Mayın 4-də Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini Maulen Aşimbayev görkəmli siyasi xadim Dariqa Nazarbayevanın yerinə ölkə Senatının spikeri təyin edildi. O, 1971-ci ildə anadan olub (vacib amildir, lakin bu barədə bir qədər sonra).
2019-cu ilin yazında M.Aşimbayev prezidentliyə namizəd Kasım-Jomart Tokayevin seçki qərargahına rəhbərlik edib və onun etibarlı adamı olub. 2019-cu ilin iyulun 30-da o, prezident K.J.Tokayevin köməkçisi təyin edildi, həmin ilin dekabr ayının 18-dən isə Prezident Administrasiyası rəhbərinin birinci müavini oldu. Bir çox ekspertlər hesab edir ki, Dariqa Nazarbayevanın Maulen Aşimbayev ilə əvəzlənməsi Qazaxıstan prezidentinin mövqeyinin ciddi şəkildə möhkəmlənməsi və elitanın əhəmiyyətli dərəcədə gəncləşməsi ilə əlaqədardır. Bundan əlavə, bu yerdəyişmədə Çinin Qazaxıstanda rolunun güclənməsinin də payı var.
Media.Az qazaxıstanlı məşhur siyasi icmalçı Qaziz Abışevlə söhbət edib.
- Qazaxıstanda nə baş verir? Dariqa Nazarbayevanın yerinə Prezident Administrasiyası rəhbərinin müavini Maulen Aşimbayev Senatın spikeri təyin edildi. Bu hakimiyyət dəyişikliyi ilk prezident Nursultan Nazarbayevin mövqeyinin zəifləməsi deməkdirmi?
- Bunun Nursultan Nazarbayevin mövqelərinin zəiflədiyini göstərdiyini düşünmürəm. O, üç il varis seçib və Kasım-Jomart Tokayev əmin olduğu insandır. Bu səbəbdən, çətin ki, Tokayevlə Nazarbayev arasında münaqişə olsun. İndi dövlət aparatının təkamülü gedir. Qazaxıstan siyasətində “yetmişlərin” möhkəmlənməsinin şahidi oluruq. Bu yeni nəslə həm təyin olunmuş spiker Maulen Aşimbayev, həm də bir çox başqaları aiddir. Bu insanlar ötən əsrin yetmişinci illərində doğulublar.
- Yəni kadrların gəncləşməsi prosesi gedir?
- Bəli. 40-50 yaşlarında insanlar gəlir, onlar enerjilidirlər və artıq vacib vəzifələri tuturlar. Bu, bir növ aparat “mübarizəsinin” nəticəsidir, bunsuz olarmı?..
- Bəzi analitiklər Qazaxıstanın vektorunun Çinə doğru dəyişməsinə işarə edirlər...
- Düşünürəm ki, bir çoxları xarici qüvvələrin Qazaxıstan hökumətindəki nizama təsirini olduğundan artıq qiymətləndirirlər. Qazaxıstanda qərar qəbul edən siyasətçilər siyasi sistemin sabitliyində və resurslara nəzarətdə maraqlıdırlar. Bu, yalnız bütün xarici oyunçular arasında tarazlığı qorumaqla mümkündür.
- Bu dəyişikliklər Qazaxıstan Respublikasının MDB ölkələri, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə necə təsir edəcək? Azərbaycan haqqında ayrıca soruşacağam.
- Xarici siyasətimizi prezident müəyyənləşdirir. Kasım-Jomart Tokayev əvvəllər Baş nazir, Xarici İşlər Naziri olub. Buna görə, hər şey əvvəlki istiqamətdə davam edəcək, strateji kurs dəyişməyəcək. Ali rəhbərliyimiz xarici siyasəti rasional səbəblərə görə müəyyənləşdirir. Kiçik ölkələr, hansı ki, Qazaxıstan da kiçik dövlətdir (ərazisinin miqyasına görə deyil, əhalisi, ÜDM, Silahlı Qüvvələrin gücünə görə), xarici siyasət qurmaq üçün emosiyalara yol verə bilməz, çünki söhbət mövcudluq, suverenlik və təhlükəsizlikdən gedir.
- Azərbaycan ənənəvi olaraq Qazaxıstanı özünün yaxın dostu hesab edir. Azərbaycanın üzv olmadığı bir çox beynəlxalq təşkilatlarda Qazaxıstan Azərbaycanın tərəfindədir. KTMT, Avrasiya Iqtisadi Birliyini nəzərdə tuturam. Bu dəstək davam edəcəkmi?
- Təbii ki. Üstəlik, bir çox iqtisadi arqumentlər var. Qazaxıstan Rusiya ilə dostdur. Yalnız uzağı görə bilməyən insanlar “bütün yumurtaları bir səbətə” qoyurlar. İranın sanksiyaya məruz qalması şəraitində Azərbaycan bizim üçün dəniz vasitəsilə yollardan biridir. Yenə də təkrar edirəm, Qazaxıstan Azərbaycanla strateji münasibətlərdə maraqlıdır.
- İqtisadiyyatdan yox, siyasətdən danışsaq necə?
- Hər şey bir-biri ilə bağlıdır. Milli, siyasi təhlükəsizlik iqtisadi təhlükəsizliklə müəyyən edilir. Bu, həm ticarət yollarının diversifikasiyasıdır, həm də bir çox başqa amillərdir. Azərbaycan da Qazaxıstan üçün vacib rol oynayır. Hadisələr zənciri ilə geri dönsək, şübhəsiz ki, Azərbaycanla yaxşı siyasi münasibətlərdə maraqlıyıq...
- ...Hətta KTMT müttəfiqlərinin, məsələn Ermənistanın zərərinə olsa belə?
- Bu necə KTMT müttəfiqlərinin ziyanına ola bilər?
- Yerevan dəfələrlə Nur-Sultan (yaxın keçmişdə Astana) və Minskin Bakıya dəstəyindən narazılığını bildirib.
- Bəli, burada dəstək məsələsidir, amma hansı dəstəkdən söhbət gedir? Biz ki Azərbaycan ordusunu maliyyələşdirmirik. Ancaq təbii ki, Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək. Sərhədlərimizin toxunulmazlığında maraqlıyıq, buna görə də, istənilən, hətta formal separatçılığa qarşı çıxırıq. Bu, müzakirə mövzusu belə deyil. Ermənistan Qazaxıstanın KTMT-də müttəfiqidir, amma biz Yerevanın Bakıya qarşı belə düşmən siyasətini təkrarlamalı deyilik və təkrarlamayacağıq. Bu barədə söhbət belə gedə bilməz.
“Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək”
05
may
18:30

Qarabağ
OXŞAR XƏBƏRLƏR
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
MSK-ya yeni üzv təyin edildi
Xarici işlər nazirinin müavini vəzifədən azad edildi – Yerinə bu şəxs gətirildi
Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?
İlham Əliyev Şahin Mustafayevi Baş nazirin müavini təyin etdi SƏRƏNCAM
AzTV-də yeni təyinatlar - SİYAHI
Ərdoğan danışdı, onlar güldülər
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Prezident İlham Əliyev dövlət başçılarının "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşündə iştirak edib
Daha 16 Qazaxıstan vətəndaşı ölkələrinə yola salındı
Azərbaycan Qazaxıstana nota verdi
“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”
Donald Trampın prezidentliyə namizədliyi təsdiqləndi
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Tramp prezident seçkilərinə Maykl Penslə gedir
Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi
Mədəniyyət Nazirliyində yeni təyinat olub
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Mehriban Əliyeva üçün özəl gün
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
Rüstəm Usubov vəzifədən azad edildi - YENİ TƏYİNAT
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
"Facebook" siyasi reklamlara icazə verməyəcək
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət
“TikTok”un rəhbəri istefa verdi
Qazaxıstanda MiQ-31 qəzaya uğradı
- Azərbaycanda bağ evindən qara brilyant oğurlandı
- 6 ayın yol qəza statistikası: 336 ölü, 773 yaralı
- ABŞ-da müsəlmanlar qorxuya düşdü - Qətl sayı artır
- "Ukraynada tikiləcək "Bayraktar" zavodunu vuracağıq" - Rusiya
- Məşhur yapon modelyer vəfat etdi
- İranda 93 nəfər daşqınlar nəticəsində öldü
- TƏBİB-dən körpənin doğuş zamanı ölməsinə REAKSİYA (YENİLƏNİB)
- "Çin bununla Tayvanı işğal etməyə hazırlaşır" - Cosep Vu
- Ceyhun Bayramov türk mediasına müsahibə verdi
- DİM bu şəxslərə xəbərdarlıq etdi
- Pakistanda hərbi kolona hücum - 4 əsgər həlak oldu
- Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira
- “Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- XXI əsrin ən böyük problemi Akim Bədəlov… - Sən bir gün bunun bədəlini ödəyəcəksən, Bədəlov…
- Şirvanda narkoşəbəkə üzvü 455 qram heroinlə saxlanıldı… - 15 il Şirvana rəhbərlik edən Mərdan Camalovun qohumu Əmiş narkotik satışı ilə məşğuldur…
- Yaxın zamanda Səfər Mehdiyev və qaynı Zeynal Tarquliyev həbs ediləcək.. - Gömrükdə Səfər Mehdiyev ePOXası başa çatdı…