Bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib
21-04-2020, 13:30
194

Bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın və bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib.
Bu barədə məlumatı Milli Məclisin vitse spikeri Adil Əliyev öz "Facebook" səhifəsində yayıb.
A.Əliyev bildirib ki, Milli Məclisdə say etibarilə müstəqil millət vəkilləri hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci böyük qrupdur:
"Ona görə də parlament sədrinin müavini vəzifəsində müstəqil millət vəkillərinin təmsilçisi olaraq öz aramızda fikir mübadiləsinin aparılmasına önəm verirəm.
İclas olduqca məhsuldar keçdi. Müstəqil namizədlər gündəmin mövzuları ətrafında çıxışlar etdilər, təkliflərini verdilər. Ümumiyyətlə, bu iclas parlamentin tarixində bir ilkdir. Prezident İlham Əliyev Milli Məclisdəki son çıxışında müstəqil və müxalif millət vəkillərinin də parlamentin idarə edilməsində rol oynamasının vacibliyini vurğulamışdı. Bizim bugünkü onlayn iclasımız dövlət başçısının elan etdiyi siyasi kursa uyğundur.
Əlbəttə ki, onlayn iclasda haqqında danışdığımız əsas mövzu ölkəmizdə koronavirusla aparılan mübarizə tədbirləri idi. Bəşəriyyət və ölkəmiz koronavirusla mübarizəni davam etdirir. Biz indiki mərhələdə təhlükədən sovuşduq. Virusa yoluxanların sayı azalır, sağalanların sayı isə getdikcə artır. Bu uğurlu gedişatdır, müsbət tendensiyadan xəbər verir. Prezidentimizin və dövlətimizin son iki ayda apardığı siyasət, atılan qətiyyətli addımlar Azərbaycanı başqa ölkələrin üzləşdiyi çətinliklərdən sığortaladı. Hamıya aydındır ki, ciddi tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan bu sınaqdan üzüağ çıxmaqdadır. Bu vəziyyət bizə imkan verir ki, yaxın günlərdə karantindən mərhələli şəkildə çıxmağa başlayaq. Müstəqil millət vəkilləri kimi, biz də karantindən tədricən çıxmağın tərəfdarıyıq".

Oxşar xəbərlər

Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM
Moldova parlamentinin deputatları karantinə alındı
Milli Məclisdə yer DAVASI - Deputat cəzalandırıldı
Azərbaycan Kikboksinq Federasiyasına yeni prezident seçildi
Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı
MSK-ya yeni üzv təyin edildi
65 yaşdan yuxarı deputatların bir qismi iclasa gəlmədi
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
MSK ilə bağlı yenilik GÖZLƏNİLİR
Deputatlar bir-birindən iki metr aralıda əyləşəcəklər!
İTV Paşayevanı efirə çağırdı, Cəbrayılova söz atdı
Səfa Mirzəyev şöbə müdirlərini toplayır – Rəhbərliyə təqdim edəcək
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
Təhsil naziri məktəblərin açılmasından danışdı
Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır — Deputatlar nəyi müzakirə edəcək?
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Milli Məclisin iclası iyulin 5-ə qədər təxirə salındı - Parlamentdə koronavirus təhlükəsi...
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
İlham Əliyev Türkiyə millət vəkilini mükafatlandırdı
Milli Məclis tarixində ilk
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Milli Məclisin deputatlarına tapança verilib?
Kamran Əliyev parlamentin iclasında: “Baş Prokurorluq cinayətkarlığa qarşı mübarizəni gücləndirəcək”
DYP deputata cavab verdi: Videokameralara baxış keçiriləcək
İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı - FOTO
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Krediti olanlara 3 ay möhlət verildi - Milli Məclis