“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”
20-04-2020, 20:00
250

“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”

“Cari ilin 3 ayının yekunları ilə bağlı müşavirədə dövlət başçısı proqram xarakterli çıxış etdi və müvafiq tapşırıqlar verdi. Həmçinin bu müşavirədə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın daxili siyasi gündəliyinə, o cümlədən, xarici siyasətinə aid olan məsələlər ətraflı şəkildə izah olundu”.

APA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-nin "Həftə" proqramında deyib.

“Bu xüsusda dövlətimizin başçısı tərəfindən qeyd edildi ki, Azərbaycanın daxili siyasi həyatında yeni siyasi konfiqurasiyaya qədəm qoyuruq. Yeni siyasi konfiqurasiyadakı münasibətlər bilavasitə Azərbaycan hökuməti tərəfindən ölkəmizin siyasi səhnəsindəki əsas siyasi partiyalarla - hansılar ki, konstruktiv dialoqa hazırdır - onlarla yeni müstəvidə dialoqların qurulmasından ibarətdir”, - deyə o bildirib.

H. Hacıyev qeyd edib ki, ümumiyyətlə, demokratik inkişaf Azərbaycan hökumətinin və Azərbaycan xalqının şüurlu seçimidir: “Azərbaycan Respublikası demokratik inkişaf prosesinə hər hansı xarici alqış və yaxud rəğbət prinsipi ilə yanaşmır. Bu, ilk növbədə Azərbaycan xalqının mənafeyinə, ölkəmizin maraqlarına xidmət edən prosesdir. Bu prosesdə də təqdirəlayiq haldır ki, əksər siyasi partiyalar bunu yüksək qiymətləndirdi. Ancaq yenə də təəssüflə qeyd etməliyik ki, bəzi marginal siyasi qüvvələr var ki, hələ də 90-cı illərin əvvəllərindəki siyasi abı-havadan çıxa bilməyib, hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir. Həmin dövr üçün arxiv materiallarına, diplomatik yazışmalara baxsaq, bu insanlar Azərbaycanın daxili siyasi gündəliyinə aid olan məsələlərin həllini burada yox, həmişə xaricdə axtarıblar. O həmin insanlardır ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin xarici diplomatik nümayəndəliklərinin birinci katiblərindən, attaşelərindən təlimatlar alırdılar və bunu özləri üçün rəhbər prinsip kimi müəyyən edirdilər, bu diqtələrlə siyasətlərini həyata keçirirdilər. Ona görə də xarici asılılıq və müstəmləkə təfəkkürü bu insanların hələ də düşüncə tərzinə hakimdir. Buna görə də ölkəmizin əldə etdiyi uğurları, həmçinin, ən çətin şəraitlərdə ölkəmizin bu çətinliklərin öhdəsindən gəlməsi onları narahat etməkdə davam edir. Amma onlar Azərbaycanın siyasi səhnəsində marginal qüvvələrdirlər. Azərbaycan xalqının və hökumətinin birliyi, eyni zamanda ölkəmizin bütün sahələrdə olduğu kimi, siyasi sahədəki islahatlar və inkişaf prosesi hər kəsin gözü qarşısındadır və ölkəmizin davamlı inkişafını təmin edən amillərdir".

Oxşar xəbərlər

Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Əli Həsənov da vəzifəsindən azad edilir
Hikmət Hacıyev: "Vaksin bazara çıxarılan kimi alınıb gətiriləcək"
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
Prezidentinin köməkçisi KİVDF rəhbərliyi ilə görüşür – Ev bölgüsü müzakirə olunacaq
“Yoluxma rəqəmləri təzədən arta bilər” - Hikmət Hacıyev
Prezidentin köməkçisi: “Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir”
"Facebook" siyasi reklamlara icazə verməyəcək
Lukaşenko təcili Təhlükəsizlik Şurasının iclasını çağırdı
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Metronun açılması ilə bağlı məsələyə sentyabrın 15-nə qədər yenidən baxılacaq
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
Ticarət mərkəzləri nə zaman açılacaq? - AÇIQLAMA
Prezidentin köməkçisi: “Kifayət qədər resurslarımız var”
Hikmət Hacıyev Türkiyədə səfərdədir
Əli Həsənov: “Söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz”
Hikmət Hacıyevlə Ramil Usubov Serbiyanın Baş Nazirinin müavini ilə görüşüb –Fotolar
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilə bilər
Neft erası başa çatır: “Azərbaycan üçün çətin dönəm…” - TƏHLİL
Müxtəlif ölkələrlə aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb
Bakı metrosunda gediş haqları qaldırılacaq? - AÇIQLAMA
Ermənistanın bu addımı müharibə deməkdir – Manasyan
Valideynlərin bir qismi məktəblərin açılacağından narahatdır