MŞ və Amaşov ətrafında həlqə daralır -sunami irəlidədir
20-04-2020, 12:00
251

MŞ və Amaşov ətrafında həlqə daralır -sunami irəlidədir

Dərd gələndə batmanla gəlir. Hələ “sevinməli” haldır ki, buna tufanqabağı sükut da demək olar. Qabaqdakı günlərdə daha böyük fırtınalar qopması qaçılmazdır.

***

Prezidentin keçmiş köməkçisi, müstəqil medianın qənimi Əli Həsənovun ətrafında daralan həlqə yuxarıdakı mənzərənin leytmotividir.
Əvvəlcə, Ə.Həsənova aid “Kaspi” qəzeti bağlanır, sonra “Xəzər” TV əlindən alınaraq oğlu rəhbər postdan azad edilir, sonra KİVDF-nin icraçı direktoru olan “qırğı”sı Vüqar Səfərli qurumdan uzaqlaşdırılır və barəsində araşdırmalar başlanır və…çox çəkmir ki, aprelin 16-da “Bandotdel”in keçirdiyi əməliyyatla Ə.Həsənova yaxınlığı ilə tanınan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, azadinforum.az saytının rəhbəri, Binəqədinin bələdiyyə sədri Niyaz Niftiyev saxlanılır.
O, karantin rejimi dövründə müxtəlif şəxslərə dükan-bazarda işləmək üçün saxta arayışlar verməkdə ittiham edilir. Bu, prosesin başlanğıcıdır və sunami irəlidədir.
Çünki gedişat və məntiq növbənin Mətbuat Şurasının sədri Əflatun Amaşova çatdığını göstərir. Hətta Mətbuat Şurasının bir qurum olaraq demontajı istisna edilmir.
Bu struktur mahiyyətini tamamilə itirib və jurnalistikanın heç vaxt dərdini çəkməyib.
MŞ bu illər ərzində yüksək vəzifəli məmurların, icra başçılarının ruporu, qahmarçısı rolunu oynayıb.
Tənqidçi medianın sıxma-boğmaya, gözümçıxdıya salınması, sözlərinə baxmayan, xoşlarına gəlməyən elektron KİV-lərin “qara siyahı”ya daxil edilməsi, “reket dəftəri”nə istədikləri saytların əlavə olunması, müxtəlif portalların bloklanması məhz Mətbuat Şurasının və onun rəhbərliyinin səyləri nəticəsində baş verirdi.
Ola bilsin ki, Ə.Amaşov media ilə sıx yaxınlığı, 90-cı illərdən jurnalistləri tanıması səbəbindən ətrafındakılarla müqayisədə daha ehtiyatlı davranırdı, çıxışlarını korrekt edirdi.
Yəni, Amaşovu idarə edənlər və onun çevrəsindəkilər onu vabank getməyə, tarana doğru irəliləməyə vadar elədilər.
Hakimiyyətin Göbbelsi olmuş Ə.Həsənovun və MŞ-dakı bəzi “kapitan”ların diktəsi ilə Amaşov mediada çoxunu özünə düşmən elədi, ayrı – seçkiliyə yol verdi, bu günün sabahını fikirləşmədi.
Buyurun, Həsənov yox, Səfərli təftiş edilir, Amaşov prosesin məntiqi ardıcıllığının triosunu tamamlayır.
***
MŞ sədrinin aqibətinin bundan sonra necə olacağını proqnozlaşdırmaq çətindir.
Onun son parlament seçkilərinə də buraxılmaması göstərirdi ki, Amaşov “vurulub” və himayəçisi olan “Böyük Qardaş” artıq yoxdur.
İndisə vəziyyət dramatikləşib – İdarə Heyətinin bir üzvü həbs edilib, KİVDF-dəki yeyintilər yoxlanır, Həsənov özünə “sığınacaq” axtarır və bu vəziyyətdə Amaşovu müdafiə edəcək jurnalist dostu da azalmaqdadır.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, Həsənov-Səfərli-Amaşov triosunun əzəli düşməni olan Arif Əliyevin də açıq mətnlə “Evdə qal, Əli Həsənov” başlığı ilə yazdığı məqalə hər üç şəxslə bağlı situasiyanın ürəkaçan olmadığını deməyə əsas verir.
Görünür ki, islahatlar dalğası mətbuat siyasətinə də çatıb və media mafiozları, məmurları qoruyan “əllər” kəsilmək üzrədir.
Amaşovun indi düşünmək üçün daha çox vaxtı var – Mətbuat Şurası hansı jurnalistləri məmurların ayağına verib, neçə-neçə saytlara blok qoydurub, hansı baş redaktorlara məmurlarla bağlı tənqidlərə görə təzyiqlər göstəriblər, MŞ-ın iclasına çağırıb əsassız yerə jurnalistlərə xəbərdarlıq ediblər… – heç nə unudulmur.
KİVDF və Mətbuat Şurası kimi qurumlar yarandıqları gündən müstəqil media üzərində nəzarət funksiyası olmadığı kimsəyə sirr deyil.
Belə ki, KİV DF ən yaxşı halda hər 6 aydan bir maliyyə ayrıdığı 20-25 qəzet üzərində “hökmranlıq” edə bilər.
Mətbuat Şurasının funksiyası isə ya hansısa məmurlarla müxtəlif saytlar arasında vasitəçilik etmək, ya da ipə-sapa yatmayan saytları “qara siyashı”ya salmaq və onlar barəsində dövlət qurumlarına şikayət etməklə məhdudlaşıb.
Həsənovun “vurulması”ndan sonra media sahəsində heç bir müsbət dəyişiklik həyata keçirilməməsi də məhz bu iki qurumun – KİV DF və Mətbuat Şurasının mövcudluğu ilə bağlıdır.
Ən azı ona görə ki, bu iki qurumun rəhbərliyi vaxtilə Əli Həsənovun sadiq “əsgərləri” və onun media siyasətinin icraçıları olub.
Onlar bu gün də həmin siyasəti davam etdirdiyindən, ölkədə media sahəsində heç bir dəyişiklik həyata keçirmək mümkün deyil…(anaxeber.info)

Oxşar xəbərlər

Daha bir media Əli Həsənovdan alındı
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Əli Həsənov daha bir media rıçaqını itirir
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Əli Həsənov və əlaltıları həbs edilə bilər
“Vüqar Səfərli ayaq yoluna gedəndə bəzi baş redaktorlar qapının arxasında növbəyə dururdular…”
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Əli Həsənov mediadan birdəfəlik gedir
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
AXCP üzvünə inzibati həbs cəzası verilib
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Əli Həsənovun oğlunun yenicə pöhrələnən korrupsiyası..
Hikmət Hacıyev Türkiyədə səfərdədir
Əli Həsənov hökuməti belə aldadırmış
Lukaşenko ABŞ və Avropanı ittiham edib
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol
“Günay Sığorta”da yeni TƏYİNAT
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən açıqlamalar
“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum
Əli Həsənovun həyat yoldaşının qəzeti də BAĞLANDI
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
Əli Həsənov ANS-i də “almaq” istəyirdi! - ANS TV-nin rəsmisindən ŞOK İTTİHAM