyətindən də nümayəndələr gəlib, mənzillərin təmiri ilə tanış olublar. Məlum olub ki, təmir tam qaydasındadır. Biz həmin şikayətçilərlə danışdıq, əksəriyyəti öz şikayətlərini geri götürdülər, bir neçə nəfər isə hələ də qalır. Biz kirayə pulunu kəsməmişik. Ola bilər ki, həmin şəxslərin hansındasa sayğac pulu tutmuşuq, yerdə qalan pullar ödənilib. Həmin şikayətlər əsassızdır”.

Oxşar xəbərlər

Ən ucuz kirayə mənzillər Bakının hansı ərazisindədir? - VİDEO
"Lakin müraciətlərim nəticəsiz qalıb..." - GİLEY
Kirayə mənzil bazarında bahalaşma varmı?- Ekspertdən açıqlama
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Nizami rayonunda dələduz peyda olub - "“Orbita” MTK işi" barədə İLGİNC FAKTLAR
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...
“Sovetski” sakinləri aksiya keçirdi: “Bəsdirin pulumuzu oğurladız” - Video
“Olympus Pub”da 8 nəfər cəzalandırıldı
Səlim Müslümovun dayısı ittiham olunur... - Keçmiş başçının başı ağrıya bilər...
Qəza gənc qızın həyatını məhv etdi: Şikayət + Fotolar
“Qaçqınkom” fərdi yaşayış evlərinin təmirinə orta hesabla nə qədər vəsait ayırır,nə qədər silir?
“Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”
Ev ala bilməyən məcburi köçkün ailəsi çadır qurmaq üçün yer istəyir – MÜRACİƏT
Tikinti sektorunu axsadan qərarlar... - Yenidən baxılmalıdır...
Bakıda kişi özünü güllələdi
Bakıda 17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atıb
Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR
Bakıda üzərinə dəmir boru düşən fəhlə ölüb
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
"Ölsək də, buradan çıxmayacağıq" - Rövşən Rzayevin nəzərinə...
Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
"Sipark" vətəndaşları belə aldadıb... - Müraciət...
“Ucar Aqroservis”in işçiləri narazılıq edir - Müraciət...
Güzəştli mənzillərlə bağlı yeni xəbər
"Qaçqınkom"da etiraz-  Sədr şikayətçilərin qarşısında söz tapa bilmədi-VİDEO
Azərbaycanda narkotiklə tutulan kişi vəzifəli şəxsin oğlu imiş, silahla gəzirmiş - TƏFƏRRÜAT
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM