“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
24-09-2019, 09:30
10 292

“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov

Sentyabrın 23-də Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda çıxış edib. Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişə baş qaldırandan bəri İƏT Azərbaycana qarşı təcavüzü pisləyərək Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyən, o cümlədən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirməyə çağıraraq prinsipial mövqe nümayiş etdirib.
Azərbaycanın haqlı mövqeyi ilə həmrəylik nümayiş etdirdiklərinə və ona dəstək olduqlarına görə İƏT üzv dövlətlərinə minnətdarlığını bildirən nazir deyib: “Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də işğal altındakı ərazilərə qanunsuz səfəri zamanı Azərbaycanın ayrılmaz hissəsini - Dağlıq Qarabağı Ermənistan ərazisi kimi elan edən məsuliyyətsiz bəyanatı ilə əlaqədar ciddi narahatlığımızı ifadə edir və bunu qəti şəkildə pisləyirik. Çıxışında N.Paşinyan günahsız insanların beynəlxalq səviyyədə sənədləşdirilmiş qətliamına, bir milyondan çox azərbaycanlı mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına səbəb olan münaqişənin nəticələrini məmnunluqla dilə gətirib. O, həmçinin ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqların məqsədini "müharibənin… nəticələrini qorumaq" kimi səciyyələndirərək utanmazcasına təhrif edib. Bu addım Ermənistan hökumətinin müxtəlif üzvləri tərəfindən səsləndirilən "bir qarış torpağın” da Azərbaycana qaytarılmaması və “yeni ərazilər üçün yeni müharibə” kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərini qeyri-qanuni istismar edən Ermənistan tərəfindən aparılan fəaliyyətin davamı kimi atılıb. Onların son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, Ermənistanın hazırkı hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulması kimi məsuliyyətsiz yolu davam etdirir”.
ATƏT çərçivəsində aparılan vasitəçilik səylərinin bu günədək heç bir nəticə vermədiyini təəssüflə vurğulayan nazir bildirib ki, atəşkəs rejiminə baxmayaraq, Ermənistan Azərbaycanın cəbhə xətti boyunca yerləşən şəhər və kəndlərinə, Azərbaycan hərbçilərinin və mülki şəxslərin öldürülməsi və yaralanması ilə nəticələnən hücumları davam etdirir. İşğalçı ölkə danışıqlar prosesini ləngitmək və həll yolundan qaçmaq üçün hər fürsətdən yararlanır. Beynəlxalq ictimaiyyət Ermənistan hökumətinə münaqişəni uzatmaq üçün hər hansı bir fürsət verməməlidir. Ermənistanın məsuliyyətsiz davranışı fonunda sülh danışıqlarının gələcəyi, dərin narahatlıq doğuran bu məsələ beynəlxalq birliyin, o cümlədən İslam ümmətinin qətiyyətindən asılıdır.
“Bu xüsusda, biz İƏT üzv dövlətlərinin Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün effektiv siyasi və iqtisadi tədbirlər görəcəyini gözləyirik. İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupuna üzv dövlətlər tərəfindən münaqişə ilə bağlı qətnamələrinin icrasının qiymətləndirilməsi və bu istiqamətdə əməli addımların atılması üçün faydalı bir mexanizm olaraq böyük əhəmiyyət verir və bütün üzv dövlətləri Qrupun işinə töhfə verməyə çağırırıq”, - deyə E.Məmmədyarov bildirib.

Oxşar xəbərlər

Nyu Yorkda mühüm iclas: Qarabağ müzakirəsi...
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Elmar Məmmədyarov Türkiyəyə gedib
Qətər Azərbaycana yeni səfir göndərib
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
“Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir” - Ceyhun Bayramov
Elmar Məmmədyarov çağırış etdi
XİN: Ermənilər Azərbaycanın 1 107 məktəb və 855 uşaq bağçasını dağıdıb
XİN: Polşalı baş redaktorun adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub - Sabiq nazir də istintaqa çəkilir
Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb
XİN ordumuzun şəhid verməsi ilə bağlı açıqlama yaydı
Elmar Məmmədyarov danışdı: “Hara gedirəm?”
ATƏT-dən nazirlərin görüşü barədə AÇIQLAMA: barışığa...
İcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydı
"AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir"
Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
“Bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq” - YOXSA...
XİN: Paşinyan baş nazir olduqdan sonra 30 dəfə təxribat törətdi
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”