Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
29-04-2020, 21:00
174

Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir

"Azərbaycanda əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Bu gün yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində də Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin əyani göstəricisidir".
Bu fikirləri Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi sosial sferanı əhatə edir. Belə ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq insanların sağlamlığını, sosial müdafiəsini təmin etmək, iş yerlərini, əməkhaqlarını qorumaq məqsədilə operativ tədbirlər görülür.
Millət vəkilinin sözlərinə görə, respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan sosial məzmunlu tədbirlərin miqyası kifayət qədər genişdir. Dövlət bu məqsədlə böyük həcmlərdə maliyyə vəsaiti ayırır. Prezident İlham Əliyev bəyan edib ki, bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Dövlət başçısı bugünlərdə bir daha qeyd etdi ki, heç bir sosial proqram, sosial layihə təxirə salınmayacaq.
"Hazırda pandemiya şəraitində biz sosial proqlarmların daha da genişləndirilməsinin şahidiyik. Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir və qayğıya ehtiyacı olan bütün insanlar müvafiq dəstək proqramlarından bəhrələnirlər. Respublikamız həyatımıza bir sıra çətinliklər gətirən pandemiya şəraitində də özünün bu siyasətinə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev ölkədə pandemiya şəraitində həssas qruplardan olan insanların sosial müdafiəsini ən mühüm məsələlərdən biri kimi qarşıya qoyub. Dövlət başçısı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə söylədiyi nitqində bununla bağlı qəti mövqeyini bildirərək deyib: "Həssas təbəqənin qorunması, hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik". 
Respublikamızda pandemiya şəraitində digər istiqamətlərdə olduğu kimi, əhalinin həssas qruplarının sosial müdafiəsinin təmin edilməsi məqsədilə reallaşdırılan tədbirlərin də əhatə dairəsi kifayət qədər genişdir. Bu barədə rəsmi məlumatlar ictimaiyyətə mütəmadi olaraq çatdırılır. Əsas məqam odur ki, bu məsələdə vətəndaşlarımız birlik və həmrəylik nümayiş etdirir, dövlətimizin atdığı addımları dəstəkləyirlər. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanların cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çoxsaylı minnətdarlıq məktubları da bunu təsdiqləyir. Bütün bu faktlar göstərir ki, hazırkı şəraitdə dövlətimizin düşünülmüş siyasəti və milli birliyimiz bu çətin sınaqdan uğurla çıxmağımıza başlıca vəsilə olacaq", - deyə, S.Fətəliyeva vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
Sosial dövlətin Azərbaycan modeli
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Azərbaycan ilk dəfə Asiya Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunacaq
Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi - FOTOLAR
“Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur”
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
“Yeni əfv siyahısı Prezidentə təqdim ediləcək” - MÜJDƏ
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
Azərbaycana ağır koronavirus xəstələri üçün oksigen konsentratorları gətirilib
"Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar" - deputat
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Rüşvətxor və korrupsionerlərin “qara günləri” başlayır
"Bütün proseslər göstərdi ki, Azərbaycan real və effektiv iş qurub"
"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
ÜST-dən Azərbaycana növbəti dəstək
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto
“İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır”
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
Əli Əhmədov: "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub"
Milli Məclis tarixində ilk
"Bakcell" adı hallanan toyla bağlı MƏLUMAT YAYDI
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı