"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"
23-04-2020, 19:00
153

"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"

Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
C.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti bu prosesi birbaşa öz nəzarətinə götürdü:
"Prezident İlham Əliyev pandemiyanın əhaliyə təsirinin minimum endirilməsi istiqamətində ciddi qərarlar qəbul etdi. Dövlət başçısının tapşırığına əsasən, virusun əhaliyə təsirlərinin azaldılması məqsədilə sosial yardım paketləri hazırlandı. Birinci mərhələdə 200 mindən artıq insan bu imkandan yararlandı. Növbəti mərhələdə pandemiyadan zərər görən işsiz vətəndaşlara verilən 190 manat yardımın 600 min insana şamil edilməsi barədə qərar qəbul edildi".
Deputat vurğulayıb ki, eyni zamanda, elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən edildi:
"Koronavirusla mübarizədə xüsusi rol oynayan qurumların əməkdaşlarının əməyi nəzərdən qaçmadı. Prezidentin sərəncamı ilə tibb işçilərinin aylıq vəzifə maaşına 3-5 mislinədək müddətli əlavə müəyyən edildi. Həmçinin xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edildi".
Millət vəkili bildirib ki, bu dövrdə həbsdə olan yaşlı ölkə vətəndaşları da diqqətdən kənarda qalmadı:
"Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv etdi. Bu, bir çox ailənin sevincinə səbəb oldu. Bütün bu qərar və addımlar Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına verdiyi önəmin, diqqət və qayğının göstəricisidir. Bu, onu göstərir ki, ölkə rəhbərliyi bu prosesdən əziyyət çəkən insanlara maddi və mənəvi dəstək məqsədilə gərəkən bütün addımları atır, hər bir məsələni ciddi nəzarətində saxlayır".
C.Məmmədov əlavə edib ki, dövlət ilk gündən bəyan etdiyi kimi, hər bir vətəndaşının yanındadır və onun qayğısı hər kəsi əhatə edir:
"Bu onu göstərdi ki, bir çox məsələlərdə olduğu kimi, bu prosesdə də Azərbaycan Prezidenti nümunəvi model ortaya qoydu. Prezident İlham Əliyevin güclü iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu prosesdən də uğurla çıxdı. Bu gün bir sıra dövlətlər Azərbaycan modelindən bəhs edir, onu öz ölkələrində tətbiq etməyə çalışırlar".

Oxşar xəbərlər

"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
"Vergi güzəştləri hətta bir neçə il sonrakı dövrləri əhatə edəcək"
Toy və nişan mərasimləri keçirilə bilər
Deputat: "Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır"
Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb
Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı
190 manatlıq yardım prosesi niyə uzanır?
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Muzdlu işçilərə II maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanılıb
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
"Bütün proseslər göstərdi ki, Azərbaycan real və effektiv iş qurub"
Kasıblara qəpik-quruş, zənginlərə milyardlar
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Novruz Məmmədov Baş Nazir vəzifəsindən azad edilməsi ilə bağlı müraciət edib
Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi - FOTOLAR
Tramp Türkiyəni sanksiyalarla hədələyib
190 manatlıq ödəmə maydan sonra da veriləcək? - Nazir müavini açıqladı
"Pensiyalar artacaq" - Nazir
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Deputatdan ünvanlı sosial yardımla bağlı TƏKLİFLƏR
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı
“Sadə xalqın üzərinə bu qədər getmək olmaz”
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
“Xəyanətkar qüvvələrə Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin”