XİN: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
6-05-2020, 14:30
217

XİN: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“ABŞ-ın Minnesota Ştat Senatının qətnaməsi kimi təqdim edilən və üzərində senator Meri Kiffmeyer, Senatın katibi və Senatın Qaydalar və Administrasiya Komitəsinin sədrinin imzalarının yer aldığı bu kağız, Senat ofisinin məlumatında da təqdim edildiyi kimi, senator M.Kiffmeyerin şəxsi bəyanatıdır və simvolik jest xarakteri daşıyır”.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva 5 may tarixində ABŞ-ın Minnesota Ştat Senatı tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun “tanınması” qətnaməsinin qəbulu ilə bağlı erməni mətbuatında yayılan məlumatla əlaqədar yerli KİV-in suallarını cavablandıran zaman deyib.
O qeyd edib ki, senatın istənilən üzvü tərəfindən bəyan edilə bilən bu kimi kağızın qəbulu üçün hər hansı səsvermə tələb olunmur, yəni bu kağız Ştat tərəfindən rəsmi qətnamə kimi qəbul olunmur:
“Göründüyü kimi, ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma qurumun Minnesota Senatı tərəfindən guya ki, “tanınması” kimi təqdim edilən kağız, əslində, Senatda baxılmayan və səsverməyə çıxarılmadan senatorun imzası ilə verilmiş simvolik sənəddir”.
“Ümumiyyətlə, vurğulamaq istərdim ki, hər hansı qurumun “dövlət” kimi tanınması, ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir. Amerika Birləşmiş Ştatlarının federal səviyyədə mövqeyinə gəldikdə isə, bu mövqe bəllidir: ABŞ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”, - deyə, XİN rəsmisi qeyd edib.

Oxşar xəbərlər

XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”
Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Bakı bu ölkədəki diplomatlarını geri çağırıb? - Rəsmi
ABŞ Senatı afroamerikalı generalın namizədliyini təsdiqləyib
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
XİN: Polşalı baş redaktorun adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb
ABŞ Konqresi Azərbaycan ərazilərinin işğalını tanıdı - FOTO
“Azərbaycan dostumuzdur, Türkiyə tərəfdaşımız”
AŞPA Qarabağı, işgəncə altında olan girovları unudur, kin yuvasına çevrilir
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB
Parlamentlərarası İttifaqda ermənilər azərbaycanlı deputatın sualı qarşısında çaşdılar
Ermənilər Bərdənin 60 kilometrliyindədə daha 500 mənzil tikməyi planlaşdırır...- FOTOLAR
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
ABŞ Senatı uyğur türklərinə görə Çinə qarşı sanksiya layihəsini qəbul etdi
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?
Azərbaycanlı xanımlardan Akopyanın silahlı fotosessiyasına ETİRAZ
Azərbaycan Türkiyənin addımlarını qətiyyətlə dəstəkləyir – XİN
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
Azərbaycan vətəndaşları xaricə necə gedə bilər? - RƏSMİ CAVAB