Novruz Məmmədov nazirləri topladı
24-09-2019, 09:30
10 308

Novruz Məmmədov nazirləri topladı

Sentyabrın 23-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. 
Nazirlər Kabinetindən Unikal.org-a verilən məlumata görə, iclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib. 
Bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunacaq.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıma və inkişafa əsaslanan iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun prioritetliyini təmin edən dayanıqlı icmal büdcənin və dövlət büdcəsinin hazırlanmasını qarşımıza qoyulan əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin ortamüddətli büdcə və maliyə sistemi, sosial-iqtisadi inkişaf proqnozları, qəbul edilmiş dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə gələn il və sonrakı üç il üzrə makro-iqtisadi proqnoz göstəriciləri, gözlənilən iqtisadi meyillər də nəzərə alınmaqla hazırlanıb. “Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir çağırışlara cavab verən uğurlu sosial-iqtisadi siyasət qarşıdakı ildə də davam etdiriləcək, nəzərdə tutulan hədəflərə nail olunması ilə ölkəmizin davamlı inkişafı təmin ediləcək”,- deyə Baş Nazir vurğulayıb.
Baş Nazir bildirib ki, dünya iqtisadiyyatında geriləmələrin müşahidə olunduğu bir vaxtda ölkəmizdə 2020-ci ildə ümumi daxili məhsulun həcminin 82,7 milyard manatdan çox, real artımın 2,4 faiz, qeyri-neft sektorunda artımın isə 3,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Müzakirəyə təqdim olunan sənədlər iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin möhkəmləndirilməsinə, əhalinin sosial rifahının, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilib. Növbəti ildə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, təhsil islahatlarının davam etdirilməsi, elektrik təchizatı, icməli su, qaz və kanalizasiya sistemlərinin və yol tikintisinin maliyyələşdirilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda layihədə kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunması, aqrar sektora dövlət qayğısının artırılması və investisiya layihələrinin prioritetləşmə prinsiplərinə uyğun maliyyələşdirilməsi nəzərdə tutulur. 2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ümumi daxili məhsulun 29,1 faizini, xərclərin isə 30,9 faizini təşkil edəcəyi, büdcə kəsirinin ümumi daxili məhsulun 1,4 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda, gələn il üzrə icmal büdcənin gəlirlərinin 27,6 milyard, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənilir.
Sonra Maliyyə naziri Samir Şərifovun və İqtisadiyyat naziri Şahin Mustafayevin gündəlikdəki məsələ ilə bağlı məruzələri dinlənilib. İclasda mövzu ilə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

Oxşar xəbərlər

Novruz Məmmədov Baş Nazir vəzifəsindən azad edilməsi ilə bağlı müraciət edib
Nazirlər parlamentə toplaşacaq
Baş nazir Novruz Məmmədovdan ŞOK AÇIQLAMA: "Yalan danışmışam"
Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib - YENİLƏNİB
Hazırda dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
2020-ci il dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunur
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
İlham Əliyev Qusarla bağlı SƏRƏNCAM
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Baş Nazirdən yeni QƏRAR
Prezident soruşdu, nazir bankları tənqid etdi: "...ürəkaçan deyil"
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul etdi
Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi toplanır - 8 məsələyə baxılacaq
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
Əli Əsədov bu şəxsə vəzifə verdi - FOTO