Karantin rejimi uzadılacaq - Prezident açıqladı
17-04-2020, 17:43
192

Karantin rejimi uzadılacaq - Prezident açıqladı

"Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulub. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir".
 
Bu sözləri Prezident İlham Əliyev iki nazirlə videobağlantı formatında keçirilən iclasda deyib.
 
Dövlət başçısı bildirib ki, bu dinamika dayanıqlı olmalıdır: "Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır". 
 
Prezident daha sonra karantin rejimi ilə bağlı nazirlərə tapşırıq verib:
 
"Nəzərə alsaq ki, karantin rejimi uzadılacaq. Karantin rejimindən də çıxış da gərək bəri başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm. Biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik. Bunun hansı formada olacağını gərək hökumət, nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm ki, uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.
 
Məni indiki vəziyyətlə bağlı ən çox narahat edən insanların sağlamlığıdır. Bizim həkimlər əllərindən gələni edirlər ki, insanlara köməklik göstərilsin. Səhiyyə sistemimiz böyük sınaq qarşısındadır. Səhiyyə sistemimizin çökməməsi onunla bağlıdır ki, xəstəliyin yayılma sürətini nəzarətdə saxlaya bildik".

Oxşar xəbərlər

Karantin rejimi yenidən uzadılır - Diqqət
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Sentyabrın 1-dən "mall"lar açılır - Açıqlama
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Azərbaycanda karantin rejimi ləğv edilir? - TƏBİB-dən açıqlama
Bu kəndlərdə nəinki internet, telefon xətti də yoxdur - VİDEO
Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? (VİDEO)
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi
Bakının bu ərazilərində polis postları götürüldü
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bu gün ünvanlı dövlət sosial yardım ödənişləri veriləcək
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Azərbaycanda karantin rejiminin yumşaldılmasının məqsədi açıqlandı - RƏSMİ
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
AXCP üzvünə inzibati həbs cəzası verilib
Azərbaycanda 10 partiya bir araya gələ bilmədi - Səbəb koronavirusdur, yoxsa...
“Operativ Qərargah tam tərkibdə istefaya getməlidir” – Sərt mövqe
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Adil Əliyev karantin qaydalarını pozan səlahiyyətli şəxslərdən danışdı
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
ÜST-ün karantin rejimlərinin ləğvi ilə bağlı açıqlaması təhrif edilib
Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN