"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"
30-04-2020, 13:00
180

"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"

Azərbaycan əhalisi ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdırlar.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, əhalinin arxayınlığı daha ağır nəticələrə səbəb ola bilər:
"Biz ən azından İtaliya, Rusiya kimi ölkələrdən nəticə çıxarmalıyıq. Bu ölkələrdə karantin qaydalarına əməl olunmaması böyük faciələrə səbəb oldu. Azərbaycan dövləti koronavirusdan müdafiə üçün bütün lazımi tədbirlər gördü, əhalini özünütəcridə çağırdı, vətəndaşlar xüsusi karantin qaydalarına əməl etdi və nəticədə Azərbaycanda hələ ki, bu virus səbəbindən daha az itki oldu. Amma bu o demək deyil ki, ölkəmizdə bu virusun yoluxma təhlükəsi yoxdur. Bu təhlükə hələ də var. Karantin başa çatandan sonra əhali səhlənkarlıq edərsə, ölkədə daha pis vəziyyət yarana bilər. Artıq karantin qaydaları yumşaldılıb, küçələrdə gediş-gəlişlər artmaqdadır, bəzi obyektlərin fəaliyyətinə icazə verilib. Bu prosesdə vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər".
Millət vəkili bildirib ki, insanlar Azərbaycanda virusun qarşısının tam alındığını düşünərək sərbəst hərəkət etsə, gigiyenik qaydalara əməl etməsə nəticə çox pis ola bilər:

"Biz Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına diqqət yetirməliyik, dünyada baş verən proseslərə nəzər salmalıyıq. Dünyanın böyük gücləri sayılan dövlətlərdəki vəziyyət göz qabağındadır. Amerika Birləşmiş Ştatları (ABŞ), Avropanın qocaman dövlətləri pandemiyadan nə qədər itkilər verdilər. Bunlardan nəticə çıxarmaq lazımdır. Azərbaycanda son iki günün statistikasına baxanda görünür ki, artıq yoluxanların sayı yenə sağalanların sayını üstələyib. Bu, insanlarda yaranan arxayınçılıqla bağlıdır. Biz karantin qaydaları yumşaldılandan, karantin müddəti başa çatandan sonra daha çox ehtiyatlı olmalıyıq. 65 yaşdan yuxarı insanların küçələrə çıxmasına imkan verməməliyik, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlamalıyıq, vacib işimiz olmadığı halda evdə qalmalıyıq. Bu yalnız özümüzün və yaxınlarımızın qorunması üçündür. Hər birimiz bu qaydalara əməl etməli və evdə qalmaqla virusa tam qalib gəlməliyik".

Oxşar xəbərlər

“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionistdən cavab
Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? (VİDEO)
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama
"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - Açıqlama
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
"Çünki ölkə üzrə sərt karantin elan olunsa da, hələ aprel ayından Şəkiyə gediş-gəliş kəsilmədi" - AÇIQLAMA
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
TƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər” - Video
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Azərbaycanda karantin rejiminin yumşaldılması erkən verilmiş qərardır? - RƏSMİ
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Elçin Babayevlə yayılan məlumatlar həqiqəti əks etdirmir:BDU-dan AÇIQLAMA
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
"Qapalı şəraitdə toy etmək olar" - ŞƏRTLƏR AÇIQLANDI
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
“Kimliyindən asılı olmayaraq hər bir kəs karantin qaydalarına əməl etməlidir” – Mahir Abbaszadə
Bu şəxs Bakıya maşının “baqaj”ında girməyə cəhd etdi - FOTOLAR
Koronavirusla bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb
Nazirlər Kabineti rəsmisi həyəcan təbili çalır: “Yoluxma yenidən artır”
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
Xüsusi karantin rejimini pozaraq, həbs edilənlərlə görüş keçirildi - FOTO/VİDEO
Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər - RƏSMİ
Azərbaycanda məscidlər bu şərtlə açılsın - AÇIQLAMA