Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
2-05-2020, 12:08
361

Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT

“Kamran Əliyev olduqca peşəkar, hərtərəfli və çox hazırlıqlı insandır”.
Bunu Oxu.Az-ın müxbiri ilə söhbətində Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev Kamran Əliyevin Baş prokuror təyin edilməsinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, K.Əliyev prokurorluq orqanlarında hər sahədə çalışıb. S.Hacıyev xatırladıb ki, K.Əliyevin beynəlxalq aləmdə fəaliyyəti də ona əlavə təcrübə və biliklər qazandırıb.
“Mən əminəm ki, prokurorluq sistemi bundan sonra daha da təkmilləşəcək. Kamran Əliyev Milli Məclisin iclasında çıxış edərkən prokurorluq orqanları qarşısında duran vəzifələrə və qarşıya qoyulan məqsədlərə toxundu. Kamran Əliyevin cənab Prezident tərəfindən videoformatda qəbulu zamanı ölkə başçısı ona tapşırıqlar, tövsiyələr verdi. Cənab Prezident dedi ki, prokurorluq orqanları rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir”, - deyə S.Hacıyev əlavə edib.
Onun fikrincə, K.Əliyevin baş prokuror vəzifəsinə təyinatı Azərbaycan dövləti, xalqı üçün mühüm bir addımdır.
“İnanıram ki, bundan sonra Azərbaycanda insan hüquq və azadlıqlarının təmini, qanunun aliliyinin rəhbər tutulması istiqamətində daha da effektiv addımlar atılacaq. Bilirsiniz ki, yeni Baş prokuror həm də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Buna görə də Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi gözlənilir”.
Qeyd edək ki, mayın 1-də Prezident İlham Əliyev Kamran Əliyevin Baş prokuror təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Kamran Əliyev Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib

Oxşar xəbərlər

Kamran Əliyev parlamentin iclasında: “Baş Prokurorluq cinayətkarlığa qarşı mübarizəni gücləndirəcək”
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
Kamran Əliyev Baş prokuror seçildi
Kamran Əliyev onu yeni hərbi prokuror TƏYİN ETDİ
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Kamran Əliyevdən növbəti təyinatlar
Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı
Yeni Baş prokurorun təyin edilməsi Milli Məclisin gündəliyinə daxil edilib - RƏSMİ
Bu rayonun prokuroru vəzifəsindən azad edildi
Baş Prokurorluqda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Nöqsana yol verən prokuror köməkçisi işdən qovuldu
"Sərt cəza tədbirləri görüləcək”
Rüşvətxor və korrupsionerlərin “qara günləri” başlayır
Baş prokurordan kadr dəyişikliyi: Fərid Nağıyevə yeni vəzifə verildi
Baş Prokurorluqda yeni şöbə rəisi təyin olundu
Kamran Əliyev onları yüksək vəzifəyə təyin etdi
Kamran Əliyev əmr imzaladı
DYP deputata cavab verdi: Videokameralara baxış keçiriləcək
Kamran Əliyev 4 rayonun prokurorunu işdən azad etdi
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Daha bir icra hakimiyyətində əməliyyat keçirilir - Həbslər var
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
İlham Əliyevdən deputatla bağlı SƏRƏNCAM
Sabiq prokuror Ceyhun Şirinov ittihamdan öncə falabaxanlarla məsləhətləşir-Falabaxan söz verib ki, Zülfəli Bakının, Ceyhun isə Gəncənin meri olacaq
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
İlham Əliyev yeni baş prokuroru videoformatda qəbul etdi - FOTO
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib