Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
1-05-2020, 21:27
230

Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var

Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Siz bu gün Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilirsiniz. Ümid edirəm ki, bu yüksək etimadı doğruldacaqsınız. Siz prokurorluq orqanlarında 30 ildən çoxdur ki, işləyirsiniz. Hələ sovet dövründən bu işə başlamısınız və son 6 il ərzində Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində çalışırsınız. Ümid edirəm, əldə olunmuş təcrübə sizə imkan verəcək ki, prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində nəticələr əldə edilsin.
Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.
Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.
Eyni zamanda, iqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır. Çünki neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərmişdir. Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir, aparılan islahatların nəticəsidir. Məhz şəffaflıq, dürüstlük və islahatlar nəticəsində keçən il büdcə daxilolmalarının həcmi proqnozdan əlavə bir milyard manat artmışdır və bu vəsait böyük dərəcədə imkan vermişdir ki, bir çox sosial layihələr icra edilsin. Bu ilin birinci rübünün yekunları göstərir ki, pandemiyaya baxmayaraq iqtisadi artım var. Düzdür, çox kiçik rəqəmlərlə ölçülür - 1,1 faiz. Ancaq bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə keçirdiyim görüş əsnasında məlum oldu ki, bir çox ölkələrdə indi iqtisadi tənəzzül müşahidə olunur. Bizdə də bu, istisna edilmir, çünki pandemiya ölkə iqtisadiyyatına çox böyük mənfi təsir göstərmişdir. Ancaq hər halda birinci rübün yekunları göstərir ki, iqtisadiyyat 1,1 faiz, qeyri-neft iqtisadiyyatımız isə 3 faizdən çox artmışdır. Bütün bunların əsas səbəbi aparılan islahatlardır və bu, bizə imkan verir ki, sosial sahədə çox genişmiqyaslı proqramlar icra edilsin, o cümlədən keçən il 4,2 milyon insanın sosial vəziyyəti yaxşılaşmış, minimum əməkhaqları, minimum pensiyalar, müavinətlər əhəmiyyətli dərəcədə artmışdır. Koronavirusa görə bu il bu istiqamətdə əlavə addımların atılması təmin edilmişdir. Bu addımlar bir daha göstərdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prokurorluq orqanları üçün də bu əsas məqsəd, həmişə, bütün işlərdə əsas amil kimi dəyərləndirilməlidir".

Oxşar xəbərlər

Bu rayonun prokuroru vəzifəsindən azad edildi
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
İlham Əliyev yeni baş prokuroru videoformatda qəbul etdi - FOTO
Baş Prokurorluqda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Kamran Əliyev parlamentin iclasında: “Baş Prokurorluq cinayətkarlığa qarşı mübarizəni gücləndirəcək”
"Sərt cəza tədbirləri görüləcək”
İlham Əliyevdən generalla bağlı SƏRƏNCAM
Kamran Əliyevdən növbəti təyinatlar
Toğrul Muxtarov Baş Prokurorluqda məsul vəzifəyə təyin edildi
Yeni Baş prokurorun təyin edilməsi Milli Məclisin gündəliyinə daxil edilib - RƏSMİ
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Kamran Əliyev onları yüksək vəzifəyə təyin etdi
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
"Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur" - Putin
Nöqsana yol verən prokuror köməkçisi işdən qovuldu
Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Daxili İşlər Nazirliyinin “Telegram” səhifəsi fəaliyyətə başlayıb
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT