“Fransanın beynəlxalq nüfuzu da təhlükə altındadır” - Ukraynalı ekspert
30-11-2020, 19:11
79

“Fransanın beynəlxalq nüfuzu da təhlükə altındadır” - Ukraynalı ekspert

"Ukrayna birmənalı olaraq, Fransa Senatının bu cür qanunazidd hərəkətlərini pisləyir, hərçənd ki, bu qətnamə tövsiyə xarakteri daşıyır".
Bu barədə Ukrayna Politoloqlar Assosiasiyanın eksperti Rinat Kovbasyuk bildirib.
Ekspert “Arsax”ın dırnaqarası müstəqilliyinin hətta Ermənistan tərəfindən tanınmadığı halda, Fransa onu tanımağa cəhd göstərməsinin başa düşülməz hal olduğunu vurğulayıb:
"Mənə elə gəlir ki, dünya alt-üst olub və hər şey nə isə həddini aşıb. Fikrimcə, yəqin ki, Fransa heç bir qondarma “Arsax”ı tanımayacaq, lakin beynəlxalq hüququ pozmaq üçün onların dəqiq siqnal vermələri bəllidir. Azərbaycana mənsub olan ərazilər üçün həyəcan keçirməzdən əvvəl, mən fransızlara Korsikanın müstəqilliyini tanımaqları barədə düşünməyi, yaxud da əgər ispanlar basklara sərbəstlik verməyə tələsmirlərsə, o halda etnik ərazini basklara verməyi təklif edərdim. Hələ bretonlar, Fransa Qvianası və Fransa Polineziyası da var. Bəlkə yerli əhali arasında “cavabsız qalan fəryadlara” qulaq asmaq vaxtıdır? Suveren Azərbaycanın beynəlxalq birlik tərəfindən rəsmi şəkildə tanınmış sərhədlərini kobud şəkildə pozmağa cəhd göstərmək əvəzinə, bəlkə özünün keçmiş müstəmləkələrini azadlığa buraxmaq zamanıdır? Əgər hər bir dövlət buna əsas olmadan digər dövlətin suveren ərazisinin bir hissəsini tanıyarsa, o halda biz haraya gedib çıxarıq və nə əldə etmiş olarıq!”.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu bu münaqişəni həll etməyə cəhd də göstərməyib və indi, böyük dövlətlərin 30 il ərzində edə bilmədiklərini Azərbaycan əsgərinin bir ay ərzində həll etdiyi bir vaxtda münaqişənin moderatorlarından biri və eyni zamanda, Minsk qrupunun həmsədri olan ölkənin birdən-birə ermənilərin tərəfini tutması qəbuledilməzdir. Axı hakim münaqişənin iştirakçısı ola bilməz, onun vəzifəsi tərəflərdən birinə kömək etmək yox, münaqişəni çözməkdir.
Ukraynalı ekspert sonda deyib: “Axı indi təkcə Bakı və Parisin münasibətləri deyil, Fransanın özünün beynəlxalq nüfuzu da təhlükə altındadır. Belə çıxır ki, fransalı diplomatlar 30 il ərzində guya bu münaqişəni həll etməyə cəhd göstərdiklərini deməklə beynəlxalq birliyi aldadıblar, lakin indi məlum oldu ki, onların yeganə variantı erməni separatçılarını tanımaqdan ibarət imiş.
Dostlar, sizə elə gəlmirmi ki, indən belə “Fransaya aid” sözü yaxşı keyfiyyət və misilsiz nüfuz simvolu olmayacaq? Axı məlumdur ki, nüfuzu uzun illər ərzində qazanmaq lazımdır, onu itirmək isə çox asandır. Beləliklə, bir daha düşünmək Fransa XİN üçün pis olmazdı!”. (Azərtac)

Oxşar xəbərlər

Fransa XİN Senatın qərarına münasibət bildirib
Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Səfirlik qarşısında etiraz aksiyası keçirilib: “Fransa, ATƏT-dən rədd ol!” - Video
Səudiyyə Ərəbistanında Fransa konsulluğuna hücum edildi
Rəsmi Ankaradan Fransa senatının qətnaməsinə REAKSİYA
"Fransa ilə bütün əlaqələrə son qoyulsun" - deputatdan TƏKLİF
“Fransa rəhbərliyi erməni təbliğatının fiquru olmağı dayandırmalıdır” - Amerikalı ekspert
Fransa səfirliyinin qarşısında piket keçirilib - Fotolar
Dünya çempionu koronavirusa yoluxdu
“Fransanın həmsədr kimi fəaliyyətinə son qoyulmlıdır” - Deputat
Fransa səfirliyindən Rusiyaya müraciət
“Yerevandakı hakimiyyət bu insanlardan canlı sipər kimi istifadə edir” - Ukraynalı ekspert
“Fransa rədd olmalıdır, Azərbaycan üçün ATƏT-in Minsk Qrupu Bakı və Ankaradır” - Millət vəkili
Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı
Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü
Qətərdə Fransa malları boykot edilir
Fransa klubunda koronavirusa yoluxanların sayı artıb
“Üçtərəfli bəyanatı tormozlamağa çalışanlar var” - Rusiyalı ekspert
“Onlar erməni diasporunun tam təsiri altında bunu edirlər” - Natali Qule
Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər
Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir
Alən Uper Fransa Senatının prezidentinə çağırış edib
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
MM-in Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı - TAM MƏTN
Azərbaycan XİN Fransa XİN rəhbərinin bəyanatına cavab verdi
“Balaca qızı qətlə yetirmiş canini sülh danışıqlarına çağırmağın nə mənası var?” - Ukraynalı ekspert
Fransa Türkiyənin boykot çağırışına cavab verib - Parisdən GERİYƏ ADDIM
Bu ölkə Azərbaycanı itirə bilər: - “Ya bizdən üzr istəməlidir, ya da…”
Fransa vətəndaşı Qarabağda Azərbaycana qarşı vuruşur - Foto
“Makronun ağılsız açıqlamaları onun təcrübəsiz olduğunu göstərir“ - İran rəsmisi