“Arkoz Holdnq”in Babək rayon Nehrəm qəsəbəsindəki daş sexində çalışan fəhlələri dörd gündür tətil edir. Buna səbəb, rəhbərliyin onları ağır şərtlər altında yeni əmək müqaviləsi bağlamağa məcbur etməsidir. Təklif olunan yeni müqaviləyə əsasən 5 günlük iş rejimi 6 günlə əvəzlənir, gündəlik iş saatı isə, səkkizdən doqquza qaldırılır. Bunun qarşılığında maaşlara heç bir əlavə nəzərdə tutulmur. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a tətil edən fəhlələr məlumat verib. Məcburi müqavilə rayonun Tumbul kəndindəki daş sexinin fəhlələrinə də təklif olunur. Növbəti günlərdə onların da tətilə qoşulacağı gözlənilir.
Şikayətçilərdən B. Ağayev deyir ki, onlar əvvəllər də şənbə günləri pulsuz, yəni qul kimi işləməyə məcbur ediliblər. Bu müavilədə nəzərdə tutulmadığından, fəhlələrlə rəhbərlik arasında tez-yez mübahisələr yaranırmış. Onun fikrincə, yeni müqaviləyə imza atdırmaqla, rəhbərlik „qul əməyi“ni qanuniləşdirib, mübahisələrə son qoymaq istəyir:
“Indiyə kimi həftə içi saat 9-dan 18-ə kimi, yəni həftəlik 40 saat işləyib, şənbə və bazar günləri isə istirahət ediblər. Bəzi hallarda şənbə günü işləməyə məcbur edirdilər. Bu zaman narazılıqlar yaranırdı. Çünki, artıq işlədiyimiz saatlar üçün bizə maaş yazmırdılar. İndi şirkət bunu müqavilədə əks etdirib, qanuniləşdirərək məsuliyyətdən uzaq olmaq istəyir. Sex rəisi Vüsət Bağırov bizi təhdid edir ki, müqaviləni imzalayaq. Bu isə, əmək məcəlləsinə ziddir. Biz də buna etiraz olaraq, tətilə başlamışıq“.
Tumbuldakı daş sexində fəhlə işləyən A. Qasımov deyir ki, baş verən qanunsuzluqla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsələr də, onlardan hələ də səs çıxmayıb:
“Axı, biz qul deyilik. Əmək Məcəlləsi var. Bizim də istirahət hüququmuz var. 6 ay idi ki, hər şey normal qaydada gedirdi. İndi gəliblər ki, yenidən müqavilə bağlayacağıq, siz hər gün bir saat artıq, üstəlik şənbə günləri də işləyəcəksiniz, maaşlarınız da artmayacaq, etiraz edənlər də işdən çıxarılacaq. Artıq, bəziləri təhdidlərə tab gətirməyib, yeni müqaviləni imzalayıb. Biz isə, axıra kimi gedəcəyik. Tələbimiz qəbul olunmasa, Nehrəmdəki tətilçilərə qoşulmaq fikrimiz var. Bəs, prezidentin işçi hüquqlarının qorunması ilə bağlı fərman və göstərişləri necə olacaq? Belə çıxır ki, bizim rəhbərlik prezidenti saya almır”.
Məsələyə münasibət öyrənmək üçün „Arkoz Holdng“lə əlaqə saxlasaq da, burada fəhlələrin iddialarına cavab vermək istəmədilər.
Naxçıvanda qul əməyinə İŞÇİ ETİRAZI - Vasif Talıbovdan sonra...
26
may
10:23

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Arkoz Holdinq”in fəhlələrinin tətil etdikləri deyilir: “Axı biz qul deyilik”
Naxçıvanda yüzlərlə fəhlə İŞİ DAYANDIRDI: TƏTİL QƏRARI... - üç aydır maaşlarının verilməməsinə etiraz edirlər
Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...
Azərbaycanda 5 günlük bayram tətili başlayıb
Naxçıvan Vasif Talıbovdan sonra... AĞ GÜNƏ ÇIXDIMI?
Azərbaycanda 5 günlük bayram tətili başladı
“Təmiz Qaz”da ƏMƏKHAQQI ÜSYANI... - işçilərin maaşını kəsirlər?
"Bahar Enerji"də RƏSMİ ÖZBAŞINALIQ - İLGİNC
İbtidailər və məktəbəhazırlıq qrupları üçün 5 günlük tətil başladı
Yunanıstanda mətbuat işçiləri tətilə başladılar
Nehrəmdəki qəzanı ÖRT-BASDIR EDİRLƏR... - GİLEY
“Yeni il”də neçə gün iş olmayacaq?
Naxçıvan səhiyyəsini də BAZARA ÇEVİRDİLƏR... - Vətəndaş CANA DOYUB
Naxçıvanda mətbuat işçiləri MAAŞLARINI ALA BİLMİR - NARAZILIQ VAR!
Naxçıvan səhiyyəsinə NƏLƏR BAŞ VERİR - Yeni həbslər OLACAQ
Naxçıvan yenidən BLOKADAYA DÜŞÜB... - Camaat NARAZILIQ EDİR...
Xərçəng xəstəsi olan Vasif Talıbovun DURUMU AĞIRLAŞIB: Oğlu infarkt keçirdi... - İSTEFA VERƏNDƏN SONRA...
Bayram tətili başa çatır, sabahdan iş başlayır
Vasif Talıbovdan sonra BAHALAŞMA - keçmiş ortaqları XAN DÖVRÜNƏ şükür oxutdurur
Naxçıvan polisində KÜTLƏVİ İXTİSAR... - Süleyman Neymətovun YENİ TAKTİKASI...
40 il sonra ilk: “New York Times” əməkdaşları tətilə çıxdı
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
Naxçıvan Dövlət İmtahan Mərkəzi imtahan sualının birini 60 MANATA SATIB - ŞOK QALMAQAL
Sabahdan 4 günlük tətil başlayır
Bu ölkə 4 günlük iş sisteminə keçdi - İşçi gün ərzində neçə saat işləyəcək?
Məktəbəhazırlıq və ibtidai sinif şagirdləri üçün tətil günləri AÇIQLANDI
Vasif Talıbova məxsus şirkətlərin yeni sahibi bu şəxs oldu - Foto
Naxçıvan Doğum Mərkəzində ACINACAQLI MƏNZƏRƏ - Vətəndaş NƏ ETSİN?
Prezidentə müraciət edən Xalq artistinin problemi həll edildi
Naxçıvanda müəllimlərlə direktor arasında QALMAQAL
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Tokio aeroportunda 2 təyyarə toqquşub
- Böyük Britaniyanın keçmiş baş naziri Conson parlamentdən istefa verdi
- Türkiyədə 2 bələdiyyə işçisi bir-birini güllələdi
- Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
- Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
- Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
- Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar
- Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib