Əli Kərimlinin isterik kövrəkliyi və qəzəbi
7-05-2020, 12:00
202

Əli Kərimlinin isterik kövrəkliyi və qəzəbi

“Osmanqızı” TV-də çıxış edən Əli Kərimlinin hər motivdə çıxışları artıq adı hal alıb.
Eyni və təkrar olunan sözlər adamların qulağını yağır etdiyindən, sosial bazanı nəinki özü itirdi, bu pafos və isterik nitqiylə bütün müxalifətə zərər vurdu və təəssüf ki, hələ də bu ziyanı vurmaqda davam edir. Müxalifətin sosial bazasının zəifləməsinin, əvvəlki gücünü itirməsinin bir nömrəli səbəbkarıdır adam. Bir partiyaya sahib çıxa bilməyib, ölkədən, onun problemlərindən danışır. Qosqoca bir partiyanın azı 3 dəfə bölünməsinə səbəb olub, müxalifətin 10-larla birliyinin dağılmasının baiskarı kimi tarixdə qalır, amma ölkədən danışır.
Adam düşünmür ki, 40-50 minlik bir partiyanı qoruyub saxlaya bilmədiyi halda, 10 miyonluq ölkəni saxlamaq, qorumaq imkanları daxilindədirmi? Görəsən, onda ölkə neçə hissəyə bölünər?
Təbii ki, büruzə verməməyə çalışsa da, bu sadə həqiqətləri bilir. Ancaq iddia və hikkə imkanlarını real qiymətləndirib etiraf gücünü tükəndirir. İsterik durumu isə tam əksini deyir. Eyni fikirləri illərdir ki, bütün mümkün imkanlardan istifadə etməklə çək-çevir edən Kərimlinin söyləmək üçün yeni sözü olmasa da, özündən müştəbehlik üçün hər zaman sözü var. Budəfəki çıxışında isə Kərimli müştəbeliyin dozasını bir qədər də artıq edib.
Ölkənin siyasi gündəminə dair dəyərləndirmə etdiyini düşünən və bunu məhz bu cür təqdimata cəhd edən Kərimli “Mənim həbsim hər zaman gündəmdədir. Həbs oluna bilərəm” deməklə diqqəti indi də bu formada üzərinə çəkməyə çalışıb. Blokada iddaları istənilən effekti vermədiyindən, indi artıq danışmaq zamanıdır. Daha doğrusu, indi yenə danışmaq zamanıdır. Kərimli gündəmi belə dəyərəndirir. Həbsini mümkün hesab edən “Yurd” sədri bu dəfə “hədələməyi” də unutmayıb. Necə unuda bilərdi? Axı çıxış məhz elə bu məqam üzərində qurulmuşdu. Başqa sözlə, Kərimlinin çıxışının “mustafası” məhz bu cümlələr idi:
“Bu, birtərəfli akt deyil. Burada ancaq hökumət qalib gəlmir. Onlar üçün də birmənalı qərar deyil. Ciddi beynəlxalq reaksiyaya səbəb olacaq”.
Kərimli bununla özünün siyasi çəkisini nə qədər artırmaq istəsə belə, özü də xalqa yox, məhz hansısa beynəlxaq dəstəyə arxalandığını biruzə verir. Ancaq bu sözləri söyləyərkən görəsən, 19 oktyabr mitinqindən, özü demişkən, “vəhşicəsinə döyüldükdən” sonra hansı ciddi beynəlxalq dəstək qazandığnı xatırladımı? Hansı beynəlxalq təşkilat Kərimliyə görə bəyanat verdi? Hansı ölkə səfiri Kərimlinin aparıldığı polis bölməsinin qarşısına getdi? Bu da olmasa, ən azından evində onu ziyarət edib “keçmiş olsun” dedi? Bunun bir səbəbi Kərimlinin ümid etdiyi kimi beynəlxaq dəstəyə sahib olmamasıdırsa, başqa bir səbəbi dünyada razılaşdırılmamış aksiyada saxlanılmaqdan təbii bir şeyin olmamasıdır. Hər ölkədə razılaşdırılmamış aksiyaya çıxanları polis saxlayır. Burda kiminsə özünü lider, başqalarını sıravi adlandırması rol oynamır. Dünya demokratiya uğrunda mübarizə aparır, demokratiyanın bir yolu da qanunlara tabe olmaqdan keçir.
Beynəlxalq dəstək ümidini ifadə etdikdən sonra Kərimli bu dəfə üzünü xalqa tutur. Amma necə: “Baxın, indi mənə 9 min nəfər baxır, amma o biriləri danısanda 3-4 min baxacaq. (Yenə də özünü hər kəsdən yuxarıda görmək həvəsi-müəll.) Mən həbs olunaramsa, xalqımızın reaksiyasının nə olacağını bilmirik. Xalq hələ məsuliyyəti üzərinə götürməyib. Millət bəlkə də o reallıq qarşısında qalar ki, özü demokratiyanı bərqərar edər. Bu reaksiyanı bimək olmaz”.
Bu ölkədə Kərimlinin “sabitliyin qarantı” kimi çıxış etmək həvəsinə düşməyini anlamaq olar, amma o imkana sahib olmadığını bilə-bilə bunu dilə gətirməyini anlamaq olmur. Özünü sivil mübarizənin qarantı hesab edən Kərimli bununla əslində ürəyindəkiləri dilə gətirir. Xalqın onu dəstəkləməsi, onun üçün heç olmasa, min nəfərin küçəyə çıxması Kərimli üçün böyük bir uğur olardı. Ancaq nə edəsən ki, hətta sosial şəbəkələrdə başıaşağı aparıldığı o mitinq fotoları da onun üçün kimlərinsə küçəyə çxımasına səbəb ola bilmədi. Elə buna görədir ki, məlum 19 oktyabr mitinqdindən sonra evinə gələrək ilk dəfə “Osmanqızı” kanalına çıxan Kərimli qəzəb dolu kövrəkliklə xalqa “Qanımı onlara halal etsəniz, sizi bağışlamaram” dedi. İndi bu fikrini bir qədər başqa formada davam etdirir. O, meydanda yox, həbsdə olarsa, xalqın qeyri-sivil mübarizə yoluna qədəm qoyacağını iddia edir. Bunun bir başqa adı da şantaja cəhddir. Kərimlinin səs tonundan bunun baş verəcəyinə əminlik hiss olunmaması bir tərəfə, böyük ümidsizlik də sezilirdi. Ancaq “siyasətdə olanları yox, ola biləcəkləri söyləmək əsasdır” fikrini əsas tutan Kərimli üçün bütün söylənilənlərin ancaq bir məqsədi vardı. Hökumətə “Məni həbs etməyin” iltiması...
Təbii ki, ölkə gündəmində Kərimlinin həbs olunub-olunmaması kimi bir müzakirə və ya xüsusi bir plan olduğu haqqında hər hansı məlumat yoxdur. Adam sadəcə, özündən müştəbehliklə isterikanın caynağındadır. Ona görə də heç bilmir nə danışır, niyə danışır...
Süleyman
Cebhe.info

Oxşar xəbərlər

Əli Kərimlinin qəzəbinin pərdəarxası…
Əli Kərimlinin "tilsimi" qırıldı: Məhkəmə ona qanuni yerini göstərdi
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...
Səfər Mehdiyev deputata savaş açır..
“Əli İnsanov dediklərinə özü də gülürdü…”
“AXCP-nin qeydiyyata alınmasını tələb edirəm”
Sərdar Cəlaloğludan Əli Kərimli və Cəmil Həsənli haqda sərt ittihamlar
Müxalifət çalxalanır - Milli Şura REAL, Altay Göyüşov Sevinc Osmanqızı ilə üz-üzə...
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
Ramiz Mehdiyev hələ də cəzasızdır - “Boz kardinal”ın vəzifədəki qohumlarına nə əcəb toxunulmur...
Milli mətbuatın yaranmasından 145 il ötür
Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası
Portakalın istefası
“Ramiz Mehdiyev özü partiya yaratmaq istəyirdi” - sensasion müsahibə
Sahil Babayev kimlərin sosial müdafiəsini təşkil edir? - Şok detallar
“İp Man”ın mesajı: Çin dünyaya meydan oxuyur - TƏHLİL
“Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı canişini olub” – PARTİYA SƏDRİ
“Prezident belə biabırçılığa dözən adam deyil”
Təkrar yoluxma istisna edilmir - ÜST
Azərbaycanda bu partiyanın adı dəyişdirildi
Azərbaycanda üç dildə danışa bilən tutuquşu fantastik qiymətə satılır - FOTO
Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir
"Bir qrup mafiozun əlində qalmışıq"
Azərbaycanın və dünyanın pande-paradoksları…
“Beşinci kolon” korrupsionerləri müdafiə edir”
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
“İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…” - deputat
“Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır”
Putinin zəhər kimi siyasəti: Berezovski, Litvinenko, Navalnı... - analitikdən şok detallar
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?