“Azəristiliktəchizat” ASC necə narazılıq yaradır...
18-11-2020, 09:42
112

“Azəristiliktəchizat” ASC necə narazılıq yaradır...

“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi. Bu barədə ASC-dən açıqlama verilsə də, qurum vədinə əməl edə bilmədi. Səbəb isə illərdir “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu göstərilir. Borc yüksək olduğundan, qazanxanaların qaz təchizatı dayandırılıb. Təəssüf ki, illərdir iki qurum arasında olan borc qalmaqalının əziyyətini vətəndaşlar çəkir. Xatırladaq ki, “Azəristilik”in ötənilki borcunu dövlət öz üzərinə götürdükdən sonra əhaliyə istilik verildi. Amma görünən odur ki, problem hələ də davam etməkdədir.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, keçən ilki ödəmələr ötən mövsümlə bağlı idi:
“Hər mövsüm üçün qaz təchizatı var. Əgər istiliyin verilməməsini qaz ala bilmələrilə əlaqələndirirlərsə, qazanxana, hansı mərkəzləşdirilmiş istilik sistemi olan yeri idarə edən məsul şəxs deyirsə ki, biz qaz ala bilmirik, bunun səbəbini də açıqlaya bilərlər. Ölkədə kifayət qədər qaz ehtiyatları var. Bu gün sifarişçinin alacağı qazın ödəmələrilə bağlı öhdəlikləri də üzərinə götürmək şərtilə istənilən sifarişini yerinə yetirməyə hazırıq. Yəni sifarişçi alacağı qazın sərfiyyatına uyğun ödəmələri icra etməlidir. Bu baxımdan qazanxanalar qazı hansı səbəbdən almadıqlarını yaxşı bilirlər. Buna özləri aydınlıq gətirsələr daha yaxşı olar”.

Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı mövcud olan problemləri “Sherg.az”a sadalayıb.
Liqa sədrinin sözlərinə görə, binalara istiliyin verilməmə səbəbi bu sahədə islahatların aparılmamasıdır:

“Məsələn bu gün elektrik enerjisini ödəmədən kimsə işıqdan və yaxud qazdan, sudan istifadə edə bilmir. Çünki təchizat dayandırılır. Təchizatın dayandırılması üçün mexanizmlər yaradılır. Amma istiliklə bağlı bu mexanizm yoxdur. Elə çoxmənzilli binalar var ki, orda yaşayan şəxs istilik sistemini ləğv edib, yerinə kombi quraşdırıb.

Bir binada 4-cü mərtəbə istilik sistemindən istifadə edir, amma 3-cü mərtəbə sakini istifadə etmir. Lakin istilik təchizatı ilə məşğul olan idarənin bundan xəbəri yoxdur. Beləliklə, onlar ümumi şəkildə gəlib hər kəsdən pul toplamaq metodunda qalıblar. Binaların bir çoxunda mərkəzləşdirilmiş istilik sistemi bir evdə var, digərində isə yoxdur. Son illərdə bu istiqamətdə işlər gedir. Amma bütövlükdə problem olaraq qalır”.

S.Məmmədov qeyd edib ki, istilik təchizatı ilə məşğul olan idarə yığımı normal həyata keçirə bilmir:

“Xəbərləri yoxdur ki, kim istilik alır, kim yox. Yəni, ortada normal baza yoxdur. Məsələn, kimsə 10 il öncə evini satıb, indi isə mülkiyyətçi başqa şəxsdir. Lakin yeni mülkiyyətçinin adına borc siyahısı göndərirlər. Hətta bura qədər məlumatsızdırlar. Elektron sistemə girsək, istifadə etdiyimiz işıq, qaz və.s ilə bağlı abonent kodunu görəcəyik. Həmin kod əsasında sistemə daxil olub, ödəniş etmək mümkündür. İstilik sistemində isə bu yoxdur. Problem buradan qaynaqlanır. Müvafiq idarə yığımı həyata keçirə bilmir və söz-söhbət yaranır”.

Liqa sədrinin qənaətincə, məsələnin həlli üçün istilikdən istifadə edib-etməyən sakinlərin dəqiq siyahısı bilinməlidir. Beləliklə yalnız istilik sistemindən istifadə edən vətəndaşlar pul ödəməlidirlər:

“Xarici ölkələrdə kommunal ödənişlərlə bağlı ən çox ödənilən xərclər məhz istilik xərcləridir. Biz isə adət etmişik ki, bu xərcləri dövlət versin. Problem budur. Müəyyən islahatlar həyata keçirilməsə, xoşagəlməz hallar yenə yaşanacaq”.

Oxşar xəbərlər

Qurumun borcuna görə Bakı yenə istiliksiz qaldı
Bəzi ərazilərdə istilik mövsümü niyə gecikir? - AKTUAL
Bakıda bu tarixdən istilik sistemləri işə salınır - Rəsmi açıqlama
“Azəriqaz”dan deputatın iradlarına CAVAB
“Azəriqaz”dan Misir Mərdanovun ailəsi ilə məhkəmə çəkişməsinə açıqlama gəldi...
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
“Azəriqaz” yaxasını kənara çəkir - Öz başınıza çarə qılın
“Azəriqaz”a 100 min manat borcları olan Xətai sakinləri çıxılmaz vəziyyətdə - GİLEY
"Bəzən sayğacların göstərdikləri rəqəm istifadə olunandan 2-3 dəfə artıq göstərir" - NARAZILIQ...
Bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Xızıda  “Azərsu”  problemi… -Mühəndis neqativ halı inkar edib
Bu ərazilərdə qaz olmayacaq - SİYAHI
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
“Azəriqaz” Şəmkir sahibkarlarını müflis edib - GİLEY
AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
Nazirlik nədən VƏTƏN MÜHARİBƏSİNİ nəzərə almadı? - ETİRAZ
Bu ölkənin dövlət borcu rekord rəqəmlərə çatıb
Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb
Ermənilər indiyədək Tərtərə 15 700 top atıb
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı QƏRAR VERDİ
"Azəriqaz"da total islahatlar gözlənilir - Kimlər işsiz qalacaq?
Nazirlikdən hava xəbərdarlığı
Ceyhun Osmanlıdan məhkəməyə verilməsi ilə bağlı açıqlama
Polisdən “plyonka” xəbərdarlığı: 3 gün sonra...
"Azəriqaz”da nə baş verir? - FOTO
Bakıya yağış yağır: Hava ilə bağlı xəbərdarlıq
Dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
Onlayn dərslərə qoşulmayan şagirdləri hansı cəza gözləyir? - Nazirlikdən AÇIQLAMA