“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
1-05-2020, 10:00
241

“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”

“Yaxın zamanlarda Bərdə və Masallı rayon icra başçıları da Mahir Quliyevin taleyini yaşasa, buna təəccüblənməyəcəm”
“Prezident İlham Əliyev Milli Məclisə təqdimat göndərərək, baş prokuror vəzifəsinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin təyin olunmasına razılıq verilməsini istəyib. Milli Məclis prezidentin bu istəyini ən qısa zamanda təmin edəcək və Kamran Əliyev baş prokuror təyin olunacaq”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
“Kamran Əliyevin baş prokuror vəzifəsinə təyin olunması o anlama gəlir ki, korrupsioner məmurların həbsi artacaq”
Politoloqun sözlərinə görə, uzun illər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş bir şəxsin baş prokuror vəzifəsinə təyin olunması o anlama gəlir ki, korrupsioner məmurların həbsi artacaq: “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin baş prokuror vəzifəsinə təyin olunması ilə bağlı təqdimatın Milli Məclisə göndərildiyi gün Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, onun müavinləri, Xanlar Bayram oğlu Məmmədov, Elsevər Cəmil oğlu Həsənov və Ləman Cəbrayıl qızı Yüzbaşovanı həbs etməsi də iqtidarın korrupsiyaya qarşı mübarizə görüntüsünü dərinləşdirməyə çalışdığından xəbər verir. Bununla cəmiyyətdə hər ötən gün güclənən ədalət istəyi təmin etməyə çalışılacaq”. Xaqani Cəfərli hesab edir ki, korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq: “Artıq hər bir nazir, komitə sədri, ASC rəhbəri, icra başçısı başı üzərində “demokl qılıncı”nı hiss edəcək. Yaxın zamanlarda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da Mahir Quliyevin taleyini yaşasa, buna təəccüblənməyəcəm”.

Oxşar xəbərlər

Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Kamran Əliyev Baş prokuror seçildi
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
Baş Prokurorluqda yeni şöbə rəisi təyin olundu
Yeni Baş prokurorun təyin edilməsi Milli Məclisin gündəliyinə daxil edilib - RƏSMİ
Kamran Əliyev onu yeni hərbi prokuror TƏYİN ETDİ
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Kamran Əliyev parlamentin iclasında: “Baş Prokurorluq cinayətkarlığa qarşı mübarizəni gücləndirəcək”
Baş prokurordan kadr dəyişikliyi: Fərid Nağıyevə yeni vəzifə verildi
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Baş prokurordan yeni TƏYİNATLAR
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Paşinyan istefaya gedən məmurların yerinə namizədlərini açıqladı
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Rüşvətxor və korrupsionerlərin “qara günləri” başlayır
Kamran Əliyevdən növbəti təyinatlar
Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı
Ceyhun Cəfərov məhkəməyə gətirildi
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Daha bir icra hakimiyyətində əməliyyat keçirilir - Həbslər var
Elmar Vəliyevə yaxın olan iki sabiq məmur saxlanıldı
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Kamran Əliyev əmr imzaladı
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN